18 Dekabr 2021 00:25
2107
Elm və texnika
A- A+

Süni şəlalələr

 

Dünyada fontan olmayan bölgələr demək olar ki, yoxdur. Bu, insan yaradıcılığı olan ilk abadlaşdırma növü sayıla bilər. “Fontan” sözü latın dilindəki “fontana” sözündən yaranıb. Mənası “mənbə”, “bulaq” kimi tərcümə olunur.

Sivilizasiyanın varlığını göstərən fontanların tarixi bir çox kəşfin beşiyi olan Mesopotamiyaya dayanır. Eramızdan əvvəl 2 mininci ildə burada bulaqların hövzələrinə dəyişiklik edilərək təbii yolla fontan yaradılıb. Həmin fəvvarələr indiki görünüşə sahib deyildi. Bilinən ən qədim fontandan əsasən suvarma və içməli su təchizatı kimi istifadə edilirdi. Müasirlərinin əcdadı sayılan bu növlər Misirdə də mövcud idi. Misir freskolarında bağ və əkin sahələrində təsvir olunan fontanları görmək mümkündür. Qədim fars qanunlarında su hər bir bağın məcburi atributu sayılırdı. Buna görə də bağlarda  fəvvarələr, çay və şəlalələr getdikcə populyarlaşırdı.

Fəvvarələrin bir mədəniyyət kimi inkişafı yunan və romalılarla sıx bağlıdır. E.ə 6-cı əsrdə yaradılan “şırnaq” ilk dekorativ fontan sayılır. Tarixçilərin sözlərinə görə, Afina, Korinf və digər qədim yunan şəhərlərindəki nümunələrə bulaqlardan və çaylardan su kəmərləri çəkilib. Onlar həmçinin içməli su problemini də həll edib. Belə ki, Afina tiranı Pisistratus tərəfindən meydanda salınan fəvvarə yerli sakinləri içməli su ilə təmin edirmiş.

Yunan fontanları daşdan və mərmərdən hazırlanırdı. Su bürünc borulardan axır və əsasən aslan başını və ya başqa heyvanı təmsil edən heykəllərin ağzından çıxırdı. Yunanıstandakı süni şəlalələrdə su cazibə qüvvəsi ilə axırdı. Bir çox hallarda bu, suyun gur olmasına mane olurdu. Axını sürətləndirmək üçün xüsusi nasoslardan istifadə gözoxşayan mənzərə yaradırdı. Sonrakı vaxtlarda bütün Avropaya yayılan fontanlar bağlarla yanaşı, sarayların daxilində də tikilirdi.

Fəvvarələrə incəsənət nümunəsi kimi yanaşılması ona diqqəti daha da artırmışdı. XVI-XVII əsrlərdə İtaliyanın bir çox şəhərində xüsusi təsvirli heykəllərin yer aldığı möhtəşəm su şırnaqlarına rast gəlinib. Hələ də şəhər dəbi sayılan fontanlara qiymət verilir və onlar dekorativ əhəmiyyəti ilə seçilir. Dünyanın ən böyük fəvvarəsi isə Dubayda yerləşir. O, hətta tikilməmişdən əvvəl Ginnesin Rekordlar Kitabına daxil edilmişdir.

 

Aydan XƏLİLOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video