27 Noyabr 2022 01:31
413
Oxucu məktubları
A- A+

Üstüaçıq elektrik dirəkləri ölüm saçır

 

Biləcəri qəsəbəsinin müxtəlif küçələrində işıq dirəklərinin kabellərinin üstü çoxdandır ki, açıqdır. 
Çoxsaylı müraciətlərdən sonra bir neçə yerdə dirəklər normal vəziyyətə gətirilsə də, bəzi küçələrdə təhlükə hələ də qalmaqdadır. Məsələn, Asəf Zeynallı küçəsində yerləşən 299 nömrəli orta məktəbin qarşısındakı dirəklər şagirdlər üçün çox ciddi təhlükədir. Bu, bir valideyn kimi məni narahat edir. Dəfələrlə qəsəbə bələdiyyəsinə müraciət etməyimizə baxmayaraq, problem həll olunmur. Dərslər başlayandan sonra narahatlığımız daha da artıb.  Azyaşlı uşaqların bir an nəzarətsiz qalması böyük faciəyə gətirib çıxara bilər.
Hörmətli redaksiya,  övladlarımızın həyatı üçün təhlükə yaradan problemin həllində bizə kömək etməyinizi, səsimizi əlaqədar qurumlara çatdırmağınızı xahiş edirik.

İlham BABAYEV,
Biləcəri qəsəbə sakini 
 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video