14 Yanvar 2022 23:05
822
DÜNYA
A- A+

Türkiyə Prezidenti: Növbəti hədəfimiz kosmos sistemlərinin milli imkanlarla hazırlanmasıdır

 

Müdafiə sənayemiz üzrə kritik layihələri ard-arda həyata keçirərək 2022-ci ilə yaxşı bir başlanğıc etdiyimizə inanıram. Türkiyə etdiyi müdafiə sənayesi həmlələri sayəsində bölgədə oynanan kirli oyunları pozan bir ölkəyə çevrilib. Gözümüz kosmosdadır. Kosmos sahəsində həm buraxılış, həm də peyk sistemləri üzərində işlərimiz davam edir. Ölkəmizin ilk kəşfiyyat gəmisi “Ufuk” milli mühəndislik imkanları ilə inşa edilib. Ölkəmiz hazırda dünyada hərbi gəmini milli dizayn, inşa edən və texniki xidmət göstərə bilən 10 ölkə sırasındadır. İndiyədək 25 ölkəyə 180 dəniz platforması ixrac etmişik. Tezliklə TF-2000 hava hücumundan müdafiə esminesi üçün tenderə start veriləcək.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qardaş ölkənin milli imkanları ilə hazırlanan “Üfüq” sınaq və təlim gəmisinin istismara verilməsi mərasimində çıxışı zamanı bildirib.

Bu ilin sonuna kimi Türkiyənin müdafiə və aerokosmik ixracının dörd milyard dolları keçəcəyinin gözləndiyini bildirən Prezident Ərdoğan deyib: “İnventarımızda olan bir çox dəniz nəqliyyatı günümüzün şərtlərinə uyğun modernləşdirilib. Müasirləşdirilmiş dəniz nəqliyyat vasitələrimizin sistemləri yerli və milli məhsullarla təchiz olunub. Yalnız bu gəminin tikintisi podratçı şirkətimiz STM-nin rəhbərliyi altında 194 yerli şirkət tərəfindən ərsəyə gəlib. Hədəfimiz müdafiə sənayesində tam müstəqil Türkiyə qurmaqdır”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video