10 Avqust 2022 11:49
587
Səhiyyə
A- A+

Üz yoqası stress və yuxu problemlərini aradan qaldırır

ABŞ-ın Norsvestern Universiteti tərəfindən aparılan araşdırmalar göstərir ki, gündəlik 30 dəqiqə üz yoqa məşqləri 8 həftədən sonra yanaq və üz əzələlərini gücləndirərək dəridə daha gənc görünüş yaradır.

AZƏRTAC universitetinə istinadla bildirir ki, düzgün texnik üsullar ilə tətbiq edilən üz yoqa məşqləri dərinin elastikliyini və parlaqlığını artırır, qırışlarla mübarizə aparır. Müntəzəm olaraq tətbiq olunduqda gözəçarpan dəyişiklik yaradan məşqlər dərinin ehtiyac duyduğu parıltını verir. Stress və yuxu problemlərinin aradan qaldırılmasında dəstəkləyici rol oynayır.

Üz yoqa təlimçisi Aysun Köse Somuncuoğlu yorğun əzələləri rahatlaşdıran məşqlərdən ibarət üz yoqasının dərinin elastikliyini artırdığını və qırışların aradan qaldırılmasına dəstək verdiyini ifadə edib.

Əzələləri rahatlaşdıran yoqa məşqlərinin üzə daha elastik, təravətli quruluş verdiyini qeyd edən A.K.Somuncuoğlu deyib: “Daha hamar, canlı və gənc bir üzə nail olmaq yalnız tibbi estetik tətbiqlərlə məhdudlaşmır. Dərinin qocalmasının təsirləri ilə təbii mübarizə aparmağa kömək edən üz yoqası hər bir xanımın gözəllik ritualı olmalıdır. Üz yoqası təkcə dəriyə deyil, eyni zamanda sağlamlığa da yaxşı təsir göstərir. Stress, narahatlıq və yuxu problemlərinin aradan qaldırılmasında dəstəkləyici rol oynayır.

18 yaşdan yuxarı hər kəs üz yoqası edə bilər. Mütəxəssislərin nəzarəti altında düzgün üsullar ilə davamlı olaraq aparılan məşqlər məhsuldar nəticələr verir. Ev şəraitində şüursuz şəkildə edilən üz yoqası sağlamlıq üçün təhlükə yaratmasa da, təəssüf ki, vaxt itirməkdən ibarətdir. Dərinin düzgün nöqtələrinə tətbiq olunmayan məşqlərin rahatlaşdırıcı masajdan heç bir fərqi yoxdur”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video