12 Avqust 2022 19:44
815
Səhiyyə
A- A+

Yaxşı gecə yuxusu üçün axşam yeməyində qəbul edilə biləcək beş qida məhsulu

 

Əgər yatmazdan əvvəl qəflətən aclıq hissi "oyanırsa", onu qan şəkərinin səviyyəsini tarazlaşdıran az miqdarda qidalarla təmin etmək lazımdır. Bunlara faydalı yağlar, orta səviyyəli zülallar və nişastalı olmayan kompleks karbohidratlar daxildir. AZƏRTAC “MedikForum”a istinadla xəbər verir ki, diyetoloq Vasilisa Ponomaryova axşam saatlarında qəbul edilə biləcək qidalar barədə danışıb.

Badam. Triptofan və B6 vitamini ilə zəngin olduğu üçün yaxşı yuxu üçün “ideal qida” hesab olunur. Bu qida maddələri beynin neyrotransmitter serotonin, istirahət etməyə və tez yuxuya getməyə kömək edən "sevinc hormonu"nu istehsal etməyə kömək edir.

Qızıl süd. Sarıkök ilə süddən hazırlanan içki də yatmazdan əvvəl bədənin rahatlamasına kömək edə bilər. 1 porsiya üçün inqrediyentlər: 1 stəkan süd, 1/4 stəkan su, 1-2 çay qaşığı kərə və ya kokos yağı, 1 çay qaşığı bal, 1/4 çay qaşığı sarıkök tozu, dadına görə hil və ya darçın.

Albalı, albalı şirəsi. Təzə albalı sağlam yuxu - oyanma dövrləri üçün vacib olan melatoninlə zəngindir. Tez yuxuya getmək və yaxşı yuxu onlara birbaşa bağlıdır.

Yulaf yarması. Yulaf orqanizmə yuxu hormonu melatonin istehsal etməyə kömək edir.

Qoz. Yuxunu yaxşılaşdıran amin turşusu olan triptofanla zəngindir. Triptofan beyin tərəfindən serotonin istehsal etmək üçün istifadə olunur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video