Türkiyənin üç vilayətində meşə yanğınları ilə mübarizə tədbirləri davam edir
Türkiyənin Çanaqqala, Bolu və Manisa vilayətlərində meşə yanğınları baş verib.
AZƏRTAC xəbər verir ki, yanğınlarla bağlı açıqlama verən Türkiyənin kənd və meşə təsərrüfatı naziri İbrahim Yumaklı üç bölgəyə ümumilikdə 14 təyyarə, 31 helikopter, 265 texnika və 1413 nəfərdən ibarət canlı qüvvənin cəlb edildiyini deyib.
Çanaqqala vilayətindəki yanğın bu gün günorta saatlarında tarixi Gelibolu yarımadasının Büyükanafartalar kəndi yaxınlığında başlayıb. Alov axşama doğru daha geniş əraziyə yayılıb. Hadisə ilə bağlı açıqlama verən Çanaqqala valisi Ömer Toraman hazırda 8 təyyarə, 12 helikopter, çox sayda texnika və canlı qüvvə ilə müdaxilə edilən yanğının hələ ki yaşayış məntəqələri üçün təhlükə yaratmadığını deyib.
Türkiyənin Milli Müdafiə Nazirliyi də yanğınla mübarizə üçün bölgəyə hərbi helikopter göndərildiyini açıqlayıb. Çanaqqala döyüşlərinin baş verdiyi ərazidəki 57-ci Alay Şəhidliyi və Conkbayırı bölgəsi yanğın səbəbindən müvəqqəti olaraq ziyarətə bağlanıb. Yanğının şəhidliyi təhlükə altına aldığı bildirilir. Alovun yayılmasının qarşısının alınması məqsədilə bölgədə bəndlər yaradılıb. Yanğınla mübarizə işləri davam edir.
Digər tərəfdən yanğına müdaxilə etmək üçün işçiləri bölgəyə aparan avtomobil qəza törədib. Hadisə nəticəsində üç işçi xəsarət alıb, daha bir neçə işçinin isə tüstüdən halları dəyişib. Bu işçilər xəstəxanaya yerləşdiriliblər.
Boludakı yanğın Göynük rayonunun Bəkirfakılar kəndi ərazisində başlayıb. Qabaqlayıcı tədbirlər çərçivəsində Göynük rayonundakı Yeniköy və Seferler kəndi təxliyə edilib. Yanğının yaratdığı tüstü Eskişehir vilayətinin mərkəzinədək yayılıb. Qatı tüstü təbəqəsi şəhərin bir çox nöqtəsindən görünür.
Hazırda yanğının söndürülməsi işləri davam edir. Alovla mübarizə üçün bölgəyə hava dəstəyinin də tələb edildiyi bildirilir.
Daha bir meşə yanğını Manisa vilayətində qeydə alınıb. Dünən günorta saatlarında başlayan yanğını hələ ki söndürmək mümkün olmayıb. Bu gün nəzarət altına alındığı düşünülən yanğın axşam saatlarına doğru yenidən güclənib. Hazırda bölgədə 2 təyyarə, 3 helikopter, çox sayda texnika və canlı qüvvə yanğınla mübarizə aparır.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Azərbaycan Milli Paralimpiya komandası üzvlərinin təltif edilməsi haqqında
11 Sentyabr
Fransanın Paris şəhərində keçirilən XVII Yay Paralimpiya Oyunlarında Azərbaycan Respublikasının idma...
11 Sentyabr
Bakı Slavyan Universitetinin yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi haqqında
11 Sentyabr
Azərbaycan Memarlıq və İnşaat Universitetinin yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi haqq...
11 Sentyabr
Azərbaycan Rəssamlıq Akademiyasının yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi haqqında...
11 Sentyabr
Azərbaycan Texnologiya Universitetinin yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi haqqında...
11 Sentyabr
Azərbaycan Respublikasının “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, ...
11 Sentyabr
Mərkəzi Seçki Komissiyasının 2024-cü il 9 sentyabr tarixli iclas protokolunun təsdiq edilməsi barədə...
11 Sentyabr
2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçki...
11 Sentyabr
2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçki...
11 Sentyabr
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
Ümumavropa qaz təchizatçısı08 Sentyabr 2024
İstək və arzu başqadır, həqiqət və reallıq isə bambaşqa!05 Sentyabr 2024
Riyakarlıq xəstəliyi04 Sentyabr 2024
Xankəndidə seçki izdiham02 Sentyabr 2024
Azad və demokratik ənənənin təntənəsi31 Avqust 2024
İlham Əliyev "Azəri"ni Azərbaycanın sərvəti etdi30 Avqust 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!