24 Yanvar 2025 09:15
568
Mədəniyyət
A- A+
Teatrda həm klassik, həm də müasir əsərlər tamaşaya qoyulur

Teatrda həm klassik, həm də müasir əsərlər tamaşaya qoyulur


Teatr yarandığı gündən tamaşaçıları düşündürən, güldürən, heyrətləndirən və şənləndirən mədəniyyət ocağı olub. Bəlkə də elə buna görədir ki, insanlar daim bu maraqla tez-tez teatra üz tutublar. 97 ildir ki, Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı da tamaşaçıları özünə beləcə cəlb edir.

Teatrın yaradıcı kollektivi mövsüm başlayandan bir-birindən maraqlı səhnə əsərləri hazırlayaraq ictimaiyyətin ixtiyarına verib. Son dövrdə Xalq artisti Naibə Allahverdiyevanın 60 illik yubileyi münasibəti ilə "Gerçəkləşməyən arzular" adlı tamaşanın nümayişi keçirilib. Bundan başqa, ötən müddət ərzində Xalq artistləri Firəngiz Şərifova və Hüseynağa Sadıqovun yubileyləri də teatrda təntənə ilə qeyd olunub.  

Teatrın yaradıcı kollektivi həmişə olduğu kimi, bu mövsümdə də diqqət çəkən tamaşalar səhnələşdirib. "Ümid nəğməsi" gənc dramaturq Pərviz Seyidlinin pyesi əsasında hazırlanıb. Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov, rəssamı Nisə Həsənova, musiqi tərtibatçısı Zaur Rəşidovdur. Abdulla Şaiqin eyniadlı əsəri əsasında "Tıq-tıq xanım" tamaşası da səhnəyə qoyulub. Tamaşanın quruluşçu rejissoru və səhnələşdirmə müəllifi Əməkdar artist Nicat Kazımovdur. Bu əsər Lənkəran Dövlət Dram Teatrına qastrol səfərində də nümayiş olunub. "Qaraca qız" tamaşası Abdulla Şaiqin əsəri əsasında qurulub. Tamaşanın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, rejissoru Əməkdar artist Nofəl Vəliyevdir. Onu da qeyd edək ki, bu səhnə əsəri iki heyətlidir. Teatrın istedadlı aktyorları "Qaraca qız" tamaşasında rolları yüksək peşəkarlıqla canlandırıblar. 

"Fiqaronun toyu" tamaşası fransız dramaturqu Pyer Bomarşenin pyesi əsasında səhnələşdirilib. Böyük maraqla qarşılanan bu tamaşanın quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov, rəssamı Mustafa Mustafayev, musiqi tərtibatçısı Zaur Rəşidovdur. Ötən ilin sonlarında Əməkdar artist Şövqi Hüseynovun təqdimatında "Mən Feyerbaxam" monotamaşası da təhvil verilib. Alman dramaturqu Tankret Dorstun pyesi teatrın səhnəsində fərqli yozumla tamaşaçılara təqdim edilib. Tamaşada baş rolu Əməkdar artist Şövqi Hüseynov canlandırıb. Ötən ilin sonunda balaca tamaşaçılara Pərvin Nurəliyevanın eyniadlı pyesi əsasında "Cırtdanino" - birhissəli tamaşası təqdim  olunub. Səhnə əsərinin quruluşçu rejissoru Elşad Rəhimzadə, rəssamı Nisə Həsənova, musiqi tərtibatçısı Aygül Quliyevadır. Ötən ilin dekabrında "Madaqaskarlı dostların Yeni il sərgüzəştləri" adlı tamaşa da tamaşaçıların ixtiyarına verilib.

Tamaşaların hazırlanmasında kollektiv bütün bacarığını ortaya qoyur. Məsələn, "Tıq-tıq xanım" tamaşasında rejissor assistenti Fuad Cavadzadə, rəssam Mustafa Mustafayev və rejissor Müşfiq Əliyev kimi yaradıcı insanlar böyük həvəslə iştirak ediblər. Aktyorların hamısı onun yüksək səviyyədə hazırlanmasına töhfələrini veriblər, bütün səyləri ilə çalışıblar.

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı 97-ci mövsümün ikinci rübünə Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhminin "Şahnamə" pyesi əsasında hazırladığı tamaşa ilə başlayıb. Əsərin səhnələşdirilməsində teatrın aktyor heyətinin əksəriyyəti iştirak edib. Tamaşa teatrsevərlər tərəfindən böyük maraqla qarşılanıb.

