23 Yanvar 2022 00:43
305
İQTİSADİYYAT

Sumqayıtda abonentlərin 90 faizi su sayğacı ilə təmin olunub

 

Sumqayıtda kommunal  sahədə, o cümlədən su və kanalizasiya sektorunda  görülən işlərin xəritəsi daim yenilənməkdədir.

Təkcə  ötən il bu sahə üzrə 117,3 min abonentə xidmət göstərilib ki, onun da 112,6 min abonenti əhali, 4,7 min abonenti isə qeyri-əhali kateqoriyasına aiddir.

Bu gün şəhər sakinlərinin 89,7 faizi su sayğacı ilə təmin olunub. Şəhərin ətraf qəsəbələrində isə yeni tikililər artıq siyahıya alınıb. Cari ilin ortalarınacan onlar da sayğacla təmin ediləcəklər.

Sumqayıt Sukanal İdarəsi öz imkanları hesabına məhəllədaxili su şəbəkələrində təmizlənmə işlərini də həyata keçirir. Ötən il 2,7 min paqonmetrdən çox  su xətti təmir edilib. Bəzi ərazilərdə isə su xətləri yararsız halda olduğundan  onlar  yenisi ilə əvəzlənib.

Əhalini narahat edən problemlərdən biri də  yaşayış binalarının zirzəmilərində yığılıb qalan çirkli sulardır. Ötən il 102 binanın zirzəmisindəki  su xəttində təmir işləri aparılıb və orada olan kommunikasiya xətləri  dəyişdirilib. Təmir edilən su xətlərinin uzunluğu 541,3 paqonmetrdir.

Hazırda şəhər üzrə zirzəmisində çirkli su yığılan binalar müəyyənləşdirilir və onların təmirinə hazırlıq görülür.

 

Akif ƏLİYEV,

Azərbaycan

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video