13 Yanvar 2022 02:05
676
Təhsil
A- A+

Təhsil mərkəzində 8 ixtisas üzrə kadr hazırlığı həyata keçirilir

 

İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Sumqayıt Kimya Sənaye Parkının Peşə Təhsil Mərkəzinə mediatur təşkil edilib.

AZƏRTAC xəbər verir ki, Peşə Təhsil Mərkəzinin direktoru vəzifəsini icra edən Yadullah Babayev media nümayəndələrinə mərkəzin fəaliyyəti haqqında məlumat verib. Bildirilib ki, 2020-ci il sentyabrın 14-də Prezident İlham Əliyevin iştirakı ilə Peşə Təhsil Mərkəzinin açılışı olub. 6 korpusdan ibarət olan mərkəz 500 tələbənin təhsil alması üçün nəzərdə tutulub. Korpuslarda 23 tədris otağı, 13 laboratoriya, kitabxana, kompüter otağı, akt zalı, yeməkxana, idman zalı və inzibati otaqlar var.

Peşə Təhsil Mərkəzi Sumqayıt Kimya Sənaye Parkının ərazisində yaradılmış ilk təhsil müəssisəsidir və sənaye müəssisələrinin tam əhatəsində yerləşir. Mərkəzin tələbələri mütəmadi olaraq bu sənaye müəssisələrində təcrübə-dərs proqramlarında iştirak edir və tədris prosesində qazanılmış nəzəri biliklərini daha da təkmilləşdirirlər. Mərkəzdə çalışan müəllimlərin əksəriyyəti bu sənaye müəssisələrinin peşəkar mühəndisləridir.

İlk tədris ilində (2020-2021-ci illər) Peşə Təhsil Mərkəzində 5 ixtisas üzrə kadr hazırlığı həyata keçirilib, 2021-2022-ci tədris ilində bəzi sahələrdə kadr hazırlığına ciddi tələbatın olması səbəbindən daha 3 yeni ixtisas yaradılaraq sayı 8-ə çatdırılıb.

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video