26 Avqust 2022 23:24
1023
Birinci vitse-prezident
A- A+

Türkiyə Respublikası Prezidentinin xanımı Əminə Ərdoğan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib  

 

Türkiyə Respublikası Prezidentinin xanımı Əminə Ərdoğan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanı doğum günü münasibətilə təbrik edib.

AZƏRTAC xəbər verir ki, Türkiyə Respublikası Prezidentinin xanımı ölkələrimiz arasında qardaşlıq münasibətlərinin inkişafına xüsusi töhfəsinə görə Mehriban Əliyevaya təşəkkürünü bildirib. Məktubda deyilir: “Doğum gününüzü ən səmimi diləklərimlə təbrik edir, sevdiklərinizlə birlikdə cansağlığı, xoşbəxtlik və hüzur dolu neçə belə illər arzu edirəm. Bu əlamətdar günün xüsusilə illərlə haqsız şəkildə yurdundan qoparılmış Laçın şəhəri, Zabux və Sus kəndlərinin Azərbaycana qaytarıldığı günə təsadüf etməsi sevincimizi daha da artırıb. "Bir millət, iki dövlət" inancından aldığı güclə və qardaşlıq bağlarımız əsasında ən yüksək səviyyəyə çatdırdığımız Türkiyə-Azərbaycan əlaqələrinin inkişafına dəyərli töhfələriniz hər cür təqdirəlayiqdir.

Fürsətdən istifadə edərək şəxsən Sizə, çox hörmətli ailənizə və qardaş Azərbaycan xalqına ən xoş arzularımı və ən səmimi sevgilərimi çatdırıram”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video