11 Dekabr 2024 08:55
2800
Səhiyyə
A- A+
Tütünün fəsadları

Tütünün fəsadları


Siqareti tərgitdikdən sonra zədələnmiş orqanların bərpası üçün 25 il lazımdır


Sağlamlığa olduqca böyük zərər verən siqaret dünya miqyasında qeyri-infeksion xəstəliklərin və bu xəstəliklərlə əlaqəli ölümlərin əsas səbəbidir. 

Dünyada milyonlarla insan tütündən istifadə nəticəsində ya sağlamlığından, ya da həyatından olur. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, hər il 8 milyondan çox insan tütün tüstüsünün təsiri nəticəsində yaranan xəstəliklərdən həyatını itirir. Əgər tütün sənayesi bu şəkildə fəaliyyət göstərməyə davam edərsə, onun qurbanları 2100-cü ilə qədər 572 milyonadək arta bilər.

Tütün tüstüsünün tərkibində 7000-dək kimyəvi maddə mövcuddur. Bunlardan 250-si xüsusi təhlükəli zəhərli, 70-i isə xərçəng xəstəliyi yaradan maddələr hesab edilir. Son hesablamalara görə, dünyada 3 milyona yaxın insan ağciyər xərçəngindən əziyyət çəkir. Bu isə olduqca yüksək rəqəmdir. Ən pisi isə odur ki, siqaret tüstüsündən tütündən istifadə etməyənlər də ciddi şəkildə təsirlənir, nikotin və buna bənzər kanserogen maddələrə məruz qalırlar. 


Ölümdən sonra da sümüklərdə əsrlər boyu qalıcı izlər buraxır


Tədqiqatçıların apardığı araşdırmalar nəticəsində məlum olub ki, tütün siqaret çəkənlərin sümüklərində təkcə ömür boyu deyil, ölümündən sonra da əsrlər boyu qalıcı izlər buraxır. İngiltərənin Lester Universitetinin tədqiqatçıları Britaniyada XII-XIX əsrlərdə dəfn edilmiş insan qalıqlarını araşdıraraq, tütünün sümüklərə dərin təsirini və sınıq riskinin artması kimi şərtlərlə əlaqəsini müəyyən ediblər. Tədqiqat tütünün Qərbi Avropaya 500 il əvvəl gəlməsinin insanların skelet quruluşunda necə əhəmiyyətli dəyişikliklərə səbəb olduğunu üzə çıxarıb.

Skeletin tütün çəkənə aid olub-olmadığını müəyyənləşdirmək üçün arxeoloqlar qəlyan istifadəsi ilə bağlı ləkələri və ya aşınma əlamətlərini aşkarlamaqdan ötrü adətən dişlərdə izlər axtarırlar. Bununla belə bu üsul tez-tez dişlərin əskik olduğu və ya qalmadığı hallarda disfunksional olur.

Lester Universitetinin mütəxəssisləri məlum tütün istifadəçilərinin və naməlum siqaret tarixçəsi olanların sümüklərə güc verən sıx xarici təbəqəsi olan 323 kortikal sümüyünü araşdırıblar. Araşdırmanın həmmüəlliflərindən biri olan doktor Sara İnskip bildirib ki, tütün çəkənləri çəkməyənlərdən fərqləndirən 45 fərqli molekulyar xüsusiyyət var: "Nəticələr tütündən istifadənin skelet quruluşuna təsir etdiyini göstərir. Davam edən tədqiqatımız bu fərqlərin necə yarandığını anlamaq məqsədi daşıyır ki, bu da tütündən istifadənin bəzi dayaq-hərəkət sistemi və diş xəstəlikləri üçün nə qədər risk yaratdığı barədə biliklərimizə təsir edə bilər. Siqaretin yumşaq toxumalara və orqanlara zərərli təsiri (məsələn, ağciyər, sidik kisəsi və qırtlaq xərçəngi, həmçinin insult və koronar arteriya xəstəliyi riskini artırır) geniş şəkildə qeyd olunsa da, onun sümüklərə təsiri az öyrənilib. Siqaret çəkmək aşağı sümük sıxlığı, sınıq riskinin artması və periodontit kimi sümüklə əlaqəli risklər doğurur. Bu tədqiqat təkcə siqaretin tarixən yayılmasına işıq salmır, həm də tütünün insan sağlamlığına geniş və davamlı təsirini nümayiş etdirir, həmçinin geniş yayılmış bu vərdişin skeletə təsiri haqqında dəyərli fikirləri ortaya çıxarır".


