27 Sentyabr 2022 16:25
495
SİYASƏT
A- A+

Xarici İşlər Nazirliyində Vətən müharibəsi şəhidləri anılıb

 

Sentyabrın 27-də Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində (XİN) Anım Gününə həsr olunmuş tədbir keçirilib.

XİN-in Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, anım tədbirində nazirliyin rəhbər heyəti, Vətən müharibəsi iştirakçısı, şəhid ailələri və diplomatiya könüllüləri iştirak ediblər.

Tədbir Xarici İşlər Nazirliyinin 27 Sentyabr - Azərbaycan Respublikasında Anım Günü ilə bağlı bəyanatının səsləndirilməsi ilə başlayıb. Daha sonra 44 günlük Vətən müharibəsinə həsr edilmiş videoçarx nümayiş olunub.

Anım tədbirində çıxış edən Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov, iki il bundan öncə sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatının qarşısını almaq məqsədilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin cavab tədbirlərinə əl atdığını və bu əməliyyatın 44 gün davam edən Vətən müharibəsinin başlanğıcını qoyduğunu qeyd edib. Vətən müharibəsi nəticəsində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun həm beynəlxalq hüququ, həm də tarixi ədaləti təmin etdiyi bildirilib. İşğaldan azad olunmuş torpaqlarda hazırda aparılan genişmiqyaslı yenidənqurma işlərinin bu ərazilərdən onilliklər öncə zorla didərgin salınmış məcburi köçkünlərimizin təhlükəsiz şəraitdə evlərinə geri dönməsinə xidmət etdiyini söyləyən nazir Ceyhun Bayramov, artıq Azərbaycanın işğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı kəndinə ilk ailələrin qayıtdığını diqqətə çatdırıb. Postmünaqişə mərhələsində Azərbaycan tərəfindən iki dövlət arasında normallaşma prosesi istiqamətində bir sıra səylər göstərilsə də, Ermənistan tərəfinin buna qarşılıq vermədiyi, bu ölkənin mütəmadi təxribatlara əl atdığı bildirilib. Bu xüsusda, Ermənistanın sonuncu 12-14 sentyabr tarixli təxribatının normallaşma prosesinə, bölgədə sülhün təmin olunması səylərinə xələl gətirdiyi vurğulanıb. Nazir Ceyhun Bayramov tədbirdə iştirak edən şəhidlərimizin övladlarına üzünü tutaraq, bütün Azərbaycanın onların ataları ilə, bütün şəhidlərimizlə fəxr etdiyini söyləyib, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edib.

Anım tədbirində Müdafiə Nazirliyinin nümayəndəsi, Vətən müharibəsi iştirakçısı, Raket və Artilleriya Qoşunlarının qərargah rəisi, polkovnik Gülməmməd Rzayev çıxış edib. O, 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan ərazilərinin işğaldan azad edilməsi əməliyyatlarında iştirakı ilə bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşüb. Şanlı Azərbaycan Ordusunun döyüş meydanında göstərdiyi qəhrəmanlıqlardan danışan Gülməmməd Rzayev bundan sonra da Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı hər hansı bir təhdid yaranarsa, Azərbaycan Ordusunun bu təhdidlərin qarşısının alınması, Vətənimizin müdafiəsi üçün qətiyyətli tədbirlər görəcəyini söyləyib.

Tədbirdən sonra saat 12:00-da Xarici İşlər Nazirliyinin rəhbər heyəti şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video