14 Avqust 2022 01:10
601
Mədəniyyət
A- A+

"Şuşanın tarixi-mədəni irsinin tədqiqi və təbliği" layihəsinə başlanılıb

 

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin "Şuşa ili"nə həsr olunmuş xüsusi müsabiqəsinin qalibi olan "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi "Şuşanın tarixi-mədəni irsinin tədqiqi və təbliği" layihəsini avqustun 1-dən həyata keçirməyə başlayıb.
AZƏRTAC xəbər verir ki, layihənin əsas məqsədi Şuşada aparılmış arxeoloji, etnoqrafik, epiqrafik, numizmatik və paleoqrafik tədqiqatların dağınıq halda olan hesabatlarını bir yerə toplamaq, iki dildə nəşrə hazırlamaq və nəşr etmək, Britaniyada yerləşən "Orta Əsrlər Sonrası Arxeologiya Cəmiyyəti" ilə Şuşa şəhəri üçün əməkdaşlıq etmək, eləcə də ilkin mərhələdə həmin cəmiyyətin nəşrlərində məqalə və ya kitab nəşr etmək, həmçinin 2022-ci ilin noyabr ayında Şuşa şəhərində "Abidələr və Tarixi Yerlər Dördüncü Beynəlxalq Şuşa Simpoziumu"nu keçirməkdir.
Layihənin planlaşdırılması mərhələsində ekspertlər müəyyən edilib, könüllülər cəlb olunub və onların iştirakı ilə fərdi qaydada işçi görüşlər keçirilib. Milli Azərbaycan Tarixi Muzeyi, Azərbaycan Milli Xalça Muzeyi, onun Şuşa filialı, Milli Arxiv İdarəsi, AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu, Abbasqulu ağa Bakıxanov adına Tarix İnstitutu və Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutuna fond və arxivlərində araşdırma aparılması üçün müraciət olunub. Xarici səfərlər təşkil olunub və Gürcüstan, Rusiya, Almaniya, Fransa, həmçinin əlavə olaraq İtaliya və Macarıstanla yazışmalar aparılıb. Yaxın günlərdə Şuşa şəhərində xüsusilə epiqrafik araşdırmanın aparılması planlaşdırılıb və mütəxəssislər müəyyən edilib. Görülən işlərlə yerli və xarici ictimaiyyəti tanış etmək üçün sosial şəbəkələrdə "Şuşanın tarixi-mədəni irsi" səhifəsi yaradılıb.
Qeyd edək ki, avqustun 11-də layihənin ekspertləri və könüllüləri Milli Azərbaycan Tarixi Muzeyinin akt zalında növbəti toplantı keçiriblər.
 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video