V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı davam edir
Festivalın son günündə ilk olaraq səhnəyə yerli folklor ansamblları çıxıb
Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçirilən V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı davam edir.
Bu dəfə də Qarabağın incisi olan Şuşa özünə qayıdan müasir siması, Cıdır düzünü bəzəyən ecazkar muğamı ilə birgə müxtəlif xalqların musiqisinə, mədəniyyətinə və onun görüşünə gələn qonaqlara qucaq açıb.
AZƏRTAC xəbər verir ki, festivalın sonuncu günündə səhnəyə ilk olaraq yerli regional folklor qrupları çıxıb.
Tamaşaçılar qarşısında geniş və maraqlı repertuarla çıxış edən folklor ansamblları dinləyicilərə yaddaqalan anlar bəxş ediblər.
Konsertdə “Qorqud” Folklor Ansamblı, “Halay” talış folklor qrupu, “Nənələr” ingiloy folklor qrupu, “Adıgün” axıska türklərinin folklor qrupu, Aşıq Elman Talıstanlı, “Cahan” avar folklor qrupu, “Çeşmə” folklor ansamblı, “Hudulki” avar rəqs qrupu çıxış ediblər.
Ölkəmizin müxtəlif bölgələrində yaşayan xalqların musiqi qrupları və ifaçıları öz çıxışları ilə Azərbaycanın millətindən, dinindən asılı olmayaraq hər bir kəsin vahid Vətəni olduğu mesajını bütün dünyaya çatdırıblar. Ötən il festivalın açılışındakı çıxışında bu mesajın əhəmiyyətini xüsusi vurğulayan Azərbaycan Prezidenti İlham Əliyev deyib: “Azərbaycanda bütün xalqlar dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşayır və bu 44 günlük müharibə bir daha onu göstərdi ki, ölkəmizdə milli birlik, milli həmrəylik vardır. Təsadüfi deyil ki, birinci festivalda Azərbaycanda yaşayan xalqların nümayəndələri çıxış edəcəklər və bir daha biz bütün dünyaya buradan – Şuşadan, qədim torpağımızdan mesaj veririk”.
İlk dəfə 1989-cu ilin mayında təşkil olunan “Xarıbülbül” festivalı uzun illərdən sonra bərpa edilməklə yanaşı, sözün əsl mənasında milli birlik, qürur, zəfər, ləyaqət bayramına çevrildi. Məlum olduğu kimi, işğalçı ölkənin rəsmi təbliğatı münaqişənin ilk günlərindən etibarən Azərbaycanda müxtəlif dini, etnik icmalar arasında ayrı-seçkilik, nifaq salmaq istəyib. Azərbaycan dövlətçiliyini zəiflətmək, parçalamaq üçün davamlı iş aparan mərkəzlər, təşkilatlar, KİV milyonlarla vəsait xərcləyiblər. Təbii ki, bu işdə xaricdəki erməni lobbisi, onların havadarları da kifayət qədər fəaliyyət göstəriblər.
Amma 44 günlük Vətən müharibəsində bütün etnik və dini icmaların nümayəndələri vahid amal, vahid bayraq altında birləşdilər. Çiyin-çiyinə mənfur erməni təbliğatının öz hədəfinə çatmadığını, mənasızlığını ortaya qoydular. Azərbaycanda tolerant mühitin, multikulturalizm ənənələrinin qorunmasına Prezident İlham Əliyevin hakimiyyəti illərində yüksək diqqət ayrılmasının nə qədər düzgün siyasət olduğu hər kəsə aydın oldu.
Azərbaycanda yaşayan bütün etnosların nümayəndələrinin fərqli milli kimlikləri və dilləri, müxtəlif inancları və dəyərləri olsa da, bu keyfiyyətlər ta miniliklərin o üzündən bu günə kimi onları ayırmır, yada çevirmir, əksinə, birləşdirir, doğma edir. Elə bu ali mənəvi dəyərlərdən irəli gələrək Azərbaycanın bütövlüyünə təhlükə olan zaman çəkinmədən sinələrini sipər edərək, torpaq uğrunda ölümə belə getməkdən çəkinmirlər. Bəli, bütün bunlar Azərbaycanda yaşayan xalqların nümayəndələrinin Vətənə olan sevgisinin parlaq ifadəsi, bu, odlar yurdunun bütün millətlərin nümayəndələrinə doğma qucaq açdığının əyani və möhtəşəm göstəricisidir.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti ASCO-nun struktur idarələrinə tələb ol...
18 Aprel
"Günay Sığorta" ASC
18 Aprel
Azərbaycan Kuboku: "Neftçi" finalda "Xəzri"yə rəqib olub
17 Aprel
Keniyada səhiyyə işçilərinin tətili davam edir
17 Aprel
Fələstinin BMT-yə üzvlüyü Təhlükəsizlik Şurasında səsverməyə çıxarılacaq
17 Aprel
Romario 58 yaşında futbolçu karyerasını bərpa edib
17 Aprel
Türkiyənin 9-cu gəmisi Qəzzaya yola düşüb
17 Aprel
Yeni Kaledoniya Konqresinin nümayəndə heyəti Heydər Əliyev Mərkəzində olub
17 Aprel
Zelenskinin iştirakı ilə Ukrayna-NATO Şurasının növbəti iclası keçiriləcək
17 Aprel
Sergey Markov: Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması iki ölkə arasındakı razılaşmalara əs...
17 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!