04 Oktyabr 2022 00:58
429
İQTİSADİYYAT
A- A+

Xaçmazda torpaq kanal beton üzlüyə alınır

 

Ölkəmizin ən böyük kənd təsərrüfatı rayonlarından olan Xaçmazda fermerlərin suvarma suyu ilə təminatı istiqamətində tədbirlər davam etdirilir.
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətindən  bildirilib ki, rayon ərazisində suvarılan torpaqların ümumi sahəsi 50 min 290 hektardır. Bu torpaq sahələri kanallar, çaylar, qara sular və bir qismi də artezian suları ilə suvarılır. Su mənbələri isə Samur-Abşeron və Xan arxı kanalıdır. Su istehlakçılarının keyfiyyətli suvarma suyu ilə təmin etmək məqsədilə 2 min metr uzunluğunda torpaq kanal hazırda beton üzlüyə alınır.
Yeni beton kanalların çəkilməsi fermerlərin də işini xeyli asanlaşdırır. Bağ və sahələrin vaxtında suvarılması həm də məhsuldarlığın yüksəldilməsinə təsir edir. Bununla yanaşı, rayon ərazisindən keçən çayların daha çox təhlükə gözlənilən hissələrində daşqın və selə qarşı mübarizə tədbirləri görülərək çay məcraları tənzimlənir, sahilqoruyucu və su istiqamətləndirici bəndlər qurulur.
Qeyd edək ki, Xaçmaz rayonunda sahələri suvarmaq üçün 2 min 180 kilometr uzunluğunda təsərrüfatdaxili və təsərrüfatlararası suvarma kanalından istifadə olunur. Bu kanalların 1790 kilometri torpaq 220 kilometri isə beton məcralıdır. Ötən il rayon ərazisində 3 min metrdən artıq torpaq məcralı kanal beton üzlüyə alınıb. 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video