23 Dekabr 2021 10:43
877
Təhsil
A- A+

Təhsil Nazirliyi: 211 nəfər direktor vəzifəsinə təyin edilib  

Direktor vəzifəsinə işə qəbul üzrə müsahibələr davam edir.

Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, müsahibə mərhələsində namizədlərin peşə üzrə nəzəri bilikləri, idarəetmə bacarıqları, dünyagörüşü və şəxsi keyfiyyətləri yoxlanılır. Müsabiqə nəticəsində 211 nəfər direktor vəzifəsinə təyin edilib.

Müsahibələr Təhsil Nazirliyinin rəhbər şəxslərindən ibarət komissiya üzvlərinin iştirakı ilə həftədə 2 gün keçirilir. Hər müsahibə gününün sonunda nazirliyin rəsmi internet səhifəsindəki müvafiq bölmədə müsahibədə iştirak etmiş namizədlərin nəticələri elan edilir və onların şəxsi səhifələrinə göndərilir. Müsahibələrin növbəti 3 ay ərzində davam edəcəyi nəzərdə tutulur.

Qeyd edək ki, cari ilin iyun ayının sonundan etibarən dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsinə start verilib. Ümumi təhsil müəssisələrində direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin keçirilməsində əsas məqsəd prosesi mərkəzləşdirilmiş qaydada həyata keçirməklə şəffaflığın təmin olunması və sağlam rəqabət mühitinin yaradılmasıdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video