12 Noyabr 2024 17:04
191
COP29
A- A+
ÜMT-nin nümayəndəsi: COP29 iştirakçılarının iqlim maliyyəsi üzrə razılaşma əldə edəcəklərinə ümid edirəm  

ÜMT-nin nümayəndəsi: COP29 iştirakçılarının iqlim maliyyəsi üzrə razılaşma əldə edəcəklərinə ümid edirəm  

Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) İqlim xidmətləri sektorunun direktoru Kristofer Hyuit bütün dünyada bərpaolunan enerji mənbələrindən istifadəni artırmaq səylərini “həvəsləndirici” adlandırıb.

AZƏRTAC xəbər verir ki, ÜMT nümayəndəsi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Azərbaycanda keçirilən 29-cu sessiyasından (COP29) gözləntilərini jurnalistlərlə bölüşüb.

Onun sözlərinə görə, iqlim dəyişikliyi ilə uğurla mübarizə aparan əsas maneə istixana qazları emissiyaları olaraq qalır. “Bərpaolunan enerji mənbələrindən istifadə böhranla mübarizəyə töhfə verir. Bu gün biz bərpaolunan enerji mənbələrindən enerji istehsalının payında aktiv artımı qeyd edə bilərik. Bununla belə, bəşəriyyətin hələ bu istiqamətdə qət etməli olduğu çox uzun yol var”, - deyə Hyuit bildirib.

O, COP29 iştirakçılarının iqlim maliyyəsi üzrə razılığa gələ biləcəklərinə ümid etdiyini bildirib.

Hyuit ÜMT-nin planetin ekologiyasının vəziyyətini əks etdirən hesabatların hazırlanmasını xatırladıb. “Bu sənədlər siyasətçilərin də diqqətinə çatdırılır. Ümid edirik ki, səylərimiz ekoloji böhranla mübarizənin irəliləməsinə töhfə verəcək”, -deyə Ümumdünya Meteorologiya Təşkilatının nümayəndəsi bildirib.

O, həmçinin Yer kürəsində iqlim dəyişikliyinin modelləşdirilməsinin vacibliyinə diqqət çəkərək, tezliklə bu məqsədlər üçün təkcə superkompüterlərdən deyil, həm də süni intellekt texnologiyalarından istifadə ediləcəyini bildirib.

Hyuit qeyd edib ki, artıq Bakıda keçirilən iqlim sammitinin ilk günündə təmsil etdiyi qurum bu ilin yanvar-sentyabr ayları üzrə təşkilatın ölçmə məlumatlarını əks etdirən ətraf mühitə dair yeni hesabatı təqdim edib.

"Toplanan məlumatlara görə, 2024-cü il ölçmələr tarixində ən isti il olacaq" deyən Hyuit əlavə edib ki, ÜMT-nin məlumatlarının təbii fəlakətlərlə bağlı erkən xəbərdarlıq edilməsində, eləcə də təbii sərvətlərin və əmlakın mühafizəsinin təmin olunmasında kömək etməyə davam edəcəyinə ümid edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Komitə sədri: Hazırda 16 baş plan üzərində iş gedir

14:41
12 Dekabr

Ümummilli Liderin İstanbulda ucaldılmış abidəsi ziyarət olunub

14:41
12 Dekabr

Ulu Öndərin anım günü Gürcüstanda silsilə tədbirlərlə qeyd olunub

14:39
12 Dekabr

Avropa şirkətləri Donald Trampın andiçmə mərasimi ərəfəsində ABŞ-dakı ehtiyatlarını artırır

14:38
12 Dekabr

İŞİD Əfqanıstanda qaçqınlar nazirinin öldürülməsinə görə məsuliyyəti üzərinə götürüb

14:37
12 Dekabr

“Amerikanın səsi”nə keçmiş teleaparıcı rəhbərlik edəcək

14:19
12 Dekabr

İŞİD Əfqanıstanda qaçqınlar nazirinin öldürülməsinə görə məsuliyyəti üzərinə götürüb

14:01
12 Dekabr

Ulu Öndərin anım günü Gürcüstanda silsilə tədbirlərlə qeyd olunub  

13:36
12 Dekabr

Ümummilli Lider Heydər Əliyevin xatirəsi Gəncədə də ehtiramla anılır  

13:31
12 Dekabr

Ceyhun Bayramov: Ermənistanın Konstitusiya Məhkəməsinin qərarı vəziyyəti daha da mürəkkəbləşdirir  

13:26
12 Dekabr

Ceyhun Bayramov: Araz çayı üzərində körpü tikintisi davam edir  

13:21
12 Dekabr

Nazir: Sülh müqaviləsi prosesində bəlli irəliləyişlər əldə edilib  

13:16
12 Dekabr

Ankarada səfərdə olan Azərbaycan nümayəndə heyəti Heydər Əliyevin xatirəsini ehtiramla yad edib  

13:11
12 Dekabr

Sabah Azərbaycanın bəzi ərazilərində qar yağacaq  

13:06
12 Dekabr

Bakı metrosunun kollektivi Ulu Öndər Heydər Əliyevin vəfat ildönümünü qeyd edib  

13:01
12 Dekabr

Səhiyyə işçiləri Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad edib

12:56
12 Dekabr

Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi Berlində dərin ehtiramla yad edilib  

12:51
12 Dekabr

Tacikistanda Ulu Öndər Heydər Əliyevin anım mərasimi təşkil olunub  

12:46
12 Dekabr

Nazir: Azərbaycanda keyfiyyətli təhsil modelinin formalaşdırılması üçün mühüm addımlar atılıb  

12:41
12 Dekabr

Hikmət Hacıyev: Ermənistanın hərbi quruculuq siyasəti üzərində ciddi məhdudiyyətlər olmalıdır  

12:36
12 Dekabr

Baş Prokurorluğun əməkdaşları anım günü ilə bağlı Fəxri xiyabanı ziyarət edib  

12:31
12 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!