25 Noyabr 2022 02:43
376
Mədəniyyət
A- A+

"Şuşa - Qarabağın dünəni, bu günü, sabahı" adlı layihə davam edir

 

"Şuşa ili" çərçivəsində Azərbaycan İstiqlal Muzeyi tərəfindən həyata keçirilən "Şuşa - Qarabağın dünəni, bu günü, sabahı" adlı layihə davam edir.
Növbəti layihə çərçivəsində Şuşanın qədim məişət əşyaları təqdim olunub.
Şuşada XX əsrin əvvəllərinə qədər mis qablardan geniş istifadə olunurdu. Bu qablar öz formasının gözəlliyi, adətən, bütün səthini örtən zərif və yüksək zövqlü bədii naxışları ilə insanı valeh edirdi. Onlarda ustanın adına və hazırlanma tarixinə, həmçinin də sifarişçinin adına tez-tez rast gəlinirdi. Görünüşünə görə o, məişətdə işlənməsi islam dini tərəfindən qadağan olunmuş gümüş qaba çox oxşayır, qiymətinə görə isə əhalinin bütün təbəqələri üçün əlverişli idi. Mis asanlıqla oksidləşdiyinə görə bu cür qabdan istifadə edilməsi zəhərlənməyə gətirib çıxara bilərdi. Bu səbəbdən məişətdə istifadə edilən mis qablar qalaylanırdı. Qalaylama və mis qab hazırlanma emalatxanaları demək olar ki, Şuşanın bütün məhəllələrində var idi.
Şuşalıların evlərində bürünc və tunc qablar da işlədilirdi. Bu qablar qalaylı mis qablardan xeyli baha idi və varlı ailələrdə istifadə olunurdu. 
Şuşalılar məişətdə gil, saxsı və çini qablardan da istifadə etmişdilər. Şuşanın ətrafında dulusçuluq lap qədimlərdən inkişaf etmişdi. Gil qablardan və gil qab-qacaqdan Şuşada əsasən ərzaq saxlamaq üçün istifadə edilirdi. 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video