28 Sentyabr 2022 01:11
2145
SİYASƏT
A- A+

Vandalizm və terrorçuluğun daha bir əlaməti 

 

Azərbaycanın diplomatik nümayəndəliklərinə edilmiş hücumlar beynəlxalq hüququn pozulmasıdır

 

Döyüş meydanında aldığı acı məğlubiyyətdən özünə gələ bilməyən Ermənistan indi də müxtəlif təxribatlara əl atır. Belə ki, Azərbaycanın dinc sakinlərini hədəfə almaqla kifayətlənməyən düşmən indi də xarici ölkələrdəki nümayəndəliklərimizə qarşı   hücumlar təşkil edir. 
Bu, erməni xislətindən irəli gəlir. Erməni diasporunun xaricdə səfirliklərimizə qarşı hücumları onların rəzil durumda olduqlarını göstərir. Erməni terrorizminin baş qaldırması - ASALA terror təhlükəsinin aktuallaşması, Azərbaycan səfirliklərinə hücumlar, ermənilərin siyasi terror təcrübəsi xarici səfərlərdə olan Azərbaycan rəsmilərinə qarşı potensial hücumların olması riskini də gündəmə gətirib.

 

Bu ölkələrin polis və təhlükəsizlik qüvvələri qətiyyətli tədbirlər görməlidirlər

 

Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərinin ermənilərin radikal nümayəndələrinin hücumuna məruz qaldığı ilk hal deyil. Özündə vandalizm və terror elementlərini ehtiva edən bu hücumlar diplomatlara xəsarət yetirmək məqsədini güdür. Belə hal ABŞ, Gürcüstan, Livan, Fransa və digər ölkələrdəki səfirliklərimizdə qeydə alınıb.  Aydın görünür ki, işğalçı ölkə sülh prosesində maraqlı deyil, öz təcavüzkar siyasətini hələ davam etdirmək niyyətindədir. ABŞ-dakı erməni lobbisinin nümayəndələri Azərbaycanın Vaşinqtondakı səfirliyi önünə toplaşaraq anti-Azərbaycan şüarlar səsləndiriblər. Xüsusilə Fransada "dinc aksiya" keçirmək adı ilə radikal formada səfirliyimizin binasına daxil olmağa cəhd edilmiş, vandalizm xarakterli əməllər törədilmişdir. Təəssüf ki, səfirlik binası və diplomatların mühafizəsi beynəlxalq hüququn tələblərinə uyğun şəkildə təmin edilməmişdir. Bu isə dövlətlərin beynəlxalq hüquqla götürdüyü öhdəliklərin pozulması deməkdir. Baş verən hadisəyə bu ölkənin biganə qalması biabırçılıqdır. Daha açıq desək, Fransanın beynəlxalq hüququ saymamasıdır. Bundan istifadə edən erməni vandalları əvvəlcə səfirliyin qarşısındakı dəmir maneələri aşırıb, sonra isə binanın giriş qapısını sındırmağa, içəri daxil olmağa çalışıblar. Görünür ki, Azərbaycanın nüfuzunun artması erməniləri və onların havadarlarını ciddi narahat edir.
Radikal ermənilər Livanda da səfirliyin binasına hücum etməyə çalışıblar. Lakin polis əməkdaşları bunun qarşısını alıb və toqquşma baş verib. Azərbaycan səfirliyinin binasına daxil olmağa çalışan ermənilər Beyrut polisinə hücum ediblər. Polis əməkdaşları təxribatın qarşısını almaq məqsədilə gözyaşardıcı bombalardan istifadə ediblər. 
Gürcüstanda yaşayan ermənilər də Azərbaycanın Gürcüstandakı səfirliyinə doğru yürüş etmək istəyiblər. Polis əllərində Ermənistan bayraqları tutan yürüş iştirakçılarının qarşısını kəsib. Bu zaman polislə insident yaşanıb. Əraziyə çox sayda hüquq-mühafizə orqanı əməkdaşları cəlb edilib. Azərbaycanın Gürcüstandakı səfirliyinin təhlükəsizlik tədbirləri gücləndirilib. 
Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinə edilmiş bu hücumlar beynəlxalq hüququn, xüsusilə də BMT tərəfindən qəbul edilmiş "Diplomatik əlaqələr haqqında" 1961-ci il tarixli Vyana Konvensiyasının, "Beynəlxalq müdafiədən istifadə edən şəxslərə, o cümlədən diplomatik agentlərə yönəlmiş cinayətlərin qarşısının alınması və cəzalandırılması haqqında" 1973-cü il tarixli Konvensiyasının kobud pozuntusudur. Xüsusilə vurğulayaq ki, diplomatların və diplomatik nümayəndəliyin təhlükəsizliyinin təmin edilməsi öhdəliyi onların yerləşdiyi ölkənin üzərinə düşür.

 

Erməni təxribatlarına dəstək verənlər

 

Səfirliklərin ərazisi dövlətlərin ərazisi hesab olunur. Bu da suverenlik məsələsini önə çıxarır. Bu halda səfirliyin fəaliyyət göstərdiyi ölkənin beynəlxalq və daxili hüquqla məsuliyyəti yaranır. Lakin biz görürük ki, bəzən Ermənistanla münasibətlərdə Vyana konvensiyası keçərli olmur. 1960-cı illərdən etibarən "Daşnaksütyun" partiyası, həmçinin ASALA tərəfindən onlarca türk diplomatı qətlə yetirilib. Bu gün də ermənilər eyni addım atırlar. Bu, beynəlxalq cinayət və beynəlxalq diplomatiya hüququnun pozulmasıdır. Eyni zamanda digər dövlətlərin Azərbaycana qarşı yol verdiyi kobud səhvdir.
Bu gün faktiki olaraq həm ABŞ, həm də Fransada yerləşən Azərbaycan səfirliklərinə, onların əməkdaşlarına qarşı ermənilərin terrorçu davranışlarına şahidlik edirik. Çünki həmin ölkələrin xüsusi mühafizə, təhlükəsizlik orqanları öz vəzifələrini yerinə yetirməyiblər və bu davranışları ilə beynəlxalq terrorizmə haqq qazandırırlar.  
Ermənilər bu hərəkətləri ilə getdikcə dünyanın gözündən düşürlər. Hətta xarici ölkələrin siyasətçiləri onların yalançı gözyaşlarına inanmır, ermənilərin kim olduğunu gözəl bilirlər. 
ASALA-nın terror təşkilatı kimi tanınması elə hər şeyi deyir. Amma görünən mənzərə odur ki, Azərbaycanda ən kiçik hadisəni belə beynəlxalq səviyyədə şişirdən bəzi təşkilatlar erməni terroru qarşısında susmaq yolunu seçiblər. Bu, növbəti dəfə ikili standartların bariz nümunəsidir.

Elşən YƏHYAYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video