Yay depressiyasını yaradan səbəblər
Bəziləri il boyu yaşanan gərginliyi isti yay günlərində aradan qaldırmağı düşünür. Hətta həmin aylarda sərin və gözəl məkanlar seçib istirahət günlərinin xəyallarından motivasiya alanlar da var. Bəzən də bu və ya digər səbəbdən düşünülən kimi alınmır. Müxtəlif səbəblərdən ya tətilə gecikmə baş verir, ya da hansısa səbəbdən həmin məkanlara getmək baş tutmur. Belə olan halda depressiyaya düşmə halı baş verir. Mütəxəssislər bunu yay depressiyası adlandırırlar.
AZƏRTAC xəbər verir ki, psixoloq Kamilə Kazımova deyib: “Yaşından asılı olmayaraq hər kəs depressiya yaşaya bilər. Yeniyetmələr daha çox dostları ilə ünsiyyət saxlayırlar. Onlar sosial şəbəkələrdə öz tay-tuşlarını izləyir, kiminsə harada olmasına, şəkil paylaşmasına baxaraq özlərinin həmin məkanlarda ola bilməməsindən təəssüflənərək depressiyaya düşə bilər. Onlar həmin məkanlarda ola bilməmələrini və yaxud hardasa istirahətə getmək arzusunun baş tutmamasını özünə dərd edir və belə hallar onda narahatlıq yaradır”.
Psixoloq bildirib ki, belə hallar daha çox avqust ayında müşahidə olunur: ”Çünki əksər halda sentyabr ayında yeni mövsüm, yeni qayğılar başlayır. Yay günləri keçdikcə, sentyabr ayı, yeni iş mövsümü yaxınlaşdıqca ürəyində tutduğu planları, il ərzində düşündüyü xəyalları gerçəkləşdirə bilməyənlər həyatda hər şeyin ötüb keçdiyini düşünür və narahatlıq artmağa başlayır. İyun, iyul aylarında hələ hər şeyin irəlidə olduğunu, arzularını həyata keçirmək üçün qarşıda müəyyən vaxt olduğunu düşünənlər avqust ayının günləri arxada qaldıqca artıq həmin depressiyanı yaşayırlar”.
Depressiya ilə üzləşərkən mütləq mütəxəssisə müraciət etmək lazımdır, çünki yay aylarında yaranan depressiya vaxtında aradan götürülmədikdə iş qabiliyyəti il boyu aşağı düşür, zaman keçdikcə özünü qiymətləndirmə azalır və bütün bunlar şübhəsiz ki, sağlamlığa da mənfi təsir göstərir.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Havada toz dumanı müşahidə edilir
17 Avqust
Bakının Dənizkənarı Milli Parkında dünyaşöhrətli müğənni Müslüm Maqomayevin abidəsinin açılışı olub...
17 Avqust
Qəbələ, Şabran, Quba və Siyəzəndə baş vermiş yanğınların söndürülməsi tədbirləri davam etdirilir...
17 Avqust
Bu gün “Qarabağ” UEFA Çempionlar Liqasının pley-off mərhələsində ilk oyununa çıxacaq
17 Avqust
Sosial mediada yayılmış foto və videolarla bağlı Baş Prokurorluqda araşdırma başlanılıb ...
17 Avqust
Bakı Tikiş Evi: Bu gündən yeni məktəbli formaları satışa çıxarılır
17 Avqust
Ermənistanda iki günlük matəm başlayıb
17 Avqust
Yaponiyanın YouTube kanalı Azərbaycanın “Qisas” əməliyyatı barədə xüsusi veriliş yayımlayıb...
17 Avqust
Qara gavalının daha bir faydası: sümükləri və ürəyi zədələnmədən qoruyur
17 Avqust
Birinci vitse-prezident Mehriban Əliyeva Müslüm Maqomayevin doğum günü ilə əlaqədar paylaşım edib...
17 Avqust
DİQQƏT ÇƏKƏNLƏR
KİFAYƏTDİR!

7 körpü, 7 tunel, 30 yeraltı keçid

Prezident İlham Əliyev İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibə ver...

Konyada V İslam Həmrəyliyi Oyunlarının təntənəli açılış mərasimi keçirilibAzərbaycan Prezidenti İl...

Məşğulluğun təminatı dövlətin sosial siyasətinin ana xəttidir

ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!