Tədqiqatın nəticələri qorxuncdur


Siqaret çəkən insanın ağciyərləri və damarları heç vaxt bunu çəkməyən biri kimi ola bilərmi? Bu sualın cavabını tapmaq üçün Cənubi Koreya tədqiqatçıları araşdırma aparıblar.  Amerika Tibb Assosiasiyası tərəfindən nəşr olunan "JAMA" jurnalında dərc edilən araşdırmanın nəticələrinə əsasən, 8 ildən çox siqaret çəkib sonradan tərgidən insanlar hələ də siqaret çəkənlərlə eyni infarkt və ya insult riskinə sahibdirlər.

Tədqiqat çərçivəsində mütəxəssislər 100 mindən çox keçmiş siqaret çəkənin və 4 milyondan çox heç vaxt tütün istifadə etməyənin sağlamlıq məlumatlarını araşdırıblar. Keçmiş siqaret çəkənlər siqareti buraxdıqdan on il sonra izlənilib, siqaret çəkməyə başlayanda neçə yaşında olduqları, gündə neçə dəfə siqaret çəkdikləri və neçə yaşında onu tərgitdikləri kimi məlumatlar qeydə alınıb. Araşdırma zamanı məlum olub ki, bir insanın siqareti tərgitdikdən sonra ürək xəstəliyi riskinin orta səviyyəyə enməsi üçün 25 il vaxt lazımdır.

Bu günə qədər aparılan onlarca araşdırma siqaretin ürək çatışmazlığı ilə əlaqəli olduğunu göstərir. Ürək əzələsi qanı lazım olduğu kimi bədənə pompalaya bilmədikdə, adətən çox zəif və ya sərt olduğu üçün bədənin orqanlarının və toxumalarının normal işləməsi üçün lazım olan oksigen və həyati vacib qidalarla təmin edə bilmir. Tütünün tərkibində asılılıq yaradan toksin olan nikotin ürək döyüntüsünün və qan təzyiqinin təhlükəli artması ilə sıx bağlıdır.


Müsbət dəyişiklik dərhal başlayır 


Mütəxəssislər siqaretdən imtina etdikdən sonra orqanizmdə müsbət dəyişikliklərin dərhal başladığını qeyd edirlər. Tütün məmulatlarından istifadəni dayandırdıqdan 1 saat sonra qanda stimullaşdırıcı maddələrin səviyyəsi azalmağa başlayır, buna uyğun olaraq qan təzyiqi və ürək döyüntüləri normala qayıdır. 12 saat sonra qanda karbonmonoksit səviyyəsi azalır, oksigen səviyyəsi artır və ağciyər özünü təmizləməyə, 1 gündən sonra isə infarkt riski azalmağa başlayır. 3 gündən sonra qanda nikotinin səviyyəsinin azalması səbəbindən çəkilmə simptomları yaranır. Baş ağrısı, gərginlik və əsəbilik siqaret çəkmək istəyi ilə birləşir. Ətrafdakı insanların dəstəyi və güclü iradə ilə bu günlərin öhdəsindən asanlıqla gəlmək olur.

Siqareti tərgitdikdən 3 ay sonra ürəklə yanaşı, digər damarlarda da sağalma prosesi gedir. 1 ildən sonra infarkt, 5 ildən sonra insult və iflic riskinin azalması müşahidə edilir. Artıq 15 ildən sonra infarkt keçirmə riski siqaret çəkməyənlərə yaxınlaşır, xərçəngə tutulma riskində azalma tendensiyası davam edir. Nəhayət, 25 ildən sonra siqaretlə əlaqəli xəstəliklərdən ölüm riski azalır və siqaret çəkməyənlərinkinə yaxınlaşır.

