23 Iyun 2022 20:08
573
SİYASƏT
A- A+

Talant Mamıtov: Qırğızıstan Azərbaycanla əlaqələrin inkişafına böyük önəm verir

Milli Məclisin sədri Sahibə Qafarova TÜRKPA-nın XI plenar sessiyasında iştirak etmək üçün Qırğız Respublikasının Çolpon-Ata şəhərində səfərdədir.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Sahibə Qafarova səfər çərçivəsində Qırğızıstan parlamentinin (Joqorku Keneşi) sədri Talant Mamıtovla görüşüb. Azərbaycan parlament rəhbərini salamlayan T.Mamıtov ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə inkişafından məmnunluğunu bildirib. O, xalqlarımız arasında dostluq əlaqələrinin dərin köklərə malik olduğunu qeyd edərək, müstəqillik illərində ölkələrimiz arasında münasibətlərin daha da dərinləşdiyini vurğulayıb. Qırğızıstan parlamentinin sədri ölkəsinin Azərbaycanla əlaqələrin inkişafına böyük önəm verdiyini, qarşılıqlı səfərlərin və siyasi dialoqun bu münasibətlərin inkişafına təkan verdiyini deyib.

Bildirilib ki, parlamentlər səviyyəsində münasibətlərimizin inkişafı həyatın digər sahələrində əməkdaşlığımızın daha da dərinləşməsinə xidmət edir. Deputatlarımızın müxtəlif beynəlxalq platformalarda birgə iştirakı ümumi mənafelərə xidmət edir. Joqorku Keneşinin sədri qeyd edib ki, Qırğızıstan və Azərbaycan bütün beynəlxalq qurumlarda ənənəvi olaraq həmişə bir-birini dəstəkləyir. O, TÜRKPA çərçivəsində əməkdaşlığın əhəmiyyətini qeyd edib.

Göstərilən yüksək qonaqpərvərliyə görə, minnətdarlığını bildirən Milli Məclisin sədri Sahibə Qafarova xalqlarımız arasında çoxəsrlik tarixi köklərə malik dostluq və qardaşlıq əlaqələrindən danışıb. O, xalqlarımızı ortaq köklərin, tarix və ümumi dəyərlərin birləşdirdiyini vurğulayıb.

Ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olmasında dövlət başçılarının rolunu vurğulayan Milli Məclisin sədri Qırğız Respublikasının Prezidenti Sadır Japarovun bu ilin aprel ayında ölkəmizə səfərini və səfər çərçivəsində keçirilən görüşlərin əhəmiyyətini diqqətə çatdırıb. Qeyd olunub ki, münasibətlərimizin möhkəmlənməsində dövlət başçılarımızın görüşləri və qarşılıqlı səfərləri xüsusi əhəmiyyətə malikdir.

Gələn il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin tamam olacağını diqqətə çatdıran Sahibə Qafarova ötən müddətdə münasibətlərimizin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini qeyd edib. İki ölkə arasında əlaqələrin dərinləşməsinə qanunverici orqanların özünəməxsus töhfələr verdiyini bildirən Milli Məclisin sədri Qırğızıstan parlamentinin sədri ilə bundan öncəki görüşlərini məmnunluqla xatırlayıb.

O, xüsusilə TÜRKPA çərçivəsində əməkdaşlığın əhəmiyyətini diqqətə çatdıraraq qeyd edib ki, müasir dünyada cərəyan edən hadisələr fonunda TÜRKPA-nın rolu və əhəmiyyəti daha da artmaqdadır. Təşkilatımız ötən illər ərzində fəaliyyəti ilə xalqlarımızı bir-birinə daha sıx bağlamağın səmərəli bir vasitəsi kimi özünü təsdiqləyib. O, bu baxımdan, XI plenar sessiyanın təşkilatın gələcək fəaliyyətinə və üzv dövlətlər arasında əlaqələrin daha da dərinləşməsinə töhfə verəcəyinə inamını ifadə edib.

Milli Məclisin sədri görüşdə, həmçinin Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi böyük Qələbə və regionda yaranmış yeni vəziyyət barədə məlumat verib. Bildirib ki, Azərbaycan Ermənistan tərəfindən 30 ilə yaxın işğal altında saxlanılan torpaqlarını azad edərək ərazi bütövlüyünü bərpa edib. Ermənistan ərazilərimizi işğal altında saxladığı müddətdə oradakı bütün maddi-mədəni sərvətlərimizi talan edib, şəhərlərimizi, kəndlərimizi, məscidlərimizi dağıdıb. Milli Məclisin sədri bildirib ki, hazırda Azərbaycan işğaldan azad olunmuş ərazilərimizin bərpası və yenidən qurulması ilə bağlı genişmiqyaslı layihələr həyata keçirir. O, ölkəmizin regionda daimi sülh və təhlükəsizliyin, əməkdaşlığın təmin olunmasında maraqlı olduğunu, bu istiqamətdə bütün lazımi addımları atdığını diqqətə çatdırıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video