12 Avqust 2022 01:15
350
İDMAN
A- A+

V İslam Həmrəyliyi Oyunları çərçivəsində “Azərbaycan günü” keçirilib

 

Türkiyənin Konya şəhərində təşkil olunan V İslam Həmrəyliyi Oyunları çərçivəsində avqustun 11-də “Azərbaycan günü” keçirilib.

AZƏRTAC xəbər verir ki, Atletlər kəndində təşkil olunan tədbirdə Azərbaycan gənclər və idman naziri Fərid Qayıbov, Türkiyənin gənclər və idman naziri Mehmet Kasapoğlu, Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, baş katib Azər Əliyev, gənclər və idman nazirinin müavini Mariana Vasileva, Milli Olimpiya komitələrinin nümayəndələri, idmançılar və könüllülər iştirak ediblər.

MOK-un baş katibi Azər Əliyev sonuncu İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Azərbaycanın paytaxtı Bakı şəhərində keçirildiyini xatırladıb. Qeyd edib ki, koronavirusla əlaqədar uzun müddət fasilədən sonra qardaş Türkiyədə, tarixi Konya şəhərində V İslam Həmrəyliyi Oyunlarına şahidlik edirik. Azərbaycanın Oyunlara 200-dən artıq idmançıdan ibarət böyük heyətlə qatıldığını söyləyən A.Əliyev deyib: “İdman heyətimizdə Olimpiya çempionları, bir neçə qat dünya çempionları, eləcə də gənc idmançılar var və onlar öz güclərini dünyaya nümayiş etdirirlər. Mən, həmçinin bu İslamiadanın yüksək səviyyədə təşkil olunmasına və burada bizə göstərilən qonaqpərvərliyə görə qardaş Türkiyədən olan təşkilatçılara öz dərin minnətdarlığımı bildirirəm”.

Daha sonra tədbir bədii hissə ilə davam edib. Musiqili gecədə müğənni İsmayıl İsmayılzadənin ifaları, “Tərəkəmə”, “Cəngi”, “Dərbəndi”, “Naz eləmə”, “Sarı gəlin” və “Tambourine” rəqsləri tamaşaçılar tərəfindən böyük hərarətlə qarşılanıb.

Sonda “Şuşa” musiqi qrupunun və Azərbaycan Dövlət Filarmoniyasının solisti Nurlanə Abdullazadənin ifaları ilə tədbirə yekun vurulub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video