01 Dekabr 2022 01:14
268
DÜNYA
A- A+

Ümid Azərbaycanadır

 

Avropa yaranmış böhrana görə ABŞ-ni ittiham edir

 

ABŞ şist sənayesindəki məhdudiyyətlər səbəbindən yaxın illərdə neft hasilatını əhəmiyyətli dərəcədə artıra bilməyəcək. 
Rusiya neftinə qoyulan embarqo şəraitində, bu, yüksək qiymətləri saxlayacaq və 2023-2024-cü illərdə Moskvaya tədarükün azaldılmasını kompensasiya etməyə imkan verəcək. "İnfoTEK" informasiya-analitik mərkəzinin icmalına əsasən", ən azı 2024-cü ildə növbəti prezident seçkilərinə və "yaşıl" gündəmdə baş verəcək  yumşalmalara qədər ABŞ-də neft hasilatının ildə 5 faizdən çox artmayacağı proqnozlaşdırıla bilər ". 
Ekspertlərin qeyd etdiyi kimi, ABŞ əlavə olaraq strateji ehtiyatlardan neft vermək məcburiyyətində qalacaq, lakin ehtiyatlar nə qədər az olsa, OPEK də bir o qədər nüfuzlu olacaq və  "satıcı bazarını"  tamamilə ələ keçirəcək.
ABŞ-nin neft və qaz sənayesində şist istehsalı əsas rol oynayır. Məsələn, 2022-ci ilin sentyabrında qazılmış yeni quyuların demək olar ki, 90 faizi və ya 1,5 mini onun payına düşüb. Ancaq bu prosesin bir özəlliyi var - qazma həcmlərinin artmasının qısamüddətli təsiri. Bəllidir ki, artıq dörd ildən sonra quyuda hasilat pik göstəricilərin cəmi 5 faizini təşkil edir. Buna görə də istehsalçılar qiymətlərin yüksək olduğu dövrdə quyuları istismara verməyə meyillidirlər ki, hasilatın qısa pik həddi optimal bazar şəraiti ilə üst-üstə düşsün.
"Təhlükəsizlik yastığı" kimi Amerika şirkətləri qazılmış, lakin yarımçıq qalmış quyulardan istifadə edirlər ki, onlar da qısa müddətdə istismara verilə bilər. İcmalda qeyd edildiyi kimi, 2020-ci ilin iyulundan 2022-ci ilin oktyabrınadək onların sayı iki dəfə azalaraq 4,4 min ədədə düşüb.
Mütəxəssislər bildirirlər ki, 2020-ci ildə baş vermiş iflas dalğasından sonra ABŞ-nin şist şirkətləri əhəmiyyətli dərəcədə artan mənfəəti investisiya proqramlarındansa, səhmdarlara göndərməyə üstünlük verirlər. Ona görə də istehsalın nəyin bahasına olursa-olsun artırılması Amerika şist sənayesinin maraqlarına uyğun deyil.
Bu arada, Avropa ölkələri hesab edirlər ki, son vaxtlar üzləşdikləri problemlər, o cümlədən enerji və iqtisadi böhranlara görə  ABŞ  məsuliyyət daşıyır. Bu barədə "Politico" qəzeti yazıb.
Qeyd olunur ki, Avropa siyasi elitaları yenidən öz "sevimli taktikasına" əl atıblar: onlar qitədə bəla başlayan kimi "Atlantikanın o biri tərəfinə işarə edirlər".
 Qəzet yazır ki, indi Qərb amerikalıları "qüdrətli dolları hər şeydən üstün tutmaqda" və Ukraynadakı müharibədən faydalanmaqda ittiham edir.
Eyni zamanda "Politico"nun qeyd etdiyi kimi, belə bir mövqe tamamilə ədalətli sayıla bilməz, çünki böyük həcmdə qaz və silah satışı Amerika iqtisadiyyatı üçün dənizdə bir damladır.
 Qazın bahalaşmasından narahat olan Avropa öz günahı üzündən Rusiya qazından asılı vəziyyətə düşdü və atom elektrik stansiyalarından imtina etdi. Bundan əlavə, ABŞ öz qazının 10 faizdən azını ixrac edir və Kiyevə hərbi yardımın böyük hissəsi Vaşinqton tərəfindən təmənnasız həyata keçirilib.
 Bildirilir ki, ABŞ-nin müdafiə podratçıları NATO üzvləri arasında silaha olan tələbatdan və ehtiyatların artırılması zərurətindən faydalanır, lakin Avropa ölkələri  öz müdafiə sənayesinə kifayət qədər sərmayə qoysaydı, onların da şirkətləri bundan qazanc əldə edə bilərdi.
Göründüyü kimi, yaranmış çətin vəziyyət bir daha dünyada Azərbaycan faktorunu gündəmə gətirir, Avropanın və digər ərazilərin neft və qazla təmin edilməsində ölkəmizin rolunu qabarıq şəkildə nümayiş etdirir. 
Bu günlərdə ABŞ-nin Astanadakı səfiri Daniel Rozenblüm bildirib ki, Amerika enerji şirkətləri Qazaxıstan neftinin ixracının alternativ yollarının tapılması məsələsini respublika hökuməti ilə fəal müzakirə edir. Bununla bağlı o, 2023-cü ilin əvvəlindən Qazaxıstan neftinin Azərbaycan ərazisindən nəqlinə dair əldə olunan razılaşmaları xatırladıb.
ABŞ səfirinin dediyinə görə, hazırda dünyadakı mürəkkəb vəziyyətə və Xəzər Boru Kəməri Konsorsiumunun işindəki problemlərə baxmayaraq, Qazaxıstanın ixrac üçün nəzərdə tutulan bütün enerji resurslarının Qərb ölkələrinə çatmasına əmin olmaq xüsusilə vacibdir. 
Öz növbəsində, Qazaxıstanın energetika naziri Bolat Akçulakov bir müddət əvvəl bildirmişdi ki, Azərbaycan istiqamətində strateji enerji daşıyıcısının ixracının 6-6,5 milyon tona çatdırılması nəzərdən keçirilir: "Neft ixracının şaxələndirilməsi üçün xüsusi yol xəritəsi hazırlanıb. Söhbət Aktau dəniz limanı vasitəsilə Bakı limanına, oradan isə Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə uzanan istiqamətdən gedir. Həmçinin Bakı-Supsa bizim terminalımız olan Bakı-Batumi xətlərində. Üstəlik, Atıraudan Batumiyə və Özbəkistana dəmir yolu ilə bir istiqamət var. Bundan əlavə, Çinə istiqamət var. Onların hamısı üçün hazırda neft ixracı potensialının genişləndirilməsi və artırılması istiqamətində işlər aparılır. O cümlədən indi bizim 2023-cü il yanvarın 1-dən Bakı-Tbilisi-Ceyhan vasitəsilə 1,5 milyon ton neft göndərilməsi ilə bağlı müqaviləmiz var. Bu həcmin  6-6,5 milyon tona çatdırılması üzərində iş gedir".

Rizvan CƏFƏROV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video