Yaxşı işə "sağ ol" deyərlər
Şimal bölgəsinin qeyri-rəsmi mərkəzi olan Quba gündən-günə abadlaşır, inkişaf edir. Turizm zonası kimi də rayonun əhəmiyyəti böyükdür. Elə ona görə də xüsusən rayon mərkəzində əhalini və qonaqları rahatsız edən problemlər operativ həll olunur.
Şəhər mərkəzi sayılan Heydər Əliyev prospektindəki köhnə avtovağzalın ətrafı həmişə qələbəlik olur. Əsas ticarət mərkəzləri həmin ərazidə yerləşdiyindən və paytaxt istiqamətinə gedən avtomobillər oradan hərəkət etdiyinə görə, tez-tez qəzalar baş verirdi. Elə gün olmurdu ki, orada piyadaların vurulması halı baş verməsin.
Bir neçə il bundan əvvəl həmin "dörd yol" ərazisində yolüstü piyada keçidi inşa edildi. Lakin əhali arasında maarifləndirmə işi zəif olduğundan keçiddən istifadə edənlərin sayı az olurdu. İnsanlar çox vaxt həyatlarını təhlükəyə ataraq küçəni keçiddən yox, maşınların sağa-sola şütüdükləri yoldan keçirdilər.
Cari ilin əvvəlində yolüstü piyada keçidi yenidən təmir edilib. Piyadaların həyatlarını təhlükəyə atmamaları üçün hər dörd istiqamətdə yollar xüsusi dəmir qoruyucularla bağlanıb. Üstəlik, hüquq-mühafizə orqanlarının maarifləndirici tədbirləri də güclənib. Artıq heç kəs öz həyatını təhlükəyə atmır, keçiddən istifadə edir. Ötən ilin statistikasına görə, ilin ilk üç ayı ərzində həmin ərazidə piyadaların vurulması ilə bağlı 19 yol hərəkəti qəzası baş vermişdisə, cari ildə həmin yerdə bir dəfə də olsun piyadalarla bağlı heç bir qəza olmayıb. Məhz buna görə keçidi təmir edənlərə və əhalini ondan istifadə etməyə təşviq edənlərə "sağ ol" düşür.
Qəhrəman QASIMOV,
Quba rayonu
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Roma Papası Ukrayna ilə bağlı danışıqlara başlamağa çağırıb
25 Aprel
İqlim dəyişmələri ilə bağlı beynəlxalq mübahisələrin sayı getdikcə artacaq
25 Aprel
Sabunçuda qızıl dükanını talayan və çətənə kolları əkən şəxslər saxlanılıblar
25 Aprel
Komitə sədri: Azərbaycanın əsas prioritetlərindən biri Türk dövlətləri ilə əlaqələrin gücləndirilməs...
25 Aprel
Bu gün dünyada dörd əlamətdar gün qeyd olunur
25 Aprel
Baş Prokurorluq Nəsib Quliyevin intiharı ilə bağlı dəqiqləşdirilməmiş xəbərlər yayan media subyektlə...
25 Aprel
Fuat Oktay: Türk dövlətlərinin bir araya gəlməsində məqsəd sülhü dəstəkləməkdir
25 Aprel
Vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib
25 Aprel
Çin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesindəki tərəqqini alqışlayır ...
25 Aprel
Aprelin 25-i Ümumdünya Malyariya ilə Mübarizə Günüdür
25 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!