16 Yanvar 2022 00:12
1189
Səhiyyə
A- A+

Təbii antidepressant

 

İdman sağlam həyat üçün vacibdir. Həm də idman yalnız bədənə fiziki fayda vermir, bir çox psixoloji pozuntuların müalicəsində də effektiv rol oynayır.

İdman etmək depressiya və stress pozğunluqları kimi psixoloji halları aradan qaldırır. Bədənimizdəki mənfi enerjini çıxarmasaq, psixi problemlərə yol açmış oluruq. Hərəkət qan dövranını tənzimləyir və beynin ehtiyac duyduğu oksigeni almasını təmin edir. İdman etmək düşüncə tərzimizə zərər verən stress hormonlarını azaldır, xoşbəxtlik hormonu olan endorfinlərin sərbəst buraxılmasına kömək edir.

Sinir hüceyrələrini inkişaf etdirən idman bu sahədə koordinasiya və sürətlə hərəkət etmək qabiliyyətini yaxşılaşdırır. Hər gün idman edən insanlar etməyənlərə nisbətən daha az depressiyaya düşürlər. Bu vəziyyətdə idman sözün əsl mənasında təbii antidepressant rolunu oynayır.

İdman bioloji saata uyğun olaraq melatonin adlı yuxu hormonunun ifraz olunmasına kömək edir. Beləliklə, daha nizamlı və keyfiyyətli yuxu rejimi əldə edilir və bu, gün ərzində özümüzü daha yaxşı hiss etməyimizə kömək edir.

Araşdırmalar idmanla məşğul olan insanların özünə inamının daha yüksək olduğunu ortaya çıxarıb. Özgüvənli insanlar isə sosial vəziyyətlərdə daha çox seçilə bilirlər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video