10 Dekabr 2024 17:22
1513
Təhsil
A- A+
Sumqayıtda doktorantların və gənc tədqiqatçıların XXVII Respublika elmi konfransı keçirilir  

Sumqayıtda doktorantların və gənc tədqiqatçıların XXVII Respublika elmi konfransı keçirilir  

Dekabrın 10-da Sumqayıt Dövlət Universitetində (SDU) doktorantların və gənc tədqiqatçıların XXVII Respublika elmi konfransı (NASCO XXVII) keçirilir. Tədbirdə Elm və Təhsil Nazirliyin nümayəndələri, ölkəmizdə fəaliyyət göstərən ali təhsil müəssisələrinin rektorları, alimlər, ictimai-siyasi xadimlər, doktorantlar və gənc tədqiqatçılar iştirak edirlər.

AZƏRTAC xəbər verir ki, konfransdan əvvəl elm və təhsil naziri Emin Əmrullayev və Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Ümummilli Lider Heydər Əliyevin Sumqayıt şəhərində yerləşən abidəsi önünə tər gül dəstələri düzüb, əziz xatirəsini ehtiramla yad ediblər.

Sonra SDU-nun akt zalında “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr edilmiş Respublika elmi konfransın plenar iclası işə başlayıb. Azərbaycanın Dövlət Himni səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.

SDU-nun rektoru, dosent Rüfət Əzizov doktorantların və gənc tədqiqatçıların XXVII Respublika elmi konfransının Sumqayıtda keçirilməsindən məmnunluğunu bildirib. O, elm və təhsilin qarşılıqlı əlaqəsinin möhkəmləndirilməsi məqsədilə ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlardan danışıb və bu istiqamətdə Sumqayıt universitetində tətbiq edilən yeniliklərdən, tədris olunan ixtisaslardan, tələbə-məzunların əmək bazarındakı fəaliyyəti ilə əlaqədar görülən işlərdən söz açıb. Diqqətə çatdırıb ki, bu gün ölkəmizin sənaye mərkəzi hesab edilən Sumqayıt şəhərinin yeganə ali təhsil müəssisəsi olan Sumqayıt Dövlət Universiteti sənaye şəhərinin bilik və təcrübə mənbəyinə çevrilir.

Elm və təhsil naziri Emin Əmrullayev 27-ci dəfə təşkil olunan konfransın əhəmiyyətindən danışıb. Bu cür tədbirlərin elm sahəsində möhkəm və uğurlu bir ənənə formalaşdırdığını, gənc alimlərə böyük imkanlar yaratdığını qeyd edən nazir, ölkəmizdə elm və təhsilin inkişafı istiqamətində bir sıra mühüm və uğurlu addımlar atıldığını diqqətə çatdırıb. Bildirib ki, müasir təhsil infrastrukturunun yaradılması, universitetlərdə beynəlxalq əməkdaşlığın genişləndirilməsi və elmi-tədqiqat fəaliyyətlərinin gücləndirilməsi bu sahədəki əsas prioritetlərdəndir.

Bədii hissə ilə bitən plenar iclasdan sonra konfrans işini bölmələr üzrə davam etdirib.

İki gün davam edəcək konfransa 287 tezis daxil olub, onlardan 251-si qəbul edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib 

13:50
07 Dekabr

Leyla Əliyeva və Arzu Əliyeva Dəkkədə Banqladeşin müvəqqəti hökumətinin Baş müşaviri ilə görüşüblər  

13:16
07 Dekabr

Ukrayna ordusu Dnepropetrovsk vilayətinin kəndini azad edib  

11:47
07 Dekabr

Qırğızıstan nümayəndə heyəti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib  

11:33
07 Dekabr

Cüdo üzrə Azərbaycan çempionatında fərdi mübarizəyə yekun vurulub 

23:11
06 Dekabr

Zelenski: Amerika ilə növbəti addımlar və müzakirə formatları barədə razılığa gəlmişik  

22:41
06 Dekabr

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə keçirilən beynəlxalq konfrans çərçivəsində ikitərəfli görüşlər davam edir  

21:35
06 Dekabr

Timişoarada Azərbaycan Rumıniya münasibətləri barədə müzakirə aparılıb  

20:20
06 Dekabr

Almaniya Kansleri İordaniya və İsrailə səfər edib  

19:51
06 Dekabr

Misli Premyer Liqasında XIV tura start verilib  

19:21
06 Dekabr

Cənubi Afrikada bir otelə basqın nəticəsində 11 nəfər qətlə yetirilib  

17:53
06 Dekabr

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib YENİLƏNİB  

17:48
06 Dekabr

 Xalq artisti Qədir Rüstəmovun anadan olmasının 90 illiyi qeyd edilib

17:41
06 Dekabr

Qadınlar və kişilər arasında cüdo üzrə Azərbaycan çempionatının açılış mərasimi olub

16:59
06 Dekabr

Kişineuda xeyriyyə yarmarkasında Azərbaycan öz stendi ilə təmsil olunub  

16:21
06 Dekabr

ABŞ Prezidenti Donald Tramp Prezident İlham Əliyevə təşəkkür edib

16:07
06 Dekabr

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampdan

16:00
06 Dekabr

D-8 ölkələrinin Gənclər Dialoqunun açılış mərasimi keçirilib YENİLƏNİB 

15:53
06 Dekabr

Ombudsman Aparatının nümayəndələri Cenevrədə səfərdədirlər  

15:51
06 Dekabr

“Türkiye” qəzeti: Türkiyənin sərhəd əyalətlərində Zəngəzur Dəhlizinin açılışına hazırdırlar  

15:40
06 Dekabr

Sudanın Cənubi Kordofan vilayətində 79 mülki şəxs qətlə yetirilib  

15:37
06 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!