23 Noyabr 2024 22:52
2469
Elm və texnika
A- A+
Türkiyədə fəaliyyət göstərən Azərbaycanlı Elm Adamları Dərnəyinin ilk ümumi iclası keçirilir

Türkiyədə fəaliyyət göstərən Azərbaycanlı Elm Adamları Dərnəyinin ilk ümumi iclası keçirilir

Türkiyənin İstanbul şəhərində fəaliyyət göstərən Azərbaycanlı Elm Adamları Dərnəyinin (ABİD) ilk ümumi iclası keçirilir.

AZƏRTAC xəbər verir ki, toplantı Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası (TADEF) və ABİD-in birgə təşkilatçılığı ilə baş tutub.

Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev, Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil məsələləri üzrə müşaviri dosent Nəcibə Nəsibova, Türkiyə parlamentinin müşahidə missiyasının rəhbəri, Türkiyə Böyük Millət Məclisinin (TBMM) Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım, TADEF-in rəhbəri Ədalət Turan, Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Müjdət Həsənov, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Qarabağ Universitetinin Elm şöbəsinin müdiri Elçin İbrahimov, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) prorektoru Rövnəq Rzayev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, ABİD-in sədri, Türkiyənin Bilkent Universitetinin professoru Əmirulla Məmmədov çıxış ediblər.

Müxtəlif ölkələrdə yaşayan alimlərimizin bu dərnəyə qoşulmasının ABİD-in gələcək fəaliyyətinə verə biləcəyi töhfələrdən danışan çıxışçılar bildiriblər ki, dünyanın hər bir bölgəsində azərbaycanlı elm adamlarına, eləcə də mədəniyyət xadimlərinə və həkimlərə rast gəlmək olar və bu insanlar öz sahələri üzrə müəyyən zirvəyə çatmış şəxsiyyətlərdir.

Qeyd edilib ki, dünyaşöhrətli bu insanların ilk elm ocağının məhz Azərbaycan olması sevindirici məqamdır.

Son 30 il ərzində Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığı mübarizəyə toxunan çıxışçılar 44 günlük Vətən müharibəsi nəticəsində əldə etdiyimiz şanlı Zəfəri xatırladıblar.

Azərbaycanın daim bir mübarizə içində olduğunun qeyd edildiyi çıxışlarda bəzi mənfur qüvvələrin ölkəmizi hədəf aldığı, bunların sonuncusunun COP29-un Azərbaycanda keçirilməsinə maneə törətmək məqsədilə informasiya sahəsində aparıldığı bildirilib. Vurğulanıb ki, bütün bunlara baxmayaraq Azərbaycan ən yüksək səviyyədə COP29-a ev sahibliyi edərək bir daha öz siyasi, mədəni, bəşəri gücünü dünyaya nümayiş etdirdi. Azərbaycan bununla, eyni zamanda, ölkəmizə qarşı aparılan informasiya mübarizəsindən qalib tərəf olaraq çıxdı.

İki gün davam edəcək iclasda ABİD-in növbəti toplantılarından birinin Bakı Dövlət Universiteti tərəfindən təşkili, alimlərin Azərbaycanın ali təhsil müəssisələri ilə əməkdaşlığı, universitetlərin gələcək dayanıqlılığının artırılması istiqamətində birgə fəaliyyəti, ortaq seminarların, layihələrin təşkili məsələləri müzakirə olunur.

Xatırladaq ki, ABİD bu ilin aprel ayında İstanbulda qurulub. Dərnəyin qurulmasının əsas məqsədi Qarabağ Zəfərindən sonra Azərbaycandakı inkişaf proseslərinə, xüsusilə ölkəmizin elm və təhsil sahəsinə töhfə vermək, o cümlədən dünyanın müxtəlif ölkələrində təhsil alan azərbaycanlı gənclərin magistr və ya doktorantura proqramlarına dəstək olacaq bilik bankını yaratmaq, gənclərimizin dünyada yaşayan elm adamlarımızı daha yaxından tanımalarına, onlarla ünsiyyət qurub bu insanların biliklərindən faydalanmalarına şərait yaratmaqdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Cüdo üzrə Azərbaycan çempionatında fərdi mübarizəyə yekun vurulub 

23:11
06 Dekabr

Zelenski: Amerika ilə növbəti addımlar və müzakirə formatları barədə razılığa gəlmişik  

22:41
06 Dekabr

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə keçirilən beynəlxalq konfrans çərçivəsində ikitərəfli görüşlər davam edir  

21:35
06 Dekabr

Timişoarada Azərbaycan Rumıniya münasibətləri barədə müzakirə aparılıb  

20:20
06 Dekabr

Almaniya Kansleri İordaniya və İsrailə səfər edib  

19:51
06 Dekabr

Misli Premyer Liqasında XIV tura start verilib  

19:21
06 Dekabr

Cənubi Afrikada bir otelə basqın nəticəsində 11 nəfər qətlə yetirilib  

17:53
06 Dekabr

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib YENİLƏNİB  

17:48
06 Dekabr

 Xalq artisti Qədir Rüstəmovun anadan olmasının 90 illiyi qeyd edilib

17:41
06 Dekabr

Qadınlar və kişilər arasında cüdo üzrə Azərbaycan çempionatının açılış mərasimi olub

16:59
06 Dekabr

Kişineuda xeyriyyə yarmarkasında Azərbaycan öz stendi ilə təmsil olunub  

16:21
06 Dekabr

ABŞ Prezidenti Donald Tramp Prezident İlham Əliyevə təşəkkür edib

16:07
06 Dekabr

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampdan

16:00
06 Dekabr

D-8 ölkələrinin Gənclər Dialoqunun açılış mərasimi keçirilib YENİLƏNİB 

15:53
06 Dekabr

Ombudsman Aparatının nümayəndələri Cenevrədə səfərdədirlər  

15:51
06 Dekabr

“Türkiye” qəzeti: Türkiyənin sərhəd əyalətlərində Zəngəzur Dəhlizinin açılışına hazırdırlar  

15:40
06 Dekabr

Sudanın Cənubi Kordofan vilayətində 79 mülki şəxs qətlə yetirilib  

15:37
06 Dekabr

Azərbaycan ilə Gürcüstan arasında təhsil və elm sahələrində əməkdaşlığın perspektivləri müzakirə olunub  

15:37
06 Dekabr

Yalçın Rəfiyev: Bakıda yeni D-8 mərkəzləri açmaq niyyətindəyik  

15:35
06 Dekabr

Azərbaycan gənclərinin COP29 təcrübəsini D-8-ə üzv ölkələrin gəncləri ilə bölüşmələrini istəyirik 

15:32
06 Dekabr

Azərbaycan TDT-yə üzv və müşahidəçi ölkələrlə uğurlu təcrübələrin mübadiləsinə hazırdır  

15:31
06 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!