14 Yanvar 2025 09:35
420
DÜNYA
A- A+
Türkiyə iqtisadiyyatına 11 ayda 9,6 milyard dollar birbaşa investisiya qoyulub

Türkiyə iqtisadiyyatına 11 ayda 9,6 milyard dollar birbaşa investisiya qoyulub


2024-cü ilin yanvar-noyabr aylarında Türkiyə iqtisadiyyatına 9,6 milyardlıq birbaşa xarici investisiyalar qoyulub.

Bu barədə AZƏRTAC Türkiyə Beynəlxalq İnvestorlar Assosiasiyasının (YASED) məlumatlarına istinadla xəbər verir.

YASED-in statistikasına görə, 2002-ci ilin əvvəlindən 2024-cü ilin sonuna qədər Türkiyəyə birbaşa xarici investisiyaların ümumi həcmi 273 milyard dolları keçib.

Üstəlik, 2024-cü ilin noyabr ayında Türkiyə iqtisadiyyatına xarici investisiya axını 1 milyard 139 milyon dollar təşkil edib.

2024-cü ildə Türkiyəyə qoyulan investisiyaların həcminə görə dünya regionları siyahısında Avropa İttifaqı bütün investisiyaların 64 faizi ilə birinci olub.

Ötən il Türkiyə iqtisadiyyatına investisiya yatıran əsas 3 ölkəyə Niderland (20 faiz) başçılıq edib. Siyahıda sonrakı yerlərdə Almaniya (13 faiz) və ABŞ (11 faiz) qərarlaşıb.

Digər Xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!