Tütün məhsullarından imtina etmək üçün mütəxəssislər ilk növbədə özünü emosional və zehni olaraq hazırlamağın vacibliyini vurğulayırlar. Daha sonra istifadə edilən siqaret və alışqanları atıb, bir müddət siqaret çəkilən sosial mühitlərdən uzaq durmaq lazımdır. Siqareti tərgitmə dönəmində hobbilərlə məşğul olmaq, gəzintilərə çıxmaq, idman etmək və bol su içmək beyindəki dofamin səviyyəsini artıraraq siqaret çəkmə istəyini azaldır. Bu dövr çətin hesab edilsə də, nəticəsi möhtəşəmdir. Unudulmamalıdır ki, insanlar siqaret asılılığından qurtulmaqla sağlamlıqlarına ən dəyərli töhfəni vermiş olurlar.


Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində, "Texniki təhlükəsizlik haqqında" və "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 14 fevral tarixli 139-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi haqqında

01:39
15 Noyabr

Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında" 2011-ci il 20 iyul tarixli 472 nömrəli, "Sumqayıt şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında" 2015-ci il 7 dekabr tarixli 704 nömrəli və "Gəncə şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında" 2016-cı il 25 yanvar tarixli 750 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə" 2022-ci il 8 sentyabr tarixli 1842 nömrəli və "AYNA" informasiya sistemi haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə" 2022-ci il 30 dekabr tarixli 1956 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında

01:38
15 Noyabr

“Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:33
15 Noyabr

Türkiyəli mütəxəssislər təyyarə qəzası ilə bağlı işləri davam etdirirlər  

23:40
14 Noyabr

SOCAR və “DeGolyer and MacNaughton” şirkəti əməkdaşlıq imkanlarını müzakirə edib  

22:28
14 Noyabr

Rusiyalı professor: Azərbaycan regionda təhlükəsizliyin qarantına çevrilir

22:25
14 Noyabr

DİN: “9990” və “7770” nömrələrindən gələn zənglərlə bağlı iddialar araşdırılır  

22:20
14 Noyabr

YAP-ın müasir dövlətçilik tariximizdə yeri və rolu barədə tədbir təşkil olunub  

22:19
14 Noyabr

Mariyana Kuyundziç: Azərbaycanlı gənclər yaradıcı və təşəbbüskardırlar  

22:15
14 Noyabr

Baş nazir Əli Əsədov Asiya İnkişaf Bankının prezidenti ilə görüşüb  

22:11
14 Noyabr

Sənayedə qeyri-dövlət sektorunun payı 79,3 faiz olub  

22:09
14 Noyabr

Doqquz ayda Azərbaycanın hüquqi və fiziki şəxsləri 173 ölkədəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib  

20:23
14 Noyabr

“Dünya hərb sənətinin Nadir şah zirvəsi” kitabı işıq üzü gördü  

20:21
14 Noyabr

Rusiyalı politoloq: Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələri daha da güclənib

19:16
14 Noyabr

Amerikalı ekspert: Azərbaycan Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafında mərkəzi rol oynayır  

18:43
14 Noyabr

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında çoxsəviyyəli əməkdaşlıq: yeni imkan və perspektivlər  

18:20
14 Noyabr

Milli Məclisin növbəti iclaslarının vaxtları açıqlanıb  

18:07
14 Noyabr

“Konstitusiya və Suverenlik İli” dövlət müstəqilliyimizin hüquqi dayaqlarına verilən böyük önəmin göstəricisidir  

17:55
14 Noyabr

Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus təyyarədə həlak olanların dəfn mərasimində rəsmi şəxslər iştirak ediblər  

17:52
14 Noyabr

İqtisadi fəal əhalinin sayı açıqlanıb  

17:50
14 Noyabr

Azərbaycanda bu ilin 9 ayında 36 mindən çox nikah bağlanıb

17:50
14 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!