18 Yanvar 2023 02:41
332
Mədəniyyət
A- A+

Xurşidbanu Natəvanın 190 illiyinə həsr olunan sərgi açılıb

 

Görkəmli şair, ictimai xadim Xurşidbanu Natəvanın (1832-1897) 190 illik yubileyinə həsr edilmiş "Tək inci" adlı sərginin açılış mərasimi keçirilib.
Tədbirdə Xurşidbanu Natəvanın incəsənətin bir çox sahələrində əvəzsiz əsərlər yaradan, ictimai fəaliyyəti ilə cəmiyyətin böyük rəğbətini qazanan nadir şəxsiyyətlərdən biri olduğu bildirilib. Sərgidə görkəmli şairin klassik ədəbi ənənələrimizi yaşadan, yüksək humanizm ideyaları, dərin lirizm ifadə edən yaradıcılığı və unikal şəxsiyyəti sayəsində dövrün ədəbi mühitinin formalaşmasına mühüm təsir göstərərək xalqımızın mədəni irsinin zənginləşməsinə töhfələr verməsindən söz açılıb.
Tədbirdə Maral Rəhmanzadə, Oqtay Sadıqzadə, Ömər Eldarov, Altay Hacıyev və başqa sənətkarlarımızın yüksək yaradıcılıq məhsulu kimi ərsəyə gələn Natəvan obrazlarının sərginin diqqətəlayiq eksponatlarından olduğu vurğulanıb. Daha sonra qonaqlar sərgi ilə tanış olublar.
Qeyd edək ki, "Tək inci" sərgisi 2023-cü il yanvarın sonunadək davam edəcək. Sərgidə Azərbaycan Milli İncəsənət Muzeyi, Milli Azərbaycan Tarixi Muzeyi, Milli Azərbaycan Ədəbiyyatı Muzeyi, Azərbaycan Dövlət Teatr Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Səttar Bəhlulzadənin ev-muzeyi, Bərdə Rayon Tarix-Diyarşünaslıq Muzeyi və Xalq rəssamı Altay Hacıyevin şəxsi kolleksiyasında saxlanılan Natəvana məxsus şəxsi əşyalar, onun əlyazmaları, eləcə də görkəmli rəssam və heykəltaraşlarımızın əsərləri, ümumilikdə 60-a yaxın nümunə təqdim olunur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video