15 Fevral 2022 00:30
2178
Oxucu məktubları
A- A+

Şuduqlu şagirdlərin artıq müasir məktəb binası var

 

Qubanın Şuduq kəndi təbiəti və relyefi baxımından  digər ərazilərdən seçilir. Kənd turistlərin həmişə həvəslə gəldikləri, təbiətinə vurğunluq ifadə etdikləri yerlərdəndir. Şuduq camaatı da dünyagörüşləri ilə fərqlənir. Bu kənddən təhsil alanların sayı digərlərinə nisbətən daha çoxdur.

Amma uzun zaman idi ki, belə bir kəndin müasir tələblərə cavab verən məktəbi yox idi. Kənd şagirdləri qonşu kəndlərin məktəblərində təhsil almağa məcbur idilər.  Kənd camaatı məktəb sarıdan əziyyət çəkdiklərini rayon rəhbərliyinə bildirdilər. Müraciət cavabsız qalmadı. Ötən ilin əvvəllərində kənddə modul tipli məktəbin tikintisinə başlanıldı. Şuduqun dəniz səviyyəsindən 950 metr yüksəklikdə yerləşməsinə baxmayaraq, yeni texnologiyalarla quraşdırılan məktəb binası az bir zamanda istifadəyə verildi.

Məktəb 40 şagirdlikdir. Bina yanğından xəbərdarlıq sistemi ilə yanaşı, işıq və su təchizatı ilə təmin edilib. Dərs ləvazimatları, bütün fənlər üzrə avadanlıqlarla təchiz olunan məktəbin açılışı bayram kimi qeyd edildi. Ən çox sevinən isə məktəblilər idi. Artıq onların canı qonşu kəndlərə getməkdən qurtulmuşdu.

 

Qəhrəman QASIMOV,

Quba

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video