Prezident
Səfərlər
Birinci vitse-prezident
Qəbullar
Fərmanlar
Sərəncamlar
Məktublar
Qanunlar
Tədbirlər
Əlaqə
Azərbaycan Respublikası, Bakı ş., Mətbuat pr. 529-cu məhəllə, 4-cü mərtəbə
(+994 12) 539 49 20, 538-31-11
İTHAF
Qardaş itkisi yaman olur!
Qardaş itkisi ağır olur!
Qardaş itkisi sağalmayan yara olur!
Şəhidlər qardaşlarımızdır.
Şəhidlər övladlarımızdır.
Şəhidlər atalarımızdır.
Şəhidlər Vətənin oğulları, fəxri, qüruru, qəhrəmanlıq simvoludur.
Siz cismən bizi tərk etsəniz də, mənən daim bizimləsiniz, şəhid balalarımız!
***
Müharibədə şəhidlər də olur.
Şəhidlik əbədiyyətə, ölməzliyə qovuşmaqdır.
Şəhidlik həyatla sonsuzluğun qovuşduğu andır.
Ömrün şəhidlik zirvəsi qəhrəmanlıq zirvəsi, iki dünyanın birləşmə nöqtəsi, ölümsüzlüyün ölümə qalib gəldiyi, insanın ölümündən sonrakı mövcudluğunun başlanğıcıdır.
***
Ay qardaş, gözüm qardaş
Ağzımda sözüm qardaş,
Sən düşdüyün torpağa,
Qurbanam özüm, qardaş...
Yad tufan saldı, oğul,
Ağlımı aldı, oğul.
Ürəyimin telində,
Qəm sazın çaldı oğul...
Şalım qara boyandı,
Ucu yerə dayandı,
Bizim ah-naləmizdən
Göydə fələk oyandı...
***
Çoxunuz lap cavan idiniz...
Ananız gəlin gətirib, toyunuzu belə görməmişdi...
Övladlarını yetim qoyub gedənləriniz də oldu...
Vətən çağıranda, Vətənə gərək olduğunuzu hiss edəndə heç nəyə baxmadan ələ silah götürərək əsgər paltarını geyindiniz!
Təkcə ata-ananızın deyil, həm də Vətənin övladı olduğunuzu sübut etdiniz!
Yaraqlı-silahlı, arxalı-köməkli erməninin üstünə hünərlə, cəsarətlə getdiniz!
Nə düşməndən qorxdunuz, nə də ölümdən!
Əslində, heç ölməmisiniz də, şəhidlik məqamına, şəhidlik zirvəsinə yüksəlmisiniz!
***
"Şəhidlər ölməz, Vətən bölünməz" sözləri dilinizin əzbəri idi.
Bunu ucadan, qürurla söyləyərdiniz!
Vətənin bölünməsinə yol verməmək üçün dünyada malik olduğunuz, sizə xas olan ən yüksək dəyərdən - şirin canınızdan belə keçdiniz!
Siz söylədiklərinizi əməlinizlə sübut etdiniz, bizlər isə sizi daim anacağıq, qəlbimizdə, xatirəmizdə əbədi yaşadacağıq!
***
Keçdiyin yerləri torpaq deyərək basma, tanı,
Düşün altındakı minlərlə kəfənsiz yatanı!
Sən şəhid oğlusan, incitmə, yazıqdır atanı,
Vermə dünyaları alsan da, bu cənnət Vətəni...
***
Yoxluğunuzla valideynləriniz, yetim qoyub getdiyiniz balalarınız barışa bilmir! Özlərinə məxsus həsrət və qubarla nə vaxtsa geri dönəcəyinizi səbirsizliklə gözləyirlər...
Hər saat gözləyirlər...
Hər gün gözləyirlər...
Daha təsəlliverici sözlərdən də usanıblar!
Daha bəhanələrdən də doyublar!
Daha balalarınız doğmalarınızın "sabah gələcək" demələrinə də inanmırlar!
Hələ "şəhid" sözünün mənasını lazımınca dərk etmirlər!
Hələ ölümün nə demək olduğunu tam dolğunluğu ilə anlamırlar!
Bəlkə də belə yaxşıdır!
Amma istəyirlər ki, ataları yanlarında olsun!
Onları qucağına alaraq bağrına bassın, oxşasın, əzizləsin...
Əllərindən tutub gəzdirsin, hər şıltaqlıqlarına dözüb gülümsəsin...
Heyhat!
***
Sən təkcə özünü, öz ailəni, öz övladlarını düşünmədin!
Vətəni, torpağı, Vətən qeyrətini və təəssübünü hər şeydən uca tutdun!
Döyüşə atılanda tək özünü yox, doğmalarını, valideynlərini, ciyərparalarını da unutdun!
Gözünün qabağında bir Vətən vardı, bir əsgər borcu, bir də şərəf və vicdan duyğusu!
