Xarici işlər nazirinin müavini Azərbaycan-Türkiyə-Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələrinin rəhbərləri ilə görüşüb
Mayın 23-də Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Elnur Məmmədov Azərbaycan-Türkiyə-Gürcüstan Parlamentlərinin Xarici Əlaqələr Komitələrinin üçtərəfli birgə görüşündə iştirak etmək üçün ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının Böyük Millət Məclisinin Xarici Əlaqələr Komitəsinin sədri Akif Çağatay Kılıç və Gürcüstan Parlamentinin Xarici Komitəsinin sədri Nikoloz Samxaradze ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan Respublikasının Milli Məclisinin Beynəlxalq münasibətlər və Parlamentlərarası əlaqələr Komitəsinin sədri Səməd Seyidov, habelə Türkiyə Gürcüstanın ölkəmizdəki səfirləri iştirak ediblər.
Qonaqları səmimiyyətlə salamlayan nazir müavini Elnur Məmmədov Azərbaycanın həm Türkiyə, həm də Gürcüstanla ikitərəfli əsasda mövcud olan yüksək səviyyəli strateji tərəfdaşlıq münasibətlərindən, habelə üçtərəfli formatda mövcud olan regional əməkdaşlıq formatından məmnunluqla bəhs edib. Ölkələrimizin, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığı vurğulanıb. Üç ölkə arasında yüksək səviyyəli siyasi dialoqla yanaşı, iqtisadi, ticarət, enerji, humanitar və sair sahələrdə əlaqələrin, habelə parlament ölçüsündə əməkdaşlığın dinamik inkişafı təqdir edilib.
Nazir müavini Elnur Məmmədov qarşı tərəfə bölgədə mövcud olan münaqişə sonrası vəziyyət, o cümlədən azad olunmuş ərazilərin minalardan təmizlənməsi, bərpa və quruculuq işləri, eyni zamanda, sülh quruculuğu istiqamətində Azərbaycan tərəfindən görülən işlər, Brüsseldə liderlər səviyyəsində keçirilmiş görüşlər və onların nəticələri barədə məlumat təqdim edib. Cari ildə ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunması münasibətilə silsilə tədbirlərin təşkil edildiyi vurğulanıb.
Görüş zamanı üçtərəfli formatda əməkdaşlıq məsələləri, regional və beynəlxalq gündəliyin aktual mövzuları, həmçinin Ukraynadakı vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Türkiyənin xarici işlər naziri: Azərbaycan 44 günlük Vətən müharibəsində türkün gücünü bütün dünyaya...
27 Iyun
Prezident: Təbii şəraitin çətinliyinə baxmayaraq, Kəlbəcər-Laçın zonasında bütün infrastruktur layih...
27 Iyun
Prezident İlham Əliyev: 1993-cü ilin aprelində itirdiyimiz Kəlbəcərdə bu gün Ordu Gününü qürurla qey...
27 Iyun
Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib YENİLƏNİB ...
27 Iyun
Azərbaycan, Türkiyə və Qazaxıstan nazirlərinin ilk üçtərəfli görüşünün yekununda Bakı Bəyannaməsi im...
27 Iyun
Prezident İlham Əliyev: Biz istədiyimizə nail olacağıq - Qarabağı və Şərqi Zəngəzuru bərpa edəcəyik...
27 Iyun
Prezident İlham Əliyev Kəlbəcərdə “İstisu” sanatoriyasının təməlqoyma mərasimində iştirak edib ...
27 Iyun
Prezident İlham Əliyev: Kəlbəcərin itirilməsi strateji nöqteyi-nəzərdən böyük faciə idi ...
27 Iyun
Prezident İlham Əliyev Kəlbəcərdə “Çıraq-1” Kiçik Su Elektrik Stansiyasında tikinti işlərinin gedişi...
27 Iyun
Prezident İlham Əliyev: Ermənistan da postmüharibə reallığını qəbul etməlidir
27 Iyun
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!