Tütün həm can alır, həm də pul sovurur
Bir dənəsi insan ömrünü 11 dəqiqə azaltsa da, hər il dünyada təxminən 5 trilyon ədəd siqaret çəkilir
Dünyada siqaret çəkilməsi qlobal pandemiya kimi qalır. Son illərdə müxtəlif xəstəliklərin, ilk növbədə ağ ciyər xəstəliklərinin kəskin şəkildə artması tütün epidemiyasına qarşı qlobal mübarizəni aktual mövzuya çevirib.
Ümumiyyətlə, hər 5 ölümdən biri siqaret çəkməkdən olur. Bir ədəd siqaret, insan həyatını 11 dəqiqə azaldır. Dünyada siqaret çəkən insanların 69 faizi siqaretdən canını qutarmaq istəyir. Hər gün 85 min gənc siqaretə başlayır və bunların da 22 mini siqaretdən canını qutara bilmir.
Alimlərin apardıqları araşdırmalarda isə hazırda ən çox siqaret çəkilən ölkələrin reklamçılarının hansı hiylələrdən istifadə etdikləri barədə maraqlı faktlar üzə çıxıb.
Beş nəfərdən biri siqaret çəkir
Beynəlxalq "Tobacco Atlas" məcmuəsində yer alan məlumatda qeyd edilir ki, siqaret çəkmək Yer kürəsinin sakinlərinin hələ də qurtula bilmədiyi, sağlamlığa ciddi ziyan vuran zərərli vərdişlərdən biridir. Hazırda dünyada 1,3 milyard siqaret çəkən var. Onlar arasında isə kişilər qadınlardan təxminən beş dəfə çoxdur. Əksəriyyəti siqaretdən, 200 milyon adam isə digər tütün məmulatlarından istifadə edir.
Dünyada hər il təxminən 5 trilyon siqaret çəkilir və təkcə 2019-cu ildə tütün istehlakı 8,7 milyon insanın ölümünə səbəb olub. Bir milyondan çox adam isə passiv siqaretçəkmədən dünyasını dəyişib. Bununla belə, müsbət tendensiya da var. 2007-ci ildə siqaret çəkənlərin sayı 23 faiz idisə, 2019-cu ildə bu, 20 faizdən az olub. İlk növbədə inkişaf etmiş zəngin sənaye ölkələrində məhdudlaşdırıcı tədbirlər sayəsində irəliləyiş nəzərə çarpır. Ən çox tütün istehlakı Şimali Makedoniya, Belarus və Bolqarıstandadır. Bu ölkələrdə ildə adambaşına təxminən 2400-2500 siqaret düşür. Müqayisə üçün qeyd edək ki, bir rusiyalı Çin sakini kimi ildə orta hesabla 1900 siqaret çəkir.
Digər tərəfdən, tütün sənayesi yeni taktikalardan istifadə edir. O, getdikcə bu sahədə tənzimləməsi zəif olan yoxsul ölkələrə diqqət yetirir və gənclərə arxalanır. Alimlər müəyyən ediblər ki, 135 ölkədən 63-də gənclər arasında tütündən istifadə artıb. Siqaret və digər tütün məmulatlarının 50 milyondan çox istifadəçisi 13-15 yaşlı uşaqlardır. Onların sayı ən çox Bolqarıstan, Rumıniya, Slovakiya və Xorvatiyadadır. Həmin ölkələrdə yeniyetmələrin üçdə biri siqaretdən sui-istifadə edir.
Marketinq strategiyası dəyişib
Marketinq strategiyası da artıq dəyişib. Reklam artıq ayrı-ayrı brendlərə və məhsullara diqqət yetirmir, əksinə, siqaretçəkmə vərdişini cazibədar və arzuolunan bir hal kimi təbliğ edir. Marketinq həm də daha gizli və hiyləgər yol tutub. Belə ki, indi tütün məmulatları filmlərdə və sosial şəbəkələrdə nümayiş etdirilir.
Statistikaya görə, Almaniyada hər dördüncü qadın və 18 yaşdan yuxarı hər üçüncü kişi siqaret çəkir. Ümumilikdə almanlar 2021-ci ildə tütün məmulatlarına təxminən 30 milyard avro xərcləyib.
2021-ci ildə 71,8 milyard siqaret istehlak olunub. Bu, əvvəlki illə müqayisədə, demək olar ki, üç faiz azdır. Yəni orta hesabla almanlar adambaşına 863 siqaret çəkib.
Digər tərəfdən, elektron siqaretlər və ya tütün qızdırıcıları kimi alternativ məhsullar, əksinə, daha çox yayılıb. Qəlyan tütününün istehlakı 40 faiz artaraq 8400 tona çatıb. Narkomaniya ilə Mübarizə Mərkəzinin (DHS) hesabatının müəllifləri bunu əsasən yeniyetmə və gənclərin çəkdiyi xüsusi qəlyan tütününün populyarlığı ilə əlaqələndirirlər. Eyni zamanda bu yaş qrupunda klassik tütün istehlakı azalmaqda davam edir. Alman yeniyetmələrinin, demək olar ki, üçdə biri iyirmi il əvvəl siqaret çəkirdisə, 2018-ci ildə onların sayı 7 faizə düşüb.
Azərbaycan da zərərli vərdişlə mübarizə aparır
2019-cu ildə aparılmış tədqiqatın nəticələrinə əsasən, Azərbaycanda 15-19 yaşlı əhalinin 0,2 faizi, 20-44 yaşlı əhalinin 13,6 faizi, 45-64 yaşlı əhalinin 21,5 faizi siqaret çəkir. Siqaret çəkənlərin 13,2 faizinin yaşı 65-dən çoxdur. Əhalinin 5,3 faizi gündə 20 ədəddən çox siqaret çəkir.
2017-ci ilin dekabrında Milli Məclis "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanun qəbul edib. Hazırda İnzibati Xətalar Məcəlləsinin 212-ci (Tütün məmulatının istehlakına dair məhdudiyyətlərə riayət edilməməsi) maddəsinə əsasən, "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanunla qadağan edilmiş digər yerlərdə siqaret çəkməyə görə 30 manat məbləğində cərimə nəzərdə tutulur.
Müəssisələrdə, idarələrdə, təşkilatlarda siqaret çəkmək üçün xüsusi yerlərin ayrılmasının və görünən yerlərdə "Siqaret çəkmək qadağandır!" xəbərdarlığının və ya işarənin olmasının təmin edilməməsinə görə vəzifəli şəxslər 400 manat məbləğində, hüquqi şəxslər 1000 manat məbləğində cərimə edilir.
Rizvan CƏFƏROV,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Bloomberg: Makron Ukrayna münaqişəsinin gedişinə təsirini şişirdir
25 Aprel
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş pla...
25 Aprel
Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNƏCƏK ...
25 Aprel
Beynəlxalq konfransın iştirakçıları Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər ...
25 Aprel
Azərbaycan və Qırğız Respublikası arasında rəqəmsal transfromasiya istiqamətində əməkdaşlıq müzakirə...
25 Aprel
Həqiqi hərbi xidmətə aprel çağırışı yekunlaşır
25 Aprel
Qərbi Azərbaycan İcması ABŞ Dövlət Departamentinin insan hüquqlarına dair növbəti ölkə hesabatları i...
25 Aprel
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar YENİLƏNƏCƏK
25 Aprel
Nazir müavini: Macar şirkətlərin Azərbaycan iqtisadiyyatına sərmayələri 1 milyard dolları ötüb ...
25 Aprel
Azərbaycan ilə Qırğızıstan arasında Anlaşma Memorandumu imzalanıb
25 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!