05 Oktyabr 2022 02:22
483
Mədəniyyət
A- A+

Tovuzda Milli Qəhrəmandan bəhs edən sənədli filmin təqdimatı keçirilib

 

2020-ci il iyulun 12-dən başlayaraq Ermənistan silahlı qüvvələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində atəşkəsi kobud şəkildə pozaraq, Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini atəşə tutmuşdur. 
Döyüşlərin üçüncü günündə düşmənin təxribat xarakterli hücumunun qarşısını alarkən Azərbaycan Ordusunun polkovniki İlqar Mirzəyev qəhrəmancasına şəhid olmuşdur. Dövlət başçısı İlqar Mirzəyevə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilməsi ilə bağlı sərəncam imzalamışdır.
İgid Azərbaycan oğlunun döyüşlərdə göstərdiyi şücaət mətbuat nümayəndələrinin də nəzərindən yayınmamış, onun haqqında kütləvi informasiya vasitələrində dəfələrlə maraqlı məqalələr dərc edilmişdir. Bu yaxınlarda isə Milli Qəhrəman haqqında "Artilleriyanın atası" adlı sənədli film çəkilmişdir. Bu günlərdə  Tovuz rayon Abulbəyli kənd Mədəniyyət Evində Tovuz Rayon İcra Hakimiyyəti və Ağstafa Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə filmin təqdimatı keçirilmişdir.
Təqdimatdan əvvəl ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının əziz xatirəsi birdəqiqəlik sükutla yad edildikdən sonra  filmin ssenari müəllifi və rejissoru Kəmalə Musazadə çıxış edərək Mədəniyyət Nazirliyinin sifarişi ilə "Salnaməfilm" studiyası tərəfindən çəkilmiş filmdə Milli Qəhrəman İlqar Mirzəyevin keçdiyi döyüş yolundan bəhs etdiyini diqqətə çatdırmışdır. Rejissor onu da qeyd etmişdir ki,  İlqar Mirzəyev Aprel savaşında göstərdiyi şücaətdən sonra döyüşçü dostları ona "Artilleriyanın atası" ləqəbini vermişdilər. Buna görə də şəhidin bu ləqəbi filmin adı olaraq seçilmişdir.
Sonda "Artilleriyanın atası" sənədli filmi nümayiş etdirilmişdir.

Sabir ƏLİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video