30 Avqust 2022 00:51
2347
Oxucu məktubları
A- A+

Yayın bu isti günlərində susuz qalmışıq

 

Uzun illərdir ki, Goranboyun Dəliməmmədli şəhərinin yeni yaşayış məhəlləsində yaşayırıq. Son illər rayonun digər kənd və qəsəbələri kimi, Dəliməmmədli şəhəri də inkişaf edib, böyümüşdür. 
Şəhər statusu aldıqdan sonra burada infrastruktur tamamilə yenilənmiş, əhali üçün normal həyat şəraiti yaradılmışdır. Şəhərdə yeni məktəb, müasir səhiyyə ocağı istifadəyə verilmiş, küçələr asfaltlanmış, park və xiyabanlar yenidən qurulmuşdur. Dəliməmmədlidə yeni məhəllələr salındıqca şəhərin ərazisi böyüyür. Lakin bu zaman yeni problemlər də yaranır.  
Məlum olduğu kimi, Goranboy sudan əziyyət çəkən rayonlar sırasındadır. Hər il yay mövsümü gələndə rayonun kənd və qəsəbələrində yaşayanlar nəinki əkin sahələrində, eləcə də məişətdə istifadə üçün su tapmırlar. Bizim məhəllə isə, ümumiyyətlə, bütün mövsümlərdə sudan əziyyət çəkir. Sakinlər maşınlarla su gətirməli olurlar. Yaxınlıqda artezian quyusunun olmasına baxmayaraq, oradan məhəlləyə su çəkən yoxdur.
Hörmətli redaksiya! Xahiş edirik, bu işdə məhəllə sakinlərinə kömək göstərəsiniz. Aidiyyəti təşkilatlara deyəsiz ki, bizi su ilə sınağa çəkməsinlər.

Xalid BAĞIROV,
Goranboy rayonu Dəliməmmədli şəhərinin yeni yaşayış məhəlləsinin sakini
 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video