Transformasiya Proqramı ilə bağlı məlumat və təlim sessiyası keçirilib
"Azərbaycan Dəmir Yolları" QSC-də Transformasiya Proqramının icrası üzrə Koordinasiya Ofisinin komandası ilə məlumat və təlim sessiyası keçirilib.
QSC-dən bildirilib ki, sessiyada ilk çıxış edən "Azərbaycan Dəmir Yolları" QSC-nin Maliyyə və İqtisadiyyat İdarəsinin Texniki və iqtisadi göstəricilərin normallaşması şöbəsinin rəisi Nigar Qafarlı yeni əməliyyatların idarəetmə sisteminin üstünlükləri və əlavə kapital cəlb edilmədən əldə olunan nəticələr, tranzit rejimi üzrə yükdaşımaların həcminin artırılması istiqamətində aparılan işlərlə bağlı ətraflı məlumat təqdim edib.
Qeyd olunub ki, tranzit həcmini artırmaq üçün əsas dəhlizlər üzrə tranzit tələbatı həcmi müəyyən edilib və modelləşdirmə üsulu ilə qiymətləndirmələr aparılıb. Buna əlavə olaraq, əsas tranzit dəhlizləri üzrə maksimal ötürmə qabiliyyəti haqqında məlumatlar toplanaraq marşrutlar üzrə mövcud maneələrə baxılıb. Narazı yükgöndərənlərlə görüşlər keçirilib.
Həmçinin bildirilib ki, hazırda "Gürcüstan Dəmir Yolları" ilə, xüsusilə də Poti, Batumi və Axalkalaki stansiyaları, terminallar, həmçinin əməliyyatların idarəetmə sistemləri (ƏİS) və ortamüddətli planlanma bloku ilə aktiv şəkildə kommunikasiya aparılır. Batumi istiqamətindəki platformaların Gürcüstan ərazisində yubanması aradan qaldırılıb. Eyni zamanda "Qazaxıstan Dəmir Yolları"nın da bu işə cəlb edilməsi və düzgün kommunikasiyanın qurulması üçün danışıqlar aparılır.
Strateji və korporativ inkişaf idarəsinin rəisi Azad Hüseynov sözügedən məsələ ilə bağlı qeyd edib ki, uzunmüddətli tranzit tələbi modelinin aralıq nəticələri, ssenariləri, daşımanın dəyəri və vaxtı nəzərə alınmaqla təhlillər hazırlanıb, həmçinin həcm və EBİTDA göstəricilərinə əsaslanan uzunmüddətli tranzit tələbi ssenariləri formalaşdırılıb. Bundan əlavə konteynerli və konteynersiz yüklər üçün tranzit məhsulunun inkişafına dair tələblər işlənib hazırlanaraq model formalaşdırılıb. İştirakçılara pilot layihə, onun rolu, əhəmiyyəti və gözlənilən nəticələr barədə məlumatlar da çatdırılıb.
QSC-nin Yükdaşımalar departamentinin baş mühəndisi İlqar Mustafayev təlim iştirakçılarına konteyner blok qatarlarının daha səmərəli hərəkəti məqsədilə həyata keçirilən pilot layihənin ilkin nəticələri ilə bağlı məlumat verib. Belə ki, Azərbaycan dəmiryolçularının konteyner blok qatarlarının hərəkətinə dair gürcüstanlı həmkarları ilə daha operativ koordinasiyası sayəsində əvvəllər ortaya çıxan bir sıra problemlər artıq öz həllini tapıb. Pilot qatarın işə düşməsindən sonra platformaların dövriyyə müddəti 57 faiz azalıb.
Yeni sistem istifadəyə verildikdən sonra Ələtdə fitinq platformaların dövriyyə müddəti 25 faiz azalaraq 3 günə çatıb. Bu göstəricini gələcəkdə 3 gündən də az vaxta endirmək əsas məqsədlərdəndir.
Konsultant Dmitri Mokrıy da həmçinin təlim iştirakçılarına pilot layihə barədə ətraflı məlumat verib. Sonda isə əməkdaşların sualları və layihə ilə bağlı təkliflər dinlənilib.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Azərbaycan ilə Türkiyə baytarlıq sahəsində əməkdaşlıq edəcək
23 Aprel
Əziz Ələkbərli: Qərbi azərbaycanlıların öz yurduna qayıdışı erməni vandalizmini üzə çıxaracaq...
23 Aprel
AMEA-da Yaponiyada yaşayan dünyaşöhrətli azərbaycanlı alim Xəlil Kələntərlə görüş keçirilib...
23 Aprel
Qərbi Azərbaycan İcması Ermənistanın vətəndaş cəmiyyətinin fəaliyyətini və söz azadlığını məhdudlaşd...
23 Aprel
Dövlət Məşğulluq Agentliyi Qarabağ və Şərqi Zəngəzur üzrə 100-dək şəxsi peşə kurslarına cəlb edib...
23 Aprel
Stoltenberq Donald Tusk və Rişi Sunakla görüşəcək - Varşavada
23 Aprel
“Ana dilimiz və təhsil” layihəsi çərçivəsində Bakı şəhəri Tofiq İsmayılov adına 6 nömrəli məktəb-lis...
23 Aprel
Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin xidmətinin media üçün məlumatı...
23 Aprel
Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni terminalı ilk qonaqlarını qəbul edib
23 Aprel
Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində 2024-cü ilin yan...
23 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!