Yaponiya səfiri Lerikə səfər edib
Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vada Cüniçi Lerik rayonuna səfər edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səfər çərçivəsində Lerik Rayon İcra Hakimiyyətində səfir Vada Cüniçi ilə görüş keçirilib. Görüşdə çıxış edən rayon icra hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyev yaponiyalı qonağa rayonun qədim tarixi, coğrafi mövqeyi, adət-ənənəsi, mədəniyyəti, əhalinin məşğulluğu haqqında məlumat verərək, rayonda aqrar bölmənin inkişafı istiqamətində həyata keçirilən tədbirləri, rayonun turizm potensialını və son illərdə görülmüş tikinti-quruculuq işlərini diqqətə çatdırıb.
Bildirilib ki, Yaponiya hökuməti Azərbaycanda “Ot köklərı və insan təhlükəsizliyi qrant yardımı proqramı” həyata keçirir. Bu proqram çərçivəsində Lerik şəhər 3 nömrəli tam orta məktəb üçün tədris korpusu, rayonun Şingədulan kəndində həkim məntəqəsi inşa edilib, Lerik Rayon Mərkəzi Xəstəxanasının uşaq xəstəlikləri şöbəsinin binası əsaslı təmir olunub, Pirasora və Conu kəndlərində tibb məntəqələri tikilərək istifadəyə verilib.
Rayonda görülmüş işlərə görə səfirin timsalında Yaponiya hökumətinə minnətdarlığını bildirən C.Baxşıyev yeni layihələrin icrasına ümidvar olduğunu bildirərək, 44 günlük Vətən müharibəsi zamanı Yaponiyanın ölkəmizə göstərdiyi dəstəyə və Qələbəmizin rəmzi olan “Xarı bülbül” döş nişanını sinəsində gəzdirdiyinə görə yaponiyalı diplomata minnətdarlığını ifadə edib.
Səfir Vada Cüniçi Yaponiya-Azərbaycan arasında ikitərəfli əməkdaşlığın getdikcə inkişaf etdiyini, Azərbaycanda gedən sosial-iqtisadi inkişafın onda xoş təəssürat oyatdığını, paytaxtla yanaşı, region şəhərlərinin də müasirləşdiyini, Lerikdə qarın yaratdığı füsunkar mənzərənin onda xoş əhval-ruhiyyə yaratdığını və burada olmasından məmnun qaldığını bildirib.
Vada Cüniçi iki ölkə arasında diplomatik əlaqələrin 30 illiyi münasibətilə 2022-ci ildə səfirlik tərəfindən bir sıra rəngarəng tədbirlərin keçiriləcəyini, gələcəkdə Lerikdə layihələrin icrasının davam etdiriləcəyini söyləyib.
Səfər çərçivəsində yaponiyalı diplomat Lerik şəhərindəki Uzunömürlülər Muzeyi ilə tanış olub, xatirə kitabına ürək sözlərini yazıb.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Azərbaycan Kuboku: "Neftçi" finalda "Xəzri"yə rəqib olub
17 Aprel
Keniyada səhiyyə işçilərinin tətili davam edir
17 Aprel
Fələstinin BMT-yə üzvlüyü Təhlükəsizlik Şurasında səsverməyə çıxarılacaq
17 Aprel
Romario 58 yaşında futbolçu karyerasını bərpa edib
17 Aprel
Türkiyənin 9-cu gəmisi Qəzzaya yola düşüb
17 Aprel
Yeni Kaledoniya Konqresinin nümayəndə heyəti Heydər Əliyev Mərkəzində olub
17 Aprel
Zelenskinin iştirakı ilə Ukrayna-NATO Şurasının növbəti iclası keçiriləcək
17 Aprel
Sergey Markov: Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması iki ölkə arasındakı razılaşmalara əs...
17 Aprel
Qazaxıstanda daşqınlar: təxliyə edilənlərin sayı 117 min nəfəri ötüb
17 Aprel
Tbilisinin mərkəzində atışma olub
17 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!