Təhsil Nazirliyi: Bərpa olunan enerji mənbələri üzrə yeni ali təhsil proqramı hazırlanacaq
Dekabrın 6-da Azərbaycan Respublikası Təhsil Nazirliyi və BP şirkəti arasında yerli universitetlərin birində bərpa olunan enerji mənbələri üzrə yeni ali təhsil proqramının yaradılması ilə bağlı əməkdaşlıq haqqında niyyət protokolu imzalanıb.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, protokol bərpa olunan enerji mənbələri, o cümlədən bu sahədə istifadə olunan texnologiyalar üzrə ixtisaslaşan yerli peşəkarların hazırlanması üçün mühüm bir təhsil layihəsinə dair əməkdaşlığın təməlini qoyur. Bu məqsədlə Böyük Britaniya universitetlərindən biri ilə tərəfdaşlıq əsasında yerli ali təhsil müəssisəsində yeni magistr proqramı hazırlanacaq.
Protokol çərçivəsində layihənin texniki aspektlərini, icraçı tərəfdaşın seçim meyarlarını müəyyənləşdirmək üçün işçi qrup yaradılacaq.
Təhsil naziri Emin Əmrullayev imzalanma mərasimində çıxışı zamanı “qara qızıl”ın insan kapitalına çevrilməsi konsepsiyasının gənclərin xaricdə təhsilinin dəstəklənməsinə mühüm imkanlar yaratdığını xatırladıb. Emin Əmrullayev bildirib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilən “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 3500-ə yaxın gənc xaricdə təhsil alıb.
Bərpa olunan enerji üzrə mütəxəssis hazırlığının vacib olduğunu qeyd edən təhsil naziri bu sahədə BP şirkəti ilə əməkdaşlığı yüksək dəyərləndirib. Emin Əmrullayev deyib ki, proqram çərçivəsində tədqiqat layihələrinin də həyata keçirilməsi planlaşdırılır.
BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz deyib: “Azərbaycanın enerji keçidi üzrə səylərini dəstəkləmək məqsədilə Təhsil Nazirliyi ilə uzunmüddətli və uğurlu əməkdaşlığımızı yeni istiqamətdə genişləndirməkdən böyük məmnunluq duyuruq. Təsis edəcəyimiz yeni universitet proqramı ölkənin bərpa olunan enerji sektorunun inkişafı üçün zəruri olan yeni təcrübə və bacarıqların formalaşdırılması məqsədilə nəzərdə tutulub. Bu, Azərbaycanın enerjinin gələcəyinə doğru atdığı addımları və eləcə də şirkətimizin insanlar və planetimiz üçün enerji haqqında təsəvvürləri yeniləmək məqsədini dəstəkləyən gözəl bir layihədir”.
Layihəni Təhsil Nazirliyi və BP birgə maliyyələşdirəcək. BP bu layihəyə 2 milyon ABŞ dolları vəsait qoyacaq.
Yeni magistr proqramı çərçivəsində hər il bərpa olunan enerji mənbələri sahəsində təxminən 40 yerli mütəxəssisin hazırlanması gözlənilir.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təs...
19 Aprel
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti İnformasiya Texnologiyaları (İT) sahəsi...
19 Aprel
ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub
18 Aprel
Avropa Şurası Nazirlər Komitəsinin sədri: Azərbaycan nümayəndə heyəti tezliklə Parlament Assambleyas...
18 Aprel
Türkiyədə baş verən zəlzələ nəticəsində bir neçə tikiliyə ciddi zərər dəyib
18 Aprel
Türkiyədə zəlzələ olub
18 Aprel
“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda abidələr və tarixi yerlər günü qeyd olunub...
18 Aprel
Yeni Kaledoniya Konqresinin nümayəndə heyətinin ölkəmizə səfərinin yekunlarına dair mətbuat konfrans...
18 Aprel
Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda elmi kon...
18 Aprel
Azərbaycan Vəkillər Kollegiyasının sədri Tbilisidə keçirilən konfransda COP29-un beynəlxalq əhəmiyyə...
18 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!