17 Yanvar 2023 12:02
663
Elm və texnika
A- A+

Venera-Saturn birləşməsi olacaq

 

Yanvarın 22-də Günəş batdıqdan sonra Venera ilə Saturn planetlərinin birləşməsini izləmək mümkün olacaq. Belə ki, bu iki Günəş sistemi planeti qeyd olunan tarixdə bir-birinə çox yaxın məsafədən (~0.34⁰) keçəcək.

Bu barədə AZƏRTAC-a N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.

Planetlərin birləşməsi Bakı vaxtı ilə (GMT+04) saat 18.03-dən etibarən üfüqdən 14⁰ hündürlükdə cənub-qərbdə müşahidə olunacaq və saat 19.35-dək müşahidə etmək mümkün olacaq.

Hazırda planetlər Oğlaq bürcündədirlər və yanvarın 22-ə qədər bir-birinə yaxınlaşmaqda davam edəcəklər. Yanvarın 23-də isə gecə səmasında Venera ilə Saturna təzə Ay da qoşulacaq.

Qeyd edək ki, Venera səmada Günəş və Aydan sonra 3-cü parlaq obyektdir. Saturn parlaqlığına görə Veneradan zəif olsa da, hər iki planeti adi gözlə belə müşahidə etmək mümkün olacaq. Daha keyfiyyətli müşahidə üçün isə kiçik teleskoplar və binokllardan istifadə etmək olar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video