Tibb işçilərinin "Səliqəli və abad rayon" təşəbbüsünə bütün Qusar qoşulub
Yay başlayandan Qusarda turistlərin sayı da çoxalıb. Amma dağlar qoynunda yerləşən rayonda çox zaman qonaqların təbiətə biganəliyi müşahidə olunur. Bunu turistlər geri qayıdandan sonra xüsusən rayon mərkəzində antisanitariya vəziyyətinin yaranması da sübut edir.
İndi Qusar şəhərində həftəlik və günlük iməciliklər keçirilir. Bu işə ilk dəfə Mərkəzi xəstəxananın kollektivi başlayıb. İməciliklərdə kollektivin inzibati işçiləri ilə yanaşı, tibbi personal da iştirak edir. Səhiyyə işçilərinin bu təşəbbüsünə rayonun bütün təşkilatları qoşulub. Həftəsonu iməciliklər "Səliqəli və abad rayon" devizi altında keçirilir.
Biz rayonun yuxarı hissəsində yaşayırıq. Hər yağışdan sonra bizim tərəflər ayaq basılası olmurdu. Yağış özü ilə dağın palçığını və küçələrə atılan zir-zibili biz tərəfə daşıyırdı. Odur ki, qonşular bir yerə yığıldıq, qərara aldıq ki, məhəlləmizdə iməcilik keçirək. İki həftədən sonra ətrafda yaşayanlar da bizə qoşuldular. Bu gün bizim təşəbbüs rayon mərkəzinin böyük hissəsi tərəfindən dəstəklənir. Rayon rəhbərliyi də bu işdə bizə hərtərəfli kömək edir.
Dilarə ŞIXVERDİYEVA,
Qusar
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar YENİLƏNİB
25 Aprel
Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun Şəhidlər xiyabanında xatirəsi anılıb
25 Aprel
Elmira Süleymanova II Fəxri xiyabanda dəfn olunub
25 Aprel
Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar
25 Aprel
Üç ayda 38,9 min nəfərdən çox şəxsə sosial müavinət və təqaüd təyin olunub
25 Aprel
Yığmanın məşqçisi: Azərbaycanda akrobatika gimnastikasına olan maraq bizi sevindirir
25 Aprel
Milli Oftalmologiya Mərkəzi və Dəmiryol Səyyar Klinikası Balakəndə tibbi aksiya keçirəcək ...
25 Aprel
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir
25 Aprel
Qazaxıstan TDT ölkələrinin kosmik sahədə əməkdaşlığını dəstəkləyir
25 Aprel
Xocalıda insan qalıqları aşkarlanıb
25 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!