22 Sentyabr 2022 14:49
773
DÜNYA
A- A+

Ümumdünya Səhiyyə Təşkilatı: həftə ərzində dünyada koronavirus səbəbindən ölüm hallarının sayı 17 faiz azalıb

 

Ötən həftə ərzində dünyada 3,2 milyondan çox insan koronavirus infeksiyasına yoluxub (12 - 18 sentyabr), 10 minə yaxın insan ölüb. AZƏRTAC Ümumdünya Səhiyyə Təşkilatının həftəlik bülleteninə istinadla xəbər verir ki, xəstəliyə yoluxma hallarının sayı ötən yeddi günlə müqayisədə 2 faiz, ölüm hallarının sayı isə - 17 faiz azalıb.

Yoluxma hallarının sayının əhəmiyyətli dərəcədə azalması Afrika (35 faiz), Şərqi Aralıq dənizi regionu (14 faiz) və Amerikada (12 faiz) qeydə alınıb. Eyni zamanda, yoluxma hallarının sayı Qərbi Sakit Okean regionunda (3 faiz) artıb. Ölüm hallarının sayı əhəmiyyətli dərəcədə Şərqi Aralıq dənizi regionu (46 faiz), Afrika (27 faiz), Qərbi Sakit Okean regionu (27 faiz) və Avropada (22 faiz) azalıb.

ÜST-nin məlumatına görə, Yaponiya həftə ərzində ən çox - 605 919 xəstəliyə yoluxanlar barədə məlumat verib. Daha sonra ABŞ (395 117), Koreya Respublikası (389 579), Rusiya (372 485) və Çin (297 693) yer alıblar. ABŞ-da yeddi gün ərzində xəstəlikdən ən çox - 2 601 ölən qeydə alınıb. Ondan sonra Yaponiya (1 162), Rusiya (697), İspaniya (595) və Braziliya (487) qərarlaşıb.

Qeyd edək ki, dünyada koronavirusa təsdiqlənmiş yoluxma hallarının sayı 610 milyonu ötüb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video