Türkiyədə Almas İldırıma həsr edilən konfrans və kitab təqdimatı olub
Türkiyənin Malatya şəhərində fəaliyyət göstərən İnönü Universitetində görkəmli şair Almas İldırıma həsr olunan "Qaladan Qalaya cəsur bir səs" adlı yaradıcılıq konfransı və onun şeirlərindən ibarət nəşr olunan "Almas İldırımın seçilmiş şeirləri" kitabının təqdimatı olub.
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) və İnönü Universitetinin birgə təşkilatçılığı ilə keçirilən təqdimatda elm və sənət adamları, şair və ədəbiyyatçılar iştirak ediblər.
Əvvəlcə Almas İldırımın həyat və fəaliyyətini əks etdirən film nümayiş olunub. TÜRKSOY-un Baş katibi Sultan Raev, İnönü Universitetinin rektoru Əhmət Kızılay çıxışlarında diqqətə çatdırıblar ki, Almas İldırımın yaradıcılığı təkcə Azərbaycan və Türkiyə üçün deyil, bütün türk dünyası üçün qiymətli xəzinədir.
Sonra Azərbaycanın TÜRKSOY-dakı rəsmi nümayəndəsi Elçin Qafarlı, professor Esra Şimşek və şair Kənan Çərboğa görkəmli şairin poeziya yaradıcılığı ilə bağlı fikir və düşüncələrini bölüşüblər.
TÜRKSOY tərəfindən yayımlanan "Almas İldırımın seçilmiş şeirləri" kitabının redaktoru Elçin Qafarlı, türk dilinə çevirəni isə şair Kənan Çərboğadır.
Qeyd edək ki, 1907-ci il martın 25-də Bakının Qala kəndində anadan olan Almas İldırım 1952-ci ildə Türkiyənin Elazığ vilayətinin Kale kəndində gözlərini əbədi yumub. Həyatı böyük acılarla keçən şair cəmi 45 yaş ömür sürüb. Almas İldırım ömrünün sonuna qədər yaradıcılığında Azərbaycanın azadlığını, türk xalqlarının istiqlalını, türk dünyasının birliyini tərənnüm edib.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Qazax, Ağstafa və Tovuz sakinlərinin uşaq hüquqları ilə bağlı müraciətlərinə baxılıb
19 Aprel
Lavrov: Rusiya Ukrayna ilə bağlı danışıqlara hazırdır, lakin danışıqlar müddətində hərbi əməliyyatla...
19 Aprel
“Nokia”nın yeni smartfonu təqdim edilib
19 Aprel
İranın İmam Xomeyni Beynəlxalq Aeroportundan uçuşlar bərpa edilib
19 Aprel
“Apple” Çində bəzi proqramlarını “App Store”dan çıxarıb
19 Aprel
Sergey Lavrov: Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası NATO-nun missiyasına çevrilir...
19 Aprel
Türkiyə Prezidenti gündəmdəki məsələlərlə bağlı açıqlama verib
19 Aprel
DİM sədri: Qəbul imtahanlarında tətbiq olunacaq yeniliklər azı iki il əvvəl elan edilir
19 Aprel
Əməyin təhlükəsizliyi və gigiyenası sahəsində Türkiyə ilə təcrübə mübadiləsi aparılır...
19 Aprel
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın qaldırdığı etirazlarla bağlı ictimai dinləmələr başa çat...
19 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!