Nə yaxşı ki, qədirbilən dövlətin var!
Nə yaxşı ki, valideynlərinə, övladlarına dayaq duracaq qanunlar var!
Bircə sən yoxsan!
Amma yoxluğun cisməndir!
Ürəklərdəsən, əməlinlə yaddaşlara həkk olunmusan!
Səni sevənlərləsən!
***
Səni ağlayımmı, a şəhid balam?!
Axı deyirlər şəhidlər ölmürlər, ölümsüzlüyə yüksələrək müqəddəslərin yanında yer alırlar!
Ağı deyimmi?!
Yox!
Ölənə ağı deyərlər, ölümsüzlüyə qovuşanlara yox!
Bəlkə bayatı çağırım?
Hə, bax belə:
Altımda kilim yandı,
Od düşdü, kilim yandı.
"Əziz balam" deməkdən
Ağzımda dilim yandı.
***
Ağacda xəzəl ağlar,
Dibində gözəl ağlar,
Belə oğlu ölənlər
Sərgərdan gəzər, ağlar.
***
Qınamayın məni, ay şəhid balalarım, "ölüm" sözünü heç cürə sizə yaraşdırmıram!
Əvvəla, siz canınızdan artıq sevdiyiniz Vətən torpağına qovuşmusunuz!
İkincisi, real həyatda yox olsanız da, milyonların qəlbinə köçərək orada özünüzə əbədi yer tutmusunuz!
Ölənlər - unudulurlar!
Siz Vətən torpağına cismən qovuşanlarsınız!
Ruhunuz göylərdə, bir zamanlar həsrət qaldığınız doğma yurd-yuvalarda dolaşmaqdadır!
Biz sizi görməsək də, siz bizi görürsünüz, hər şeydən xəbərdarsınız!
Yoxluğunuzdan necə üzüldüyümüzü də bilirsiniz!
***
"Fələyin yazdığını mən poza bilsəydim əgər..."
Yox, yazıya pozu olmur, şəhid balamın balası!
Taleyin qisməti beləymiş...
Atan səni doyunca öpüb oxşamadı!
Orta məktəbi bitirməyinə ürəkdən sevinə bilmədi!
Ali məktəbin diplomunu görüb fərəh və iftixar hissi keçirmədi!
Toyunda qol götürüb oynamaq, nəvə başı sığallamaq ona qismət olmadı!
Heç sənə var-dövlət də qoyub getmədi!
Çünki Vətənə xidmət edənləri sərvət düşündürmür, şəhid balamın balası!
Əvəzində şəhidlər özlərindən sonrakı nəsillərə yetəcək qədər təmiz və şərəfli ad qoyurlar!
Vətəni necə sevməyi, uğrunda canından keçməyi sözdə yox, əməldə göstərirlər!
***
Harda qarapaltarlı, qəmli qadın görsəniz...
Harda vaxtsız ağaran saçlarına rəng çəkməmiş qadın görsəniz...
Harda təravətli üzünə erkən qırış düşmüş qadın görsəniz...
Harda tez-tez gözünü məchul nöqtəyə dikərək qeyri-ixtiyari ah çəkən qadın görsəniz...
Bilin ki, o, şəhid anasıdır!
Şəhid anası çox danışmaz, dərdini içində çəkər!
Özünü yazıq göstərməyə çalışmaz, qürurunun sınmasından qorxar!
Gizlində ağlayıb kiriyər, adam yanında gözünün qorasını axıtmaz!
Hərdən üzü gülsə də, heç zaman ürəyi gülməz!
İtirə biləcəyini itirdiyindən həsrətlə qisas gününü gözləyər!
Nəhayət, gəldi o gün!
Müzəffər Ali Baş Komandan İlham Əliyev "dəmir yumruğ"u ilə düşmən ordusunu məhv etdi, 30 illik işğala 44 gündə son qoydu!
Ərazi bütövlüyümüzü, dövlət suverenliyimizi bərpa etdi!
İlham Əliyev ləyaqətli müharibə apardı, qəhrəman ordusuna, hər an Vətən uğrunda şəhid getməyə hazır olan Azərbaycan gəncinə arxalanaraq döyüşdü, Zəfər çaldı!
İlham Əliyev həm də müqəddəs şəhidlərimizin qanını müharibə meydanında aldı!
Bu gün isə müqəddəs şəhid qanı tökülmüş Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirir.
Şəhidlərin də uğrunda canlarından keçdiyi müqəddəs Azərbaycan torpağı şəhid balalarını ən qiymətli Vətən əmanəti kimi qoynunda saxlayır!
***
Şəhid valideynləri, şəhid balaları, evinizdə müqəddəs bir əmanət var:
Şəhid oğlunuzun, şəhid atanızın tabutuna örtülmüş, ailənizə yadigar verilmiş üçrəngli dövlət bayrağı!
