28 Avqust 2022 00:51
381
Elm və texnika
A- A+

Virtual dünyanın yenilikləri

 

"Sony""Playstation VR2" virtual reallıq cihazının funksiyaları və özəllikləri barədə məlumatları ictimaiyyətə təqdim edib. Məlumata görə, o, cihaza inteqrasiya edilmiş kameralar vasitəsilə ətraf mühiti skan edəcək. 
Bunun vasitəsilə istifadəçi virtual reallıq aparatını başından çıxartmadan idarəetmə aksesuarlarını tapa biləcək. Bunun üçün sadəcə olaraq cihazdakı xüsusi düyməyə klikləmək və ya idarəetmə mərkəzindəki xüsusi bölmədən istifadə edərək 3D dünyadan real dünyaya keçidi reallaşdırmaq lazımdır. İdarəetmə mərkəzində olan xüsusi bölmələr həmçinin "Playstation VR2"nin sürətli ayarlarına keçid imkanını verirlər. Buna oyun zonasının adaptasiya tənzimləmələrini misal gətirmək olar.
Daha bir vacib funksiya isə istifadəçinin oyunda olduğu zaman özünü çəkə bilməsidir. Bu, cihaza qoşulu olan "PS5 HD Camera" vasitəsilə reallaşdırılır. Bu özəllik öz növbəsində istifadəçiyə oyundakı maraqlı anları digərləri ilə bölüşmək imkanını verəcək. Oyun zonasının tənzinlənməsi prosesi həm VR cihazdakı kameralar, həm də idarəetmə aksesuarları vasitəsilə reallaşdırıla bilər. Bu halda VR cihazın kameraları otağı skan edir, "PS VR2 Sense" idarəetmə aksesuarları isə ətraf mühitin özəllikləri və oyunçunun oyun tərzi əsasında oyun zonasının sərhədlərini daha dəqiq təyin etməyə imkan verir. Beləliklə, istifadəçi oyun zonasının öncədən təyin edilmiş sərhədinə yaxınlaşdıqda bu barədə xəbərdarlıq əldə edəcək. Ətraf mühitin özəlliklərindən asılı olaraq ayarlanmanı istənilən an dəyişmək mümkündür.
İstifadəçilərə həmçinin virtual reallıq və kinematoqrafik rejimlər arasında keçid etmək imkanı da veriləcək. VR rejimdə istifadəçilər 360 dərəcəlik bucaq əhatəsi vasitəsilə virtual mühitdəki kontentlərlə qarşılıqlı əlaqədə olacaq. Kinematoqrafik rejimdə isə istifadəçilər VR ilə əlaqəli olmayan oyunlarla qarşılıqlı əlaqə yaradacaq.

Ülkər XASPOLADOVA,
"Azərbaycan"
 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video