02 Oktyabr 2022 01:08
854
Səhiyyə
A- A+

Süd zərdabı

 

Pendirin suyunun (süd zərdabı) da pendirin özü qədər sağlamlığa faydalı olduğu bildirilir. Şəfa mənbəyi sayılan bu zərdab xərçəngin qarşısını alır və immunitet sistemini gücləndirir. 
Antibiotik xüsusiyyətlərə malik olan şəfalı su bədəni xarici təsirlərdən qoruyur.  Qadınlarda uşaqlıq və döş xərçəngi, kişilərdə isə prostat xərçəngi riskini azaldır. Süd zərdabı ilə hazırlanan içkilər orqanizmdə kalsiumun sorulmasını artırır. Bu, osteoporozlu xəstələrin qidalanmasında çox əhəmiyyətli və təsirli maye sayılır. 
Süd zərdabının ən mühüm xüsusiyyətlərindən biri də immunitet sistemini gücləndirməsidir. Tərkibindəki kalsium sayəsində skelet və oynaqlarda sümük rezorbsiyasının qarşısını alır. 
İkinci tip diabet xəstələri üçün faydalı olan pendir suyu bu xəstələrdə şəkərin səviyyəsini tarazlaşdırmağa yardımçı olur. 
İçərisindəki probiotik sayəsində zərdab mədə və bağırsaq xəstəlikləri olanlar üçün çox vacibdir. Mədə və bağırsaqlara sakitləşdirici təsir göstərir.
Maddələr mübadiləsini sürətləndirərək yağ yandırmasını artıran və nəticədə toxluq hissi yaradan süd zərdabından arıqlamaq istəyənlər rahatlıqla istifadə edə bilərlər. 
Pendir suyu tərkibindəki hialuron turşusu sayəsində qocalmanı gecikdirir. Bu səbəbdən kosmetologiyada da istifadə olunur.

Yasəmən MUSAYEVA, 
"Azərbaycan"
 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video