Sizin üçün yeni bir müqəddəs ünvan var: Övladınızın, atanızın uyuduğu qara mərmərli məzar!
Üstünüzdə çox qürurverici, amma kədərli və nisgilli bir ad var:
Şəhid övladı, şəhid valideyni!
Bəlkə də həyatda sizin üçün asan olmayacaq!
Amma hamı sizi sevəcək, hörmət edəcək!
Atanıza görə!
Şəhid balası olduğunuza görə!
Şəhid valideyni olduğunuza görə!
Atanıza oxşadığınıza görə!
Təki taleyiniz oxşamasın!
Atanızın uğrunda şəhid getdiyi Vətən torpağı azaddır!
Düşməndən qisasınız alındı!
Ananızın, nənə və babalarınızın dərdlərini azaldıb, sevincini artıra bilərsiniz!
Bəxtiniz açıq olsun!
Vətən sizinlə də qürur və fərəh duysun!
Başınız yalnız şəhid atanızın məzarı qarşısında əyilsin!
Bilin, artıq alnınız açıq, üzünüz ağdır!
Siz qəhrəman şəhid övladısınız!
Atanızın adına layiq igidlər kimi böyüməyə borclusunuz!
Siz Vətənə, Vətən sizə borcludur...
***
Cismən aramızda olmasanız da, mənən daim bizimləsiz!
Qarabağın azad edilmiş hər bir kəndinin, şəhərinin ən əziz, ən doğma, əbədi sakinlərindən biri sayılırsınız!
Sənə qurban olum, a şəhid balam!
Sən axıtdığın müqəddəs qanınla Azərbaycan tarixinin qızıl səhifələrini yazdın!
Sən özün qəhrəmanlığın və şücaətinlə həmin tarixin şərəfli səhifələrindən birinə çevrildin!
Vətən səni unutmayacaq!
Azərbaycan xalqı sənin qəhrəmanlığını və rəşadətini daim yaddaşında hifz edəcəkdir!
***
Sənə qurban olum, a şəhid balam!
Məni qınama ki, səninlə birgə döyüşüb, səninlə bərabər ölə bilmədim!
Allah sizlərə rəhmət eləsin, şəhid balalarımız!
Parçalanmış torpaqlarımızı qanınızla birləşdirdiniz!
Bəxtiyar SADIQOV
Moskvada MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası keçirilir Prezident İlham Əliyev iclasda iştirak edir YENİLƏNƏCƏK
X Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Şuşaya həsr olunan sərgilərin təqdimatı keçirilib
Bu il istehlakçılara 130,6 milyon manat ƏDV qaytarılıb
Təhsilin İnkişafı Forumu keçirilib YENİLƏNİB
RF Prezidentinin köməkçisi: Moskvada Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli görüşü nəzərdə tutulmur
Azərbaycanın ən ağır çəkidə çıxış edən cüdoçusu dünya reytinqində liderliyi ələ keçirib
Şuşada Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin IV iclası keçirilib YENİLƏNİB
Odessada həbs edilən gəmidəki Azərbaycan vətəndaşları ölkəmizə təxliyə olunub
Moskvada Prezident İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putinlə görüşü olub YENİLƏNİB - 2
Daha 16 ailə Şuşaya köçüb, onlara yeni evlərinin açarları təqdim olunub
Fizika sahəsində Nobel mükafatına layiq görülən alimlərin adları açıqlanıb
Prezident Vladimir Putin: Rusiya ilə Azərbaycan arasında münasibətlər müsbət inkişaf edir
Oktyabrın 15-dən “Vahid tələbə kartı”nın verilməsinə başlanılır
Fransız dilinin mövqeyi zəifləyir
Sabahın havası: Günəş də var, yağış da var, külək də...
Prezident İlham Əliyev: Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin dinamikası kifayət qədər nəzərə çarpır
Qərbi Azərbaycan İcması ATƏT-in İnsan Ölçüsü Konfransı çərçivəsində yan tədbir keçirib
Doqquz ayda 25 mindən çox şəxsə yaşa görə əmək pensiyası təyin olunub
Taha Ayxan: İstərdik ki, Azərbaycan halal biznes və turizm sahəsində öz liderliyini qoruyub saxlaya bilsin
Cari ilin birinci yarısında Türk dövlətlərinin ÜDM-i 900 milyard dolları ötüb
10 milyon hektar bitki örtüyü məhv oldu
Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib YENİLƏNİB30 Sentyabr 2024
İnkişaf büdcəsi29 Sentyabr 2024
Prezident İlham Əliyev bir daha bəyan etdi28 Sentyabr 2024
Zəfərlə anırıq...27 Sentyabr 2024
VƏTƏNİN ŞƏHİD BALALARI27 Sentyabr 2024
Azərbaycan yeni strateji dövrdə26 Sentyabr 2024
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!