18 Yanvar 2023 12:00
1076
Elm və texnika
A- A+

“Yaradıcı müəllim: inkişaf edək, etdirək” müsabiqəsinin qalibləri müəyyənləşib  

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən keçirilən “Yaradıcı müəllim: inkişaf edək, etdirək” təqdimat müsabiqəsinin qalibləri bəlli olub.

BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, müsabiqədə Bakı şəhəri ümumi təhsil məktəblərinin fənn müəllimləri və 5-11-ci sinif şagirdləri iştirak ediblər.

Müsabiqənin nəticələrinə əsasən, 114 nömrəli tam orta məktəbin müəllimi Rza Eyvazlı və şagirdi Fidan Daşdəmirova, 118 nömrəli tam orta məktəbin müəllimi Amənə Kərbalayeva və şagirdi Fatimə Məmmədli, 136 nömrəli tam orta məktəbin müəllimi (məktəbin direktoru) Aysel Şərbətova və şagirdi Nərmin Həsənova I, 83 nömrəli məktəb-liseyin müəllimi İdris Abıyev və şagirdi Bahar Abbasova, 156 nömrəli tam orta məktəbin müəllimi Şəlalə Hüseynova və şagirdi Kənan Qasımzadə, 260 nömrəli tam orta məktəbin müəllimi Bəyazid İsazadə və şagirdi Elmir Mustafayev II, 160 nömrəli Klassik Gimnaziyanın müəllimi Hamlet Əliyev və şagirdi Ayla Bədəlli, 313 nömrəli tam orta məktəbin müəllimi Təranə Vəliyeva və şagirdi Aysu Cəfərli, 189-190 nömrəli tam orta məktəbin müəllimi Namiq Cəfərov və şagirdi Kamal Əlizadə III yerə layiq görülüblər.

20 nömrəli məktəb-liseyin müəllimi Çinarə Kazımova və şagirdi Mürşüd Hüseynli, 227 nömrəli tam orta məktəbin müəllimi Rəna Kərbəlayeva və şagirdi Ləman Kərimova, 227 nömrəli tam orta məktəbin müəllimi Lətafət Nəsibova və şagirdi Xəyyam Cəfərov, 262 nömrəli tam orta məktəbin müəllimi Çimnaz İbrahimova və şagirdi Zeynəb Əliyeva, 302 nömrəli tam orta məktəbin müəllimi Gülşən İsmayılova və şagirdi Sərxan Zülfüqarlı, 318 nömrəli tam orta məktəbin müəllimi Vüsalə Abbasova və şagirdi Zeynal Rəsulzadə həvəsləndirici yeri tutublar.

Qaliblərə BŞTİ tərəfindən diplom və hədiyyələr veriləcək. Bakı şəhəri 4, 5, 17, 26, 28, 36, 53, 71, 75, 80, 83, 96, 113, 119, 145, 156, 160, 161, 182, 183, 193, 201, 203, 220, 262, 265, 267, 276, 281, 287, 307, 311, 313, 320, 189-190 nömrəli təhsil müəssisələrinin müəllim və şagirdləri isə fəal iştiraklarına görə təşəkkürnamə ilə təltif olunacaqlar.

Qeyd edək ki, müsabiqənin keçirilməsində əsas məqsəd qabaqcıl təcrübəyə malik yaradıcı, yenilikçi müəllimlərin aşkara çıxarılması, onların təcrübələrinin təbliğ edilməsi və qabaqcıl müəllimlər bazasının yaradılması, eyni zamanda, ümumi təhsilin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması ilə bağlı aktual məsələlərə diqqətin artırılması, təhsil işçilərinin bu barədə rəy və mülahizələrinin öyrənilməsindən ibarətdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video