13 Dekabr 2018 00:29
467
CƏMİYYƏT

Ümumxalq məhəbbətinin təcəssümü


Ulu öndər Heydər Əliyevin xatirəsiböyük ehtiramla anıldı


Tarixəadı yazılan şəxsiyyətləri nə zamanunudur, nə də ictimai-siyasi burulğanlarda varlığını qoruyub saxlayan xalq. Talelərə yazılan sərt sınaqlardan əzmlə çıxaraqsevilmək o qədər də asan deyil, bunu tarixdəfələrlə təsdiqləyib. Bu şərəf, əlbəttə,çoxlarına nəsib olmur. Xalqımızın ümummilli lideri, ictimai-siyasi fəaliyyəti və bütövlükdə mənalı həyatı örnəyə çevrilən ulu öndər HeydərƏliyevin də məhz belə şəxsiyyət kimi tanınmasını şərtləndirən səbəblər kifayət qədərdir.

...On beş il öncə, 2003-cü ilin soyuq dekabrayında paytaxt Bakı bugünkündən fərqli olaraq, sükut, qüssə və kədərə bürünmüşdü.O zaman hüznlü baxışlardan süzülən kədər,qəhər və qüssə dolu göz yaşları yanaqları yandırırdı. Dünən isə Fəxri xiyabandaulu öndərin məzarını ziyarət edənlərin çöhrəsindəki kədərin arxasında bir əminlikdə duyulurdu. Bunun səbəbləri az deyil. Ən əsası odur ki, ulu öndərin memarı olduğumüstəqil Azərbaycan bu gün nəinki Cənubi Qafqazda, artıq inkişafına görə dünyanın aparıcı dövlətləri sırasındaolduğunu təsdiqləyib. Ulu öndərin müəyyənləşdirdiyi siyasi kurs dövlət başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Ziyarətə gələnlərin yaş fərqi göstərirdiki, xalqın qəlbində əbədi məşəl yandıranlar cismən uzaqlaşsa, haqqın dərgahına qovuşsalarda, onlar mənən yaşayır və əbədiyyət simvoluna çevrilirlər. Ulu öndərin daim bahartəravətli gül-çiçəyə bələnmiş müqəddəs ziyarətgahının yenə də insan axınına darlıqetməsi bunun təsdiqidir.

Ümumxalq məhəbbətinin şahidinə çevrilənlərinarasında əcnəbilər də az deyildi. İstər ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri, istərsə Azərbaycanın füsunkartəbiətinin gözəlliyini gözləri ilə görməyə gələnlər ziyarətçilərin arasında idilər.Yaşından və vəzifəsindən asılı olmayaraq, ölkənin yüz minlərlə vətəndaşı (nəinkipaytaxt sakinləri, respublikamızın ayrı-ayrı bölgələrindən ziyarətə gələnlər azdeyildi) ulu öndərə sonsuz məhəbbətini ifadəetmək üçün Fəxri xiyabana üz tutmuşdu...

Qardaş Türkiyənin Kayseri şəhərindən olanMustafa Babacan həyəcanlı olsa da, fikrini ifadə etməkdə çətinlik çəkmədi: "Uluöndər Heydər Əliyev dünyaya günəş kimi doğduğuyalnız Azərbaycanda deyil, onun sərhədlərindən çox-çox uzaqlarda yaşayan azəri,oğuz türklərinin də lideri kimi sevilir. Türk dünyası ulu öndərin zəkası ilə nuraqərq olan Azərbaycanın kədərini, sevincini özününkü bilir və şərik olur. HeydərƏliyev türk xalqlarının birlikdə olmasını arzulamış və söyləmişdir: "Türkiyə-Azərbaycanbir millət-iki dövlət”dir. Azərbaycanın bugün regionda lider dövlətə çevrilməsi ümummilliliderin - həyat və fəaliyyətini bütünlükləmüstəqil ölkəmizin çiçəklənməsinə, onun dünya birliyində layiqli yer tutmasınahəsr etmiş Heydər Əliyevin xidmətləridir”.

Ölkəmizdənkənarda yaşayan azərbaycanlıların bu günlərdə Bakıya can ataraq Fəxri xiyabanı ziyarətetmələri ümummilli liderin vaxtilə dünyaazərbaycanlılarını azərbaycançılıq məfkurəsiətrafında birləşməyə çağırışının nəticəsidir.Soydaşlarımız müxtəlif peşə sahibləri olsalar da, Azərbaycan adlı Vətənin şərəfini hər şeydən ucatutmuş ulu öndərin müqəddəs məzarını ziyarət etməyi özlərinə borc bilirlər. Rusiya Federasiyasının Dağıstan Respublikasından,dəmir qapı Dərbənddən gəlmiş Azərbaycan, Türkmən, İraq yazıçılar birliklərinin üzvü,şairə-müğənni, Zeynəb (İbrahimxəlilova) Dərbəndlininfikirləri maraqlı olduğu qədər də qürurvericidir: "Harada yaşamasından asılı olmayaraq, hər birimiz ulu öndər Heydər Əliyevin ideyalarınındaşıyıcısı və təbliğatçısı olmalıyıq. Axı, bizim Azərbaycan xalqının bir evi, bir ana dili, bir müstəqil dövləti var. DərbənddənAzərbaycan daha gözəl görünür. Bu gün Dərbənddə Azərbaycan-Rusiya münasibətlərininən yüksək səviyyədə olduğu hamıya məlumdur. Bundan qürur duyuruq ki, Azərbaycanregionda söz sahibidir. Bu isə, əlbəttə, ümummilli lider Heydər Əliyevin siyasətininuğurlu davamının nəticəsidir. Məhz HeydərƏliyevin təşəbbüs və imzaladığı sənədlə 31 dekabr tarixə Dünya Azərbaycanlılarının Həmrəylik Günü”kimi yazıldı. Mahnı və şeirlərimdə Heydər Əliyevlə ana Vətən qoşa tərənnüm edilir”.

Dərbənddən olan digər qonaq Azərbaycan, Türkmən,İraq yazıçılar birliklərinin üzvü Fəxrəddin Orucovdur. Qələm dostunun fikirləriilə bölüşən həmsöhbətim yalnız bunu əlavə edir: "...Xalqın qəlbində əbədi məşəlyandıranlar yaşayır və əbədiyyət simvoluna çevrilirlər, ümummilli lider Heydər Əliyev də bizə bunu öyrətmişdi”.

Bakı şəhərinin Nərimanov rayonundakı 8 nömrəlipoliklinikanın baş həkimi Tamella Kərimova ziyarətə rəhbərlik etdiyi kollektivləbirlikdə gəlmişdi. YAP 8 nömrəli poliklinika üzrə ilk təşkilatın katibi Rafael Bayramov, həkimlərdən Amil Eyvazov,Arzu Səfərova, Svetlana Nəcəfova və digərləri ulu öndərin məzarını ziyarət edənlərinsırasında idilər. Tibb işçiləri hər il olduğu kimi, dünən də həmkar ehtiramı olaraqulu öndərin ömür-gün yoldaşı, mərhum akademik Zərifə xanım Əliyevanın da məzarıüstünə tər gül dəstələri düzürdülər. Baş həkim Tamella Kərimova kollektivin ümumifikrini belə ifadə etdi: "Ölkəmizin həyatının bütün sahələrində, eləcə də Azərbaycandasəhiyyənin inkişafında ümummilli lider Heydər Əliyevin xidmətləri böyükdür. Həyatakeçirdiyi quruculuq missiyasının məntiqi nəticəsidir ki, qədirbilən xalqımız demokratikvə hüquqi dövlətdə yaşamaq xoşbəxtliyinə nail olub”...

"Heydər Əliyev nadir, unikal, seçilən, dünyasiyasətinə təsir etmək gücündə olan lider idi”."İnternat Məzunlarının Sosial İnteqrasiyası” Gənclər İctimai Birliyinin sədriAraz Əhmədov Seymur və Mahirə Kazımlılar,Qubad Tarverdiyev, Aqil Fərəcov və digərgənclərin fikirlərini ümumiləşdirib bildirdi ki, ulu öndər Heydər Əliyev tək birölkə miqyasında yox, dünya əhəmiyyətli məsələlərin həllində qətiyyətli sözünü demişnadir siyasətçilərdən idi: "Ölkənin ən ağır günlərində, müharibə şəraitində bütün çətinliklərə, daxili və xarici çəkişmələrəbaxmayaraq, ulu öndər müstəqil dövlətimizi qurdu və gücləndirdi. Bir fikri isə xüsusivurğulamaq istəyirəm: "Ümummilli lider hərkəsdən daha çox internatda yaşayan uşaqların babası kimi sevildi. Dəqiq yadımdadır:hər bayram gününü, demək olar ki, o, bizimlə keçirərdi. Bizi internatdan götürübƏl Oyunları Sarayına aparardılar. Hər dəfə sağında və solunda uşaq evində böyüyənuşaqlar oturdardı. Valideynini itirmiş və onların himayəsindən məhrum olmuş uşaqlaraxüsusi diqqət ayırardı. Buna əsas olaraq 1999-cu ildə bizim kimi uşaqların sosialşəraitinin yaxşılaşdırılması və əsil vətəndaş olaraq yetişməmiz üçün qanunlar qəbuletdi. Bu gün həmin siyasəti Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanımƏliyeva həyata keçirir. Biz internat və uşaqevi məzunları kimi ümummilli lider Heydər Əliyevin əziz xatirəsini vəfatının15-ci ildönümündə də dərin ehtiram və hörmətlə anırıq”.

Laçın rayonunun 32 nömrəli tam orta məktəbindən direktor müavini Bəsirə Məmmədli, Yasamal Rayon MKS-in 3 saylıfilialının müdiri Arzu Xudayarova, Sabunçu rayon MKS-nin 12 saylı filialının müdiri Vəsilə Məmmədova, Ə. Paşayev adına Sabunçu rayonmədəniyyət evinin direktoru Kərim Kərimov, Nərimanov rayonundakı 39 nömrəli tamorta məktəbin ibtidai siniflər üzrə metodbirləşmənin sədri, şəhid bacısı SədaqətMəlikova, həmin təhsil ocağının müəllimlərindənSevinc Paşayeva, Zülfiyyə Həsənova,Sevər Orucova, Təranə Abdullayeva, QumruOrucova, həmçinin Astara rayon Pensər kənd 2 nömrəli liseyin direktor müavini Elmir Kərimovvə digərləri dünən müasir dövlətimizin memarı və qurucusu - ulu öndər Heydər Əliyevin müqəddəs məzarını ziyarət edənlərinarasında idi. Bəli, ziyarətçilər belə qüdrətlidövlətin banisi olduğu üçün ümummilli liderə daim minnətdar olacaqlarını bildirir,cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşməklə, respublikamızın inkişafında bundan sonra da əzmkarlıq nümayiş etdirəcəkləriniəminliklə söyləyirdilər.

Rəhman SALMANLI,

Məhəmməd NƏRİMANOĞLU,

Fərman BAĞIROV (foto),

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video