17 Fevral 2025 17:13
518
İQTİSADİYYAT
A- A+
Vergi xidmətinin 25 illiyi qeyd edilib

Vergi xidmətinin 25 illiyi qeyd edilib


11 fevral – Vergi xidməti işçilərinin peşə bayramı və müasir vergi orqanlarının yaradılmasının 25 illiyi münasibətilə tədbir təşkil olunub. Tədbirdə İqtisadiyyat Nazirliyi və Dövlət Vergi Xidmətinin (DVX) rəhbərliyi, Xidmətin vəzifəli şəxsləri, veteran vergi işçiləri iştirak ediblər, daha 2100 nəfər vergi xidməti əməkdaşı görüşə onlayn formatda məsafədən qoşulub.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Vətən müharibəsində həlak olmuş şəhidlərin xatirəsi yad edilib. Tədbirdə Dövlət Vergi Xidmətinin Vətən müharibəsində iştirak edən əməkdaşlarına və şəhid ailələrinə ehtiram ifadə olunub.

İqtisadiyyat naziri Mikayıl Cabbarov vergi xidməti əməkdaşlarını 25 illik yubiley və peşə bayramı münasibətilə təbrik edib. Nazir insan resurslarının inkişaf istiqamətləri, qabaqcıl səriştələrə və innovativ biliklərə malik kadr ehtiyatının inkişaf etdirilməsinin əhəmiyyəti barədə danışıb.

DVX-nin rəisi Orxan Nəzərli insan resurslarından gözləntilər, xidmətin 2025-2028-ci illər üzrə Strategiyası çərçivəsində nəzərdə tutulan fəaliyyət istiqamətləri ilə bağlı təqdimatla çıxış edib. Xidmət rəisi vergi orqanlarında önəm verilən dəyərlər barədə danışıb, yumşaq bacarıqların əhəmiyyətini vurğulayıb, motivasiya mühiti haqda fikirlərini bölüşüb.

Tədbirdə qüsursuz fəaliyyəti ilə seçilən və mükafatlara layiq görülən bir sıra vergi orqanı əməkdaşlarına “Fəxri vergi orqanı işçisi” adları, DVX-nin döş nişanları və Fəxri fərmanlar təqdim olunub. Veteran vergi əməkdaşları da təltif ediliblər. Həmçinin vergi xidmətində çalışmış, öz təcrübələri ilə təşkilatın inkişafına dəyər qatan və hazırda mühüm dövlət vəzifələrində ölkəmizin inkişafı yolunda xidmətlərini davam etdirən bir sıra şəxslər DVX-nin Fəxri fərmanı ilə təltif ediliblər.

Tədbir konsert proqramı ilə başa çatıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qırğızıstan nümayəndə heyəti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib  

11:33
07 Dekabr

Cüdo üzrə Azərbaycan çempionatında fərdi mübarizəyə yekun vurulub 

23:11
06 Dekabr

Zelenski: Amerika ilə növbəti addımlar və müzakirə formatları barədə razılığa gəlmişik  

22:41
06 Dekabr

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə keçirilən beynəlxalq konfrans çərçivəsində ikitərəfli görüşlər davam edir  

21:35
06 Dekabr

Timişoarada Azərbaycan Rumıniya münasibətləri barədə müzakirə aparılıb  

20:20
06 Dekabr

Almaniya Kansleri İordaniya və İsrailə səfər edib  

19:51
06 Dekabr

Misli Premyer Liqasında XIV tura start verilib  

19:21
06 Dekabr

Cənubi Afrikada bir otelə basqın nəticəsində 11 nəfər qətlə yetirilib  

17:53
06 Dekabr

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib YENİLƏNİB  

17:48
06 Dekabr

 Xalq artisti Qədir Rüstəmovun anadan olmasının 90 illiyi qeyd edilib

17:41
06 Dekabr

Qadınlar və kişilər arasında cüdo üzrə Azərbaycan çempionatının açılış mərasimi olub

16:59
06 Dekabr

Kişineuda xeyriyyə yarmarkasında Azərbaycan öz stendi ilə təmsil olunub  

16:21
06 Dekabr

ABŞ Prezidenti Donald Tramp Prezident İlham Əliyevə təşəkkür edib

16:07
06 Dekabr

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampdan

16:00
06 Dekabr

D-8 ölkələrinin Gənclər Dialoqunun açılış mərasimi keçirilib YENİLƏNİB 

15:53
06 Dekabr

Ombudsman Aparatının nümayəndələri Cenevrədə səfərdədirlər  

15:51
06 Dekabr

“Türkiye” qəzeti: Türkiyənin sərhəd əyalətlərində Zəngəzur Dəhlizinin açılışına hazırdırlar  

15:40
06 Dekabr

Sudanın Cənubi Kordofan vilayətində 79 mülki şəxs qətlə yetirilib  

15:37
06 Dekabr

Azərbaycan ilə Gürcüstan arasında təhsil və elm sahələrində əməkdaşlığın perspektivləri müzakirə olunub  

15:37
06 Dekabr

Yalçın Rəfiyev: Bakıda yeni D-8 mərkəzləri açmaq niyyətindəyik  

15:35
06 Dekabr

Azərbaycan gənclərinin COP29 təcrübəsini D-8-ə üzv ölkələrin gəncləri ilə bölüşmələrini istəyirik 

15:32
06 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!