Türkiyənin MEXT Texnoloji Mərkəzi və "KoçDigital" şirkətinin nümayəndələri "Çovdar" qızıl mədəni ilə tanış olublar
Türkiyənin Metal Sənayeçiləri Birliyini təmsil edən MEXT Texnoloji Mərkəzi və "KoçDigital" şirkətinin nümayəndələri "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Daşkəsən rayonunda yerləşən "Çovdar" İnteqrəolunmuş Emal Sahəsinə (ÇİRES) səfər ediblər.
İşgüzar səfər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) təşəbbüsü ilə həyata keçirilib.
"AzerGold" QSC-nin Mətbuat xidmətindən verilən məlumata görə, səfərin məqsədi "Çovdar" qızıl mədənində istehsal proseslərinin avtomatlaşdırılması imkanlarının araşdırılması, hazırda tətbiq edilən texnologiyalarla yaxından tanışlıq və işgüzar əlaqələrin genişləndirilməsindən ibarət olub.
ÇİRES-in inzibati binasında keçirilən görüşdə tərəflər geotexniki monitorinq, buruqqazma və digər əməliyyatlar üzrə rəqəmsal verilənlər bazasının təkmilləşdirilməsi və proseslərin mərkəzləşdirilmiş formada idarəolunması istiqamətində fikir mübadiləsi aparıblar. Görüşdə rəqəmsallaşma yolu ilə keyfiyyət, xərc və səmərəlilik kimi amillərə və istehsal prosesinin optimallaşdırılmasına təsir mexanizmi müzakirə edilib. QSC-nin fəaliyyət sahələrinin innovativ həllərin və müasir texnologiyaların tətbiqi ilə avtomatlaşdırılması və rəqəmsallaşdırılması məqsədi ilə gələcək əməkdaşlıq perspektivləri çərçivəsində təkliflərin hazırlanmasına dair razılıq əldə olunub.
Daha sonra qonaqlar "Çovdar" mədənində sulfid fazası üzrə oksid filizlərinin hasilatı, filiz anbarında filizlərin idarəolunması prosesləri, şirkətin mövcud maddi-texniki bazası, eləcə də zavod və laboratoriyada yaradılan şəraitlə əyani tanış olublar.
Xatırladaq ki, İqtisadiyyat Nazirliyinin tabeliyindəki 4SİM-i ilə Türkiyənin Metal Sənayeçiləri Birliyi arasında imzalanmış anlaşma memorandumu çərçivəsində Azərbaycanın istehsal sektorunda rəqəmsal savadlılığın təşviqi, Azərbaycanda ağıllı sənaye hazırlığı indeksi (Smart Industry Readiness Index - SIRI) əsasında qiymətləndirilmənin aparılması, müvafiq qurumların nümayəndələrinin iştirakı ilə istehsalat sahələrinə qarşılıqlı səfərlərin təşkili, ağıllı istehsal proseslərinin qurulması və s. kimi əməkdaşlıq istiqamətləri müəyyən edilib. Bu çərçivədə cari ilin may ayında "AzerGold" QSC və 4 SİM-in nümayəndə heyəti Türkiyənin Kayseri şəhərində yerləşən "Öksüt" qızıl mədəninə səfər edib, "KoçDigital" şirkətinin mühəndislik, eləcə də texniki imkanları və ümumilikdə fəaliyyəti ilə yaxından tanış olublar.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Bakının Dənizkənarı Milli Parkında dünyaşöhrətli müğənni Müslüm Maqomayevin abidəsinin açılışı olub...
17 Avqust
Qəbələ, Şabran, Quba və Siyəzəndə baş vermiş yanğınların söndürülməsi tədbirləri davam etdirilir...
17 Avqust
Bu gün “Qarabağ” UEFA Çempionlar Liqasının pley-off mərhələsində ilk oyununa çıxacaq
17 Avqust
Sosial mediada yayılmış foto və videolarla bağlı Baş Prokurorluqda araşdırma başlanılıb ...
17 Avqust
Bakı Tikiş Evi: Bu gündən yeni məktəbli formaları satışa çıxarılır
17 Avqust
Ermənistanda iki günlük matəm başlayıb
17 Avqust
Yaponiyanın YouTube kanalı Azərbaycanın “Qisas” əməliyyatı barədə xüsusi veriliş yayımlayıb...
17 Avqust
Qara gavalının daha bir faydası: sümükləri və ürəyi zədələnmədən qoruyur
17 Avqust
Birinci vitse-prezident Mehriban Əliyeva Müslüm Maqomayevin doğum günü ilə əlaqədar paylaşım edib...
17 Avqust
Türkiyə dövlət sərhədində təhlükəsiz tədbirlərini gücləndirib
17 Avqust
DİQQƏT ÇƏKƏNLƏR
KİFAYƏTDİR!

7 körpü, 7 tunel, 30 yeraltı keçid

Prezident İlham Əliyev İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibə ver...

Konyada V İslam Həmrəyliyi Oyunlarının təntənəli açılış mərasimi keçirilibAzərbaycan Prezidenti İl...

Məşğulluğun təminatı dövlətin sosial siyasətinin ana xəttidir

ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!