Prezident
Səfərlər
Birinci vitse-prezident
Qəbullar
Fərmanlar
Sərəncamlar
Məktublar
Qanunlar
Tədbirlər
Əlaqə
Azərbaycan Respublikası, Bakı ş., Mətbuat pr. 529-cu məhəllə, 4-cü mərtəbə
(+994 12) 539 49 20, 538-31-11
Azərbaycan musiqi sənətinin banisi, Şərqdə ilk operanı yaratmış dahi bəstəkar Üzeyir bəy Hacıbəylinin dünyaya gəldiyi gün 18 sentyabr tarixi 1995-ci ildən ənənəvi olaraq Milli Musiqi Günü kimi qeyd edilir.
Ruhunun işığı daima dünyamızı nurlandıran o dahi şəxsiyyətin Üzeyir bəy Hacıbəylinin bu günlərdə 139 illik yubileyidir. Üzeyir bəy Azərbaycan mədəniyyəti tarixində opera, operetta, balet janrının bünövrəsini yaratmağa nail oldu. Gənc milli kadrlar hazırlamaq məqsədilə musiqi məktəblərini, musiqi texnikumunu, Azərbaycan Dövlət Konservatoriyasını ərsəyə gətirdi. Bütün musiqi kollektivlərinin Xalq çalğı alətləri notlu orkestrını, Dövlət xorunu, simli kvarteti, simfonik orkestri, mahnı və rəqs amsamblını, sazçı qızlar dəstəsini təşkil etdi. Azərbaycan bəstəkarlıq məktəbinin əsasını qoyaraq, çox sayda bəstəkar və musiqişünaslar nəsli yetişdirdi. Tələbələrindən Qara Qarayev, Fikrət Əmirov, Asəf Zeynallı, Niyazi, Tofiq Quliyev, Süleyman Ələsgərov və digərləri görkəmli bəstəkar və musiqişünas oldular.
Dahi bəstəkar Üzeyir bəy Hacıbəyli gözəl operalar, musiqili komediyalar, xor və xalq çalğı alətləri orkestri üçün yazılmış əsərlər, romans və mahnılar müəllifidir.
Vokal sənətinin zirvəsi sayılan Bülbül Üzeyir bəylə tanışlığından danışdı: "Məni bu böyük bəstəkarla Əbdürrəhim bəy Haqverdiyev tanış etmişdir. "Əsli və Kərəm" operasında Kərəm rolunda çıxışımın ikinci günü öz iş otağında məni Üzeyir bəylə tanış etdi. Günlər keçdi, Üzeyir bəyin əsərlərinin qəhrəmanı oldum. Üzeyir bəylə mənim dostluğumun səbəbi onun əsərlərini oxumağım və operalarında baş qəhrəman rolunu oynamağım deyildir. Bizim dostluğumuzun əsası ideya birliyidir, vətənimizə, xalqımıza olan məhəbbətimizin əks-sədasıdır".
M.S.Ordubadi böyük sənətkar barəsində xatirələrində qeyd edirdi: "Üzeyir ilə tanışlığımız birinci dəfə "Molla Nəsrəddin" məcmuəsi ilə başladı. Günlərin birində müştərəq yazılmış bir məktub aldım. Məktub Əzimzadə, Üzeyir bəy, bir də o zamanın satiraçılarından birisi tərəfindən yazılmışdı. O məktubda Üzeyir bəy yazırdı: "Səid! Təəccüb edirəm ki, nə üçün Ordubadda qapanıb qalmısan. Sən yığışıb Bakıya gəlsən, öz yazılarına çox geniş səhifələr tapa bilərsən, səninlə yaxından tanış olarıq. Mən 20-ci ildə Həştərxandan Bakıya gəldim. O zaman Bakı ziyalıları və yazıçıları ilə hələ tanış olmamışdım. Bir az sonra mərhum C.Cabbarlı ilə "Əxbar" qəzeti idarəsində görüşdüm. Üzeyiri görə bilməmişdim. Bir neçə gündən sonra məni "Əxbar" qəzetində müdir müavini təyin etdilər. Bu radələrdə Üzeyirlə birinci dəfə üz-üzə gəldim və tanış oldum. Bu görüş də yadımdadır, Üzeyir əlimi sıxdı və gülümsəyərək dedi: "Daha qorxmursankı!.." Üzeyir bəyin əsas xüsusiyyətlərindən biri də sadə yaşayışı sevməkdən ibarət idi. Mən əvvəlcə, bir çox opera və operettalar müəllifi olan bu mahir bəstəkarın çox dəbdəbəli və təntənəli həyat keçirdiyini zənn edirdim. Amma "Koroğlu" operasını yazdığımız bir neçə ilin ərzində fikrimin yanlış olduğunu anladım".
Fikrət Əmirov isə öz xatirələrində qeyd edirdi: "Dahi bəstəkar mənim fikrimdə elə ilk görüşümüzdən mehriban, qayğıkeş, təvazökar bir insan kimi qalmışdır. Bu unudulmaz görüşün səbəbkarı böyük müğənnimiz Bülbül oldu. 1938-ci ildə Bülbül məni konservatoriyaya, bəstəkarın iş otağına aparıb təqdim etdi: "Üzeyir bəy, Məşədi Cəmilin yadigarıdır, kompozitor olmaq istəyir". Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı. O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum. Yeri gəlmişkən deyim ki, məni Üzeyir musiqisinin yetirməsi adlandıranlar var. Bu adla yalnız fəxr edirəm. Mən Üzeyir müəllimdən xalq musiqisinin paklığını mənimsəmişəm. Üzeyir musiqisini nə qədər dinləsəm, mənə elə gəlir ki, ilk dəfədir eşidirəm. Hər dəfə o mənə təzə görünür. Yaşa dolduqca dərk etmişəm ki, nə yaxşı böyük sənətkarla durub-oturmaq səadəti mənə də nəsib olub, onun unudulmaz məsləhətlərini eşitmişəm.
Şövkət Məmmədova öz xatirələrində yazırdı: "Onunla ilk görüşümü xatırlayarkən, Üzeyirin öz xalqını sonsuz məhəbbətlə sevən və bütün həyatını ona həsr edən vətənpərvər insanın unudulmaz obrazı qarşısında bir daha baş əyirəm. "Mənim Üzeyirlə qəlbimdə dərin iz salmış ilk görüşüm 1912-ci ildə olmuşdur. Bakıda olduğumdan xəbər tutub, o, mənim taleyimdə yaxından iştiraki etdi. Vəsait olmadığı üçün musiqi təhsilimi yarımçıq qoyduğumu eşidən kimi o, dərhal təklif etdi ki, tamaşa təşkil edib, toplanan pulla məni yenidən oxumağa göndərsinlər. Bu səmimi dəqiqələr uzun illər qəlbimdə kök saldı. Tale bizi bir daha görüşdürdü. Bakıdakı qadınlar klubunda "Arşın mal alan"dakı Gülçöhrə rolunda ilk dəfə çıxış edən zaman yenidən Üzeyirlə görüşdüm. Burada mən ondan oyunum haqqında ilk xoş rəylər eşitdim. Onun səmimi tərifləri məni həvəsə gətirdi və gələcək fəaliyyətim üçün mənə böyük ruh verdi. Müəllimim, həssas və xeyirxah Üzeyirlə dostluğum bu andan başladı".
Tələbələrindən olan Ağabacı Rzayeva Üzeyir bəylə bağlı xatirələrindən danışarkən qeyd edirdi: "Mənə müharibə illərində Ü.Hacıbəylinin sinfində oxumaq nəsib olmuşdur. Onun öz təhsil üsulu vardı: bizə, musiqi məktəbi və konservatoriyanın tələbələrinə həyatı dinləməyi, duymağı öyrədirdi. Ü.Hacıbəylinin çox qiymətli bir xüsusiyyətini də qeyd etmək istərdim. O, bizim nəinki yaradıcılıq inkişafımıza nəzər yetirir, həmçinin həyatımızla, səhhətimizlə də maraqlanırdı. Sinfə girəndə hamını nəzərdən keçirir, bir narahatlıq hiss edən kimi hökmən soruşurdu. Müəllimimiz, dostumuz, gözəl insan çoxdandır ki, yoxdur. Ancaq onun xatirəsi qəlbimizdə daim yaşayır".
"Üzeyir müəllim olmasa idi, mən də olmazdım", bunu xatirələrində Şəfiqə Axundova həmişə qeyd edirdi: "Bugünkü varlığımla, bugünkü müvəffəqiyyətlərimlə mən müəllimimə borcluyam. 1939-cu ildə Üzeyir müəllimin yanına gələrkən məktəbli qız idim, hec bir musiqi təhsilim yox idi. Üzeyir müəllimin konservatoriyada açdığı hazırlıq kursunda oxumağa başladım. Üzeyir müəllim çox mehriban, səmimi, qayğıkeş, böyük ürəkli bir insan idi.
...1943-cü il. Maddi vəziyyətimiz ağırlaşdığından ailəyə kömək etmək üçün mən işə girməli idim. Bu barədə Üzeyir müəllimə müraciət etdim və o, məni M.F.Axundov adına Opera və Balet Teatrına suflyorluğa işə düzəltdi. 1944-cü ildə Üzeyir müəllimin himnini müəllifin göstərişi və təklifi ilə filarmoniyada hökumət baxışında ilk dəfə mən oxumuşam. Azərbaycan himninin ilk ifaçısı olduğum üçün özümü xoşbəxt hesab edirəm. Müharibə illərində Üzeyir müəllim öz qonorarından mənimlə Ağabacı Rzayevaya maddi yardım kəsdirirdi. Üzeyir müəllim haqqında çox danışmaq olar. O, əsl insan, mərd adam idi. Onun xatirəsi qəlbimizdə silinməzdir".
Milli Ensiklopediyanın texniki redaktoru Səlim Əhmədovun da Üzeyir bəy haqqında xoş xatirələri var: "Üzeyir bəy musiqimizin təəssübkeşi ilə bərabər qayğıkeş insan idi. Babamgilin mülklərində yaşayan Üzeyir bəyin böyük bacısının nəvəsi Kamal Paşayevlə yaxın dost idik. Üzeyir bəylə tanışlığım da bu dostluq nəticəsində yaranmışdı. Kamalla tez-tez onların evinə gedər, Üzeyir bəyin maraqlı söhbətlərinə qulaq asar, hətta onunla "Leyli və Məcnun"un "Koroğlu"nun məşqlərinə də gedərdik. Heç yadımdan çıxmaz, Üzeyir bəyin dəfn mərasimi günü Elmlər Akademiyasının əsas binası qarşısındakı insan selinin qarşısını almaq mümkün deyildi. Bütün Üzeyirsevərlər bu ölməz sənətkarı son mənzilə yola salırdı. Bülbülün yanıqlı səslə oxuduğu
"Sənsiz" romansı isə o gündən Üzeyiri zəngin irsi, əvəzsiz sənət abidələri ilə birgə ölməzliyə qovuşdurdu..."
Bəyim DADAŞOVA,
Üzeyir bəy Hacıbəylinin ev-muzeyinin kiçik elmi işçisi
İşğaldan azad olunan ərazilərdə yeni məşğulluq imkanlarının yaradılması üçün əlavə tədbirlər hazırlanır
Prezident İlham Əliyev Belçika Krallığının Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirinin etimadnaməsini qəbul edib YENİLƏNƏCƏK
İranda 48 nəfər spirtli içkidən zəhərlənərək ölüb
Baydenin Almaniyaya yeni səfər tarixi açıqlandı
“CNNTürk”: COP29 qlobal ekoloji gündəliyin formalaşdırılması kontekstində diqqətəlayiqdir
Çin ordusu təlimlərə başladı
Bu artıq üçüncü dünya müharibəsi deməkdir - Siyarto
ABŞ-də atışma: Bir ölü, 9 yaralı var
Əlilliyi olan 489 hərbçi yüksək texnologiyalı protezlərlə təmin edilib
Son iki gündə 12,4 kiloqrama yaxın narkotik vasitə aşkarlanaraq götürülüb
Azərbaycan ikinci dəfə cüdo üzrə dünya çempionatına ev sahibliyi edəcək
Azərbaycan Mərkəzi Asiya ölkələri nazirlərinin görüşündə qonaq qismində təmsil olunub
Milli Məclisin sədri Sahibə Qafarova İsveçrəyə səfər edib
Millətlər Liqası: IV tura 8 oyunla start verilib
UEFA Millətlər Liqası: Azərbaycan yığması bu gün Slovakiyanı qəbul edəcək
NİİM: Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilib
Zurab Papaskiri: Gürcüstanda hakimiyyət dəyişsə də, Azərbaycanla münasibətlər dəyişməyəcək
Yunanıstan əhalisinin azalması narahatlıq doğuracaq həddə çatıb
Ankaranın paytaxt elan edilməsinin 101-ci ildönümü qeyd edilib
Azərbaycan cüdoçusu "Böyük Dəbilqə"də bürünc medal qazanıb
Türkiyənin nəqliyyat naziri: Azərbaycanla nəqliyyat dəhlizinin açılması zaman məsələsidir
Gözlərindəki tiri görməyənlər11 Oktyabr 2024
Tarixi əməkdaşlıq və müttəfiqlik10 Oktyabr 2024
İlham ƏLİYEV: "Artıq status-kvo deyilən məsələ və təmas xətti yoxdur"09 Oktyabr 2024
Milli Məclisdən ABŞ-yə etiraz09 Oktyabr 2024
Moskvada MDB Dövlət Başçıları Şurasının iclası keçirilib Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edib YENİLƏNİB-408 Oktyabr 2024
Həqiqətlər və oyunbazlıqlar08 Oktyabr 2024
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!