02 Oktyabr 2022 13:24
713
DÜNYA
A- A+

Yaponiya, ABŞ və Avstraliyanın müdafiə nazirləri əməkdaşlığı daha da gücləndirmək barədə razılığa gəliblər  

 

Yaponiya, ABŞ və Avstraliyanın müdafiə nazirləri bu üç ölkə arasında əməkdaşlığı daha da gücləndirmək barədə razılığa gəliblər.

AZƏRTAC xəbər verir ki, Yaponiyanın müdafiə naziri Hamada Yasukazu, ABŞ-ın müdafiə naziri Lloyd Ostin və Avstraliyanın müdafiə naziri Riçard Marlz oktyabrın 1-də Havay adalarında bir araya gəliblər.

Yaponiyanın müdafiə naziri həmkarlarına bildirib ki, təmsil etdikləri ölkələr arasında sıx əməkdaşlıq açıq və azad Hind-Sakit okean regionunun qanunun aliliyi əsasında qorunması və daha da möhkəmlənməsi baxımından xüsusi əhəmiyyətə malikdir. Nazir, həmçinin Yaponiyanın müdafiə qabiliyyətinin son beş ildə əsaslı şəkildə möhkəmləndirilməsi məqsədilə Milli Təhlükəsizlik Strategiyası və bununla əlaqədar ilin sonunadək nəzərdə tutulan müdafiə proqramları barədə də həmkarlarını məlumatlandırıb.

Nazirlər ölkələri arasında müdafiə sahəsində silahların və texnologiyaların birlikdə hazırlanması və inkişafı sahəsində əməkdaşlıq barədə də razılığa gəliblər.

Nazirlər arasında bu ölkələrin strategiyalarının əlaqələndirilməsi barədə razılıq əldə olunduğu da qeyd edilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video