Teatrın yaradıcı kollektivi "Kontrabas", "Dəlinin qeydləri"  monotamaşaları ilə müxtəlif ölkələrdə keçirilən beynəlxalq festivallarda iştirak edib. Özbəkistan Respublikasının Daşkənd şəhərində keçirilən "Uşaqlar XXI əsrdə" I Beynəlxalq Uşaq Teatrları Festivalında Pərviz Seyidlinin pyesi əsasında hazırlanan "Ümid nəğməsi" adlı tamaşa uğurla təqdim edilib. Özbəkistan səfəri həm beynəlxalq mədəni əlaqələrin möhkəmləndirilməsində, həm də teatrın tanıdılması baxımından böyük əhəmiyyət daşıyıb. Bu səfər həmçinin teatrın aktyorlarının yaradıcılığını xarici ölkələrdə təqdim etməyə və tanıtmağa da imkan yaradıb. Ötən müddət ərzində teatrın respublikanın regionlarına da qastrol səfərləri təşkil olunub və böyük uğurlar qazanılıb. 

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının yaradıcı kollektivi 97-ci teatr mövsümünün sonuna qədər səhnələşdirəcəkləri bir-birindən maraqlı əsərləri ilə tamaşaçılarını sevindirməyə davam edəcək. Teatrın yaradıcı kollektivi repertuarına həm klassik, həm də müasir əsərləri daxil edir. Bir-birindən maraqlı  səhnə əsərləri ilə uzun illərdir ki, tamaşaçıları düşündürür və heyrətləndirir.


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Vladimir Putinlə Suriyanın yeni lideri arasında telefon danışığı baş tutub  

23:06
12 Fevral

Zelenski Trampla telefon danışığının detallarını açıqladı  

23:05
12 Fevral

BMT Ukrayna münaqişəsinin həllində iştirak etməyə hazırdır

23:03
12 Fevral

Ukrayna və ABŞ prezidentləri arasında telefon danışığı olub  

23:02
12 Fevral

ABŞ və Rusiya prezidentləri şəxsən görüşmək barədə razılığa gəliblər  

23:00
12 Fevral

Putinlə Tramp arasında telefon danışığı olub

22:59
12 Fevral

Naxçıvan Muxtar Respublikasının büdcə xərclərinin 56,9 faizi yerli yığımlar hesabına təmin edilib  

22:57
12 Fevral

Psixologiya Elmi-Tədqiqat İnstitutunun növbəti məqaləsi “Technium Sosial Elmlər Jurnalı”nda dərc edilib  

22:55
12 Fevral

Prezident İlham Əliyevin Çin telekanalına müsahibəsi Gürcüstan mətbuatının diqqət mərkəzində olub  

20:52
12 Fevral

Milli Məclisin Elm və təhsil komitəsinin iclası keçirilib

20:50
12 Fevral

Azərbaycan ilə Gürcüstan arasında ticarət dövriyyəsi 1,3 milyard dolları keçib  

20:49
12 Fevral

Azərbaycan ilə Gürcüstan arasında tibbi turizm və demoqrafik problemlərin həlli məsələləri müzakirə olunub  

20:47
12 Fevral

Azərbaycanda keçiriləcək III MDB Oyunlarının vaxtı dəqiqləşib

20:46
12 Fevral

Britaniya Ukraynaya 150 milyon funt sterlinq dəyərində hərbi yardım paketi elan edib  

20:45
12 Fevral

Türkiyəli ekspert: İrəvanın destruktiv siyasəti Ermənistanı regional əməkdaşlıqdan təcrid edəcək

20:44
12 Fevral

III MDB Oyunlarının 2025-ci ildə Azərbaycanda keçirilməsi üzrə yaradılmış Təşkilat Komitəsinin ilk iclası keçirilib  

20:42
12 Fevral

İslamabadda Azərbaycan-Pakistan Ticarət və Sənaye Palatasının açılışı olub

20:41
12 Fevral

Fevralın 28-i “planetlərin böyük paradı” müşahidə olunacaq

19:08
12 Fevral

Antarktikanın əlçatmaz ərazilərində mikroplastik hissəciklər tapılıb

19:05
12 Fevral

“Youtube”da dublyaj funksiyası istifadəyə veriləcək  

19:04
12 Fevral

 Ötən ay Azərbaycanda qeyri-neft ixracı artıb

19:03